usd-1.7000 eur-1.8505 rub-0.0187
Bakı 14°C 10.86 m/s
Son xəbərlər
16-05-2024
15-05-2024
14-05-2024
13-05-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Beynəlxalq arenaya salınan körpü - COP29

details

CƏMİYYƏT

30.04.2024, 14:58 Oxunub: 1187

Beynəlxalq arenaya salınan körpü - COP29


        Ekoloji siyasət Azərbaycan Respublikasının prioritet məsələlərindəndir. Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Dövlət bununla bağlı xüsusi layihələr həyata keçirir.  

          Ulu öndər Heydər Əliyevin sosiali qtisadi siyasətini uğurla davam etdirən  Prezident    İlham Əliyev ölkəmizin ekoloji durumunun yaxşılaşdırılmasına ciddi önəm verir. Son illər dövlət başçısının bilavastə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, 2010-cu  ilin "Ekologiya İli" elan olunması, ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına diqqətin artırılması, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, bu il COP29-a Azərbaycanin ev sahibliyi etməsi  bu sahənin ölkəmizdə öncülməsələlər sırasında olduğunu bir daha  təsdiqləyir.

         Qlobal xarakterli konfransın  məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul edib və beləliklə, Ali baş Komandan İlham Əliyevində dediyi kimi “ Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətin əlaməti hesab edirik.”

         COP29 ölkəmizin yaşıl enerji strategiyasının dünya ictimaiyyətinə təqdimatı baxımından aparıcı  rol oynayacaq. Belə ki, Azərbaycan 2030-cu ilə qədər öz daxilində yaşıl enerjidən istifadəni 30 faizdən çox artıracaq. Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir və Prezidentin bu sərəncamı bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq.  Ali Baş Komandan işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Digər mühüm məsələ isə təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısıda olacaqdır. Dövlətimizin müxtəlif beynəlxalq təşkilatarla beynəlxalq əlaqələri və onlarda fəal iştrakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanı yaradacaq.  Bir sözlə, COP 29-un Azərbaycanda keçirilməsi böyük etimaddır.


Aysel Ələkbərzadə

UNEC Dizayn məktəbi  təhsilin III ili, 732  saylı qrup
tələbəsi  

 

Digər xəbərlər