usd-1.7000 eur-1.8455 rub-0.0187
Bakı 13°C 9.73 m/s
Son xəbərlər
16-05-2024
15-05-2024
14-05-2024
13-05-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror

details

CƏMİYYƏT

30.04.2024, 15:37 Oxunub: 2481

İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror

Qlobal iqlim dəyişikliyi, torpaqların səhralaşması proseslərini və təmiz içməli su çatışmazlığını nəzərə alsaq, bu gün ekologiya bütün dünya ictimaiyyətini narahat edən əsas məsələlərdən biridir. Bu məsələlər BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) sırasında öz əksini tapmışdır. 
Uzun sürən işğaldan sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 44 günə Ermənistan ordusunu məğlub edərək torpaqlarımızı işğaldan azad etdi. Lakin düşmən işğaldan azad etdiyimiz torpaqarımızda özlərindən geriyə xarabalıqlar, ekoloji fəlakət qoyub getdi. Uzun illər işğal altında qalmış ərazilərimizdə aparılmış ekoloji terrorun tam mənzərəsi torpaqlarımız azad edildikdən sonra ortaya çıxdı. 
İllərlə əsarətdə olan ərazilərimizdə Ermənilər mebel sənayesində ən çox istifadə olunan qırmızı palıd, qoz ağaclarını demək olar ki, məhv ediblər. Çinar meşələrində isə hətta kötüklər belə çıxarılıb. Təsadüfi deyil ki, son illər Ermənistanın mebel sənayesi və bu sahədə ixrac göstəriciləri artmışdır, bu isə həmin prosesin qiymətli ağac növlərinin bitdiyi Qarabağın meşə resurslarından istifadə edilməsi ilə bağlı olduğunu düşünməyə vadar edir.
Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri erməni işğalçıları tərəfindən düşünülmüş şəkildə od vurularaq yandırılmışdır. Yanğınlar ermənilərin nəzarətində olan on min hektarlarla əraziləri əhatə etməklə, eyni zamanda, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan vurmuşdur. 2006-cı ildən başlayaraq ermənilər tərəfindən mütəmadi olaraq törədilən yanğınlar nəticəsində 110 min hektardan çox münbit torpaqlar məhv edilmiş, ətraf mühitə və canlı təbiətə əhəmiyyətli dərəcədə ziyan vurulmuşdur.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göl (Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağdərə rayon ərazisində Tərtərin qolu olan Torağaçayda Qaragöl) və 10 su anbarı işğalçı Ermənistan tərəfindən ciddi antropogen təsirə məruz qalmışdır. Araz və Kür çayları axını Ermənistan ərazisindən axan çaylarla bilərəkdən çirkləndirilirdi ki, bunu hidro terror və ya su terroru adlandırmaq olar.
İşğaldan azad edilmiş ərazilərin ekoloji vəziyyətinin təhlili nəticəsində aydın olur ki, torpaqlarımızda amansız ekoloji terror aparılmışdır. Ekoloji terror - konkret ölkə və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyandır. Ətraf mühitə və inkişafa dair bəyannamələrə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. Mənfur qonşularımız beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq cəbhə xəttindən kənarda yerləşən rayonları mütəmadi artilleriya atəşinə tutdu. Nəticədə xüsusi mühafizə olunan və beynəlxalq səviyyədə tanınan təbiət ərazilərinə, o cümlədən Ağgöl və Göygöl milli parklarına genişmiqyaslı yanğınlara səbəb olan bir neçə raket mərmisi düşdü. 
Ermənistan dağ-mədən kombinatlarının yüz min tonlarla ağır metal duzlarını, turş sularını Oxçuçaya axıdaraq, ekoloji təhlükəni daha da dərinləşdirmişdir. Zəngilan rayonu ərazisində Oxçuçayın yuxarı axınından (Qaragöl kəndi yaxınlığında) götürülmüş su nümunəsində manqan 3.6 dəfə, dəmir 4.6 dəfə, nikel 5.7 dəfə, qurğuşun 1.3 dəfə, sink 1.2 dəfə normadan artıq olmuşdur. Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad olunması Ermənistan tərəfindən su axıntısının qarşısını aldığı Suqovuşan su anbarının da azad olunması ilə nəticələndi. Bu da artıq Tərtər, Yevlax, Goranboy rayonları ərazilərində ekoloji vəziyyətin yaxşılaşmasını təmin edir. Ümumi su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarında 1994-cü ildən Ermənistan tərəfindən su axımı demək olar ki, dayandırılmışdır. Anbardan kanala su sadəcə  qış aylarında daşqın yaratmaq, əraziləri ekoloji terrora məruz qoymaq məqsədilə buraxılırdı.
2020-ci ildə baş verən 44 günlük  Vətən müharibəsinin Qələbə ilə başa çatması torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, təcavüzkar Ermənistanın ərazilərimizdə apardığı ekoloji terror aktlarına da son qoydu. Ermənilərin ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasət 30 ilə yaxın müddətdə şəhərlərimizin, kəndlərimizin dağıdılması ilə yanaşı, ekoloji vəziyyətin də bərbad hala salınmasına yol açdı. Bu gün işğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində işlər aparılmışdır. İşğaldan azad olunan ərazilərdə quruculuq işləri aparılır,  müxtəlif növ ağac tingləri əkilir, meşə örtüyünün və yaşllıqların bərpası istiqamətində tədbirlər görülür. Füzuli, Zəngilan və Ağdam rayonları ərazilərində, əsasən, Şərq çinarı olmaqla, minlərlə müxtəlif növ ağac əkilib, palıd və digər meşə ağaclarının toxumları səpilib. Ağacəkmə aksiyaları Qubadlıda, Cəbrayılda da aparılmışdır.
Azərbaycan bundan sonra bu istiqamətdə işlərini sistemli şəkildə davam etdirəcək. Ətraf mühit məsələləri üzrə beynəlxalq təşkilatları, ictimaiyyəti uzun müddət davam edən təcavüz nəticəsində yaranmış vəziyyəti nəzərə alaraq ədalətin bərpa olunması naminə əməli iş görməyə, Ermənistanın ölkəmizə qarşı törətdiyi ekoloji terroru qınamağa və pisləməyə çağırırıq. Ermənistan beynəlxalq qanunlar qarşısında cavab verməlidir.

                                                                    
Lalə Hümmət Şıxalizadə

UNEC Dizayn məktəbi təhsilin III ili, 742 qrup tələbəsi, 
Tələbə Həmkarlar İttifaqı Kommitəsinin fakültə sədri


 

Digər xəbərlər