usd-1.7000 eur-1.7774 rub-1.8994
Bakı 6°C 6.94 m/s
Son xəbərlər
12-02-2025
11-02-2025
05-02-2025
30-01-2025
28-01-2025
24-01-2025
23-01-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

FİFA Nüsrətin meydana necə çıxdığını araşdırır

details

İDMAN

23.12.2022, 18:15 Oxunub: 14058

 

Beynəlxalq Futbol Federasiyası (FİFA) Qətərdə keçirilmiş futbol üzrə Dünya Çempionatının final oyunu başa çatdıqdan sonra yad şəxslərin meydana necə çıxması ilə bağlı daxili araşdırmaya başlayıb.

Modern.az xəbər verir ki, bu barədə cümə günü BBC məlumat yayıb.

Mənbənin məlumatına görə, FİFA “Salt Bae” ləqəbi ilə tanınan məşhur türk aşpaz Nusrət Gökçənin meydançaya necə çıxış əldə etdiyini araşdırır.

O, sosial şəbəkələrində kuboku əlində tutduğu və argentinalı futbolçularla birlikdə olduğu fotolar paylaşıb. Nüsrət Gökçə sosial media səhifələrində Dünya Çempionatının və Argentina futbolunun ulduzları ilə foto və videolar yayımlayandan sonra FİFA rəsmilərinin diqqətini çəkib.

İndi araşdırılır ki, o, final matçından dərhal sonra keçirilən mükafatlandırma mərasimi zamanı meydana daxil olmağı necə bacarıb. Aşpaz futbolçulara yaxınlaşaraq avtoqraf istəyib və Qızıl kubokla şəkil çəkdirib.

FİFA qaydalarına əsasən, turnirin qalibləri, təşkilat rəsmiləri və dövlət başçıları da daxil olmaqla seçilmiş insanların kuboka toxunmaq hüququ var.

Dekabrın 18-də Argentina millisi Qətərdə keçirilən Dünya Çempionatının finalında Fransa yığmasını məğlub edib (3:3; penaltilərdə - 4:2). Argentinalılar tarixdə üçüncü dəfə dünya çempionu olublar.

Nüsrət Gökçə xüsusi bifşteks bişirmə üsulu sayəsində dünya şöhrəti qazanıb. O, "Nusr-Et" steakhouse şəbəkəsinin sahibidir.  Müxtəlif məşhurlar aşpazı görmək üçün buranl tez-tez ziyarət edirlər.

Yaıyılan məlumata görə, Nüsrət Gölçə çox güman ki, FİFA prezidenti Canni İnfantino ilə dostluğu sayəsində meydana girə bilib. Sosial şəbəkələrdə yayılan fotolara görə, Canni ilə Nüsrət kifayət qədər yaxın təmasdadırlar.

Türkiyəli aşpazın davranışı keçmiş və indiki futbolçuların mənfi reaksiyasına səbəb olub.

Digər xəbərlər