ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Bir sənsən, bir mənəm, bir yaşıl ağac... Bu yaşıl ağacın altı bizimdir... - Günün şeiri

ƏDƏBİYYAT
08.06.2022, 23:18 Oxunub: 46191001 info.az "Günün şeiri" rubrikasında mərhum xalq şairi Zəlimxan Yaqubun sevilən şeirlərindən birini təqdim edir.
BU YAŞIL AĞACIN ALTI BİZİMDİ
Kök üstə budağı neçədi, bildim
Budaqda yarpağı neçədi, bildim
Salxımı, saçağı neçədi bildim
Bu yaşıl ağacın altı bizimdi.
Saçağı tərpənir tellərin kimi
Yarpağı oynaşır əllərin kimi
Düyməsi açılıb tüllərin kimi
Bu yaşıl ağacın altı bizimdir.
Bu sevgi, bu layla, bu beşik bizim
Çəkər növbəmizi bu keşik bizim
Nəyimizə lazım ev-eşik bizim
Bu yaşıl ağacın altı bizimdir.
Su içər sevginin kökü ömürdən
Sevgi əl üzməsin təki ömürdən
Xoş bir xatirədi iki ömürdən
Bu yaşıl ağacın altı bizimdir.
Könlümüz havalı, gözümüz də ac
Gəncliyin havası başımızda tac
Bir sənsən, bir mənəm, bir yaşıl ağac
Bu yaşıl ağacın altı bizimdir.
Atəş Allahındı, isti Allahın
Ocaq Allahındı, tüstü Allahın
Bu yaşıl ağacın üstü Allahın
Bu yaşıl ağacın altı bizimdir.
Dən kimi səpələ,toxum kimi ək,
Zəlimxan, bu anın ləzzətini çək
Hələ bizdən sonra çoxu deyəcək
Bu yaşıl ağacın altı bizimdi.

Digər xəbərlər
