usd-1.7000 eur-1.9944 rub-2.1616
Bakı 27°C 7.54 m/s
Son xəbərlər
25-06-2025
24-06-2025
21-06-2025
19-06-2025
18-06-2025
13-06-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Sevirsinizsə...

details

MARAQLI

04.06.2022, 00:33 Oxunub: 1650

Ona deyə biləcəyiniz ən gözəl SEVGİ SÖZLƏRİ

Çoxumuz eşqi, sevgini, məhəbbəti təsvir etmək üçün gözəl sözlərdən istifadə edirik. Lakin elə adamlar var  ki, bunu etməkdə çətinlik çəkir. Həyat yoldaşınız və ya sevgilinizə gözəl eşq sözləri söyləmək, onu nə qədər çox sevdiyinizi izah etmək istəyirsinizsə, bu yazıdan bəhrələnin.


 - Birinin gözlərinə baxmaq onun yuxularına girmək istəməkdir. Sevməyə qabiliyyətin yoxdursa, o gözlərə baxmayacaqsan.
 
- Elə sev ki, ürəyindən heç kim onu çıxara bilməsin. Və elə birini sev ki, səni gözləriylə belə, aldatmayacaq qədər.
 
- Çox sevilməyə deyil, həmişə sevilməyə ehtiyacım var.
 
- Xoşbəxt olmaq vecimə deyil, sən yanımda ol, yetər.
 
- Gülüşünü sevərsən, səsini sevərsən, söhbətini sevərsən. Sevmək üçün mütləq üzünü görmək şərt deyil, ürəyində duruşunu sevərsən.
 
- Yağış başlayanda "gəlsəydi, birlikdə islanardıq", - deyəcəyi biri olmalı insanın həyatında.
 
- Bir insan aşiq olduqda qısqanar, qışqırar, sorğu-sual edər, hesab soruşar, sahiblənər. Amma anlayana...
 
- Gördüyünü hər kəs sevər, sən onda görmədiyini tapacaqsan. Əgər gerçək eşq istəyirsənsə, bədənə deyil, ürəyə toxunacaqsan.
 
- Açıq çay içərdi həmişə, dəmli olduqda stəkanın digər tərəfindən məni görə bilmirmiş. Belə deyirdi...
 
- Eşq üçün yaşadıqlarımı bilsəydin əgər, hələ də sevə bilməyimə aşiq olardın.
 
- Böyük eşqlər ya sonsuzdur, ya da onsuz...
 
- Sən mənim ən qiymətlimsən, ən gözəl, vazkeçilməzimsən. Sevməklə bitməyənimsən, Sən mənim həqiqətimsən. Ən dərinimdə, ən içimdəsən. Sən mənim ən gözəl dərdimsən.
 
- Sevgi kəpənək kimidir. Arxasınca qaçdıqca səndən qaçar. Ən yaxşısı qoy, uçsun, bəlkə heç gözləmədiyin bir anda gəlib çiyninə qonar.
 
- Sevgi bəzən əlini ilk dəfə tutanda duyduğun o istilik, gözlərinə ilk dəfə baxanda gördüyün o işıq, bədəninə ilk dəfə yaxınlaşanda yaşadığın o ehtirasdır.
 
- Bil ki, yıxılmaq deyil insanları kədərləndirən. Əlindən tuturmuş kimi davranıb, əslində itələyənlərdir insanı həyatdan küsdürən.
 
- Ağrılarıma belə, həzz qatır eşqin. Bütün hüceyrələrimə toxunan məlhəm kimisən.
 
- Ya ürəyimi yerindən çıxart artıq səni sevməsin, ya ağlımı əlimdən al artıq səni düşünməsin, ya fəryadımı eşit gözlərimdən xəyalın silinməsin, ya da canımı al bu qədər acı çəkməsin.
 
- Eşqin göz yaşları isladarkən sevgilinin çiynini, niyə bu qədər gecikdiyini soruşur eşq mələyi.
 
- Ölüm dediyin nədir ki? Dönüşü olmayan tətil. Eşq dediyin nədir ki? Gəncliyi öldürən qatil.
 
- Biz səninlə tarix boyu gecikmiş eşqik. Vaxtında çatmadıq xəyal qırıqlarımızı daşıyan gəminin yola düşməyinə...
Milli.Az
 

Digər xəbərlər