usd-1.7000 eur-1.9324 rub-2.2735
Bakı 22°C 5.25 m/s
Son xəbərlər
27-06-2026
22-06-2026
14-06-2026
09-06-2026
06-06-2026
03-06-2026
02-06-2026
29-05-2026
27-05-2026
24-05-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

26 İyun – Silahlı Qüvvələr Günü Elpida Psixoloji və Nitq Mərkəzində qeyd olunub

details

CƏMİYYƏT

28.06.2026, 14:32 Oxunub: 856

26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Elpida Psixoloji və Nitq Mərkəzində və şəhid Aydın Əhmədli adına Elpida uşaq bağçasında görüş keçirilib. Görüşdə Dünya TV-nin baş aparıcısı jurnalist Könül Həbibqızı, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tarix elmləri üzrə fəlsəfə doktoru, QHT rəhbəri, Prezident təqaüdçüsü İradə Əlili, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair publisist, Prezident təqaüdçüsü Azadə Novruzova iştirak ediblər.

Elpida Psixoloji və Nitq Mərkəzinin təsisçisi klinik psixoloq Yeganə Tofiqqızı mərkəzin fəaliyyəti ilə qonaqları yaxından tanış edib. Xüsusi qayğıya və ya hər hansı psixoloji dəstəyə ehtiyacı olanların cəmiyyətə inteqrasiya prosesi barədə danışıb.

Bağçanın icraçı direktoru Aişə Cəfərova qonaqlara körpələrlə iş metodları, müxtəlif mövzularda keçirilən tədbirlər barədə məlumat verib. O, uşaqların erkən yaşlardan vətənpərvərlik ruhunda tərbiyə edilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Təşkil edilən bu tədbirin də məhz həmin məqsədə xidmət etdiyini bildirib.

Bu əlamətdar gün münasibətilə uşaqlar vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar səsləndirib, hazırladıqları bayram süfrəsini qonaqlara təqdim ediblər. 

Qonaqlar mərkəzin rəhbərliyinə görüş üçün öz təşəkkürlərini bildirib, səmimi təəsüratlarını bölüşüblər.

Görüşün sonunda xatirə  fotoları çəkilib.

Digər xəbərlər