usd-1.7000 eur-1.9860 rub-2.0505
Bakı 28°C 6.59 m/s
Son xəbərlər
24-08-2026
08-08-2026
30-07-2026
25-07-2026
23-07-2026
21-07-2026
08-07-2026
07-07-2026
03-07-2026
28-06-2026
27-06-2026
22-06-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Zərifliklə qüdrətin vəhdəti: Xalqına xidmət missiyası- Hüseynbala MİRƏLƏMOV yazır

details

CƏMİYYƏT

25.08.2026, 16:09 Oxunub: 565

 Zərifliklə qüdrətin vəhdəti: Xalqına xidmət missiyası

Tarixin elə nadir şəxsiyyətləri vardır ki, onların həyat yolu təkcə fərdi bir tale hekayəsi deyil, bütöv bir xalqın intibah, dirçəliş və zəfər salnaməsinə çevrilir. Hər bir dövrün öz sınağı, hər bir sınağın isə tarixin səhnəsinə çıxardığı böyük simaları olur. Azərbaycanın müasir dövlətçilik tarixində humanizmin, zərifliyin, mənəvi ucalığın təcəssümü kimi çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti məhz belə bir tarixi hadisədir. Onun fəaliyyət fəlsəfəsinin təməlində dəyişməz bir ali meyar dayanır: torpağa, xalqa, insana təmənnasız və tükənməz məhəbbət. Bu məhəbbət təkcə emosional bağlılıq deyil, həm də dövlət quruculuğu prosesində milli dəyərlərin qorunmasını, intellektual potensialın inkişafını və sosial ədalət prinsiplərini ehtiva edən sistemli bir doktrinadır.

***

“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyənləşdirir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi və dərk edilmiş məsuliyyətin imkan verir”.Bu fəlsəfi baxış Mehriban xanımın bütün ömür yolunun mayakına çevrilmişdir. O, xalqa xidməti təsadüfi bir vəzifə deyil, daxili bir çağırış, vicdan borcu və ali missiya kimi qəbul etmişdir.

Siyasətə mərhəmət, şəfqət, estetik zövq və insanpərvərlik kimi ülvi dəyərlər gətirən Mehriban Əliyeva, ictimai xadim obrazını yalnız rəsmiyyətlə deyil, birbaşa xalqın içinə daxil olmaqla, qəlblərə toxunmaqla formalaşdırdı. Onun üçün dövlət idarəçiliyi hər bir vətəndaşın kədərini bölüşmək, sevincinə şərik olmaq və ən həssas məqamlarda ümid yerinə çevrilmək sənətidir. Bu humanist baxış idarəetmə təcrübəsində yeni bir paradiqma yaradaraq ictimai münasibətlərin mənəvi təməllərini möhkəmləndirmiş, cəmiyyətdə qarşılıqlı etimad mühitini daha da gücləndirmişdir.

***

Mehriban xanım Əliyevanın şəxsiyyətini bütövləşdirən ən ali məqam onun yüksək ictimai-siyasi statusu ilə daxili saflıqdan doğan fərdi keyfiyyətlərinin harmoniyasıdır. Bir qadın kimi təbii zərifliyi, fitri nəcibliyi və estetik dünyagörüşünü milli dəyərlərlə qovuşduran Mehriban xanım müasir Azərbaycan qadınının qlobal miqyasda ən mükəmməl etalonunu formalaşdırmışdır. Onun təbiətindəki mərhəmət və xeyirxahlıq zahiri bir jest deyil, qəlbin dərinliklərindən qidalanan səmimi bir həyat tərzidir.

Ana şəfqəti isə onun bütün ictimai fəaliyyətinin mənəvi sütunudur. Valideyn himayəsindən məhrum olmuş körpələrə doğma ana qayğısı ilə sarılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemləri ilə birbaşa maraqlanması, bayram günlərini məhz onların əhatəsində keçirməsi onun böyük ürəyinin fəlsəfəsini nümayiş etdirir. O, təkcə öz ailəsinin deyil, ümid yeri axtaran hər bir kəsin, hər bir kimsəsiz körpənin, yaralı əsgərin mənəvi anasına çevrilmişdir.

Birinci xanım statusunu yüksək ləyaqətlə daşıyan Mehriban Əliyeva, bu uca məqamı xalqla dövlət arasında mənəvi körpüyə çevirmişdir. İnsanların ağrı-acısına dərindən bələd olmaq, cəmiyyətdə həssaslıq və empatiya mühiti yaratmaq, ən sadə vətəndaşla belə qeyri-rəsmi, səmimi təmas qurmaq onun şəxsi keyfiyyətlərinin ən parlaq təzahürüdür. Bu ali mənəvi keyfiyyətlər Mehriban xanımın fəaliyyətinə rəsmiyyətdən uzaq, insan qəlbinə birbaşa nüfuz edən bənzərsiz bir mənəvi ucalıq bəxş edir.

***

Deyirlər ki, hər bir qüdrətli, tarixi zəfərlərə imza atan liderin arxasında ona mənəvi güc verən, sarsılmaz dayağı olan müdrik bir qadın dayanır. Müasir Azərbaycan dövlətçiliyinin zəfər zirvəsinə ucalmasında Prezident İlham Əliyevlə Mehriban Əliyevanın çiyin-çiyinə addımlaması, eyni ideala bərabər xidmət etməsi bu hikmətin ən parlaq təcəssümüdür. Mehriban xanım sadəcə dövlət başçısının silahdaşı və köməkçisi deyil, həm də onun başladığı çətin strateji yollarda ən etibarlı sirdaşı, ən böyük mənəvi dayağıdır.

Bu vəhdət təkcə ailə telləri ilə deyil, dövlətin gələcəyinə yönəlmiş böyük məsuliyyətin çiyinlərdə bərabər daşınması ilə möhkəmlənmişdir. İstər diplomatik masalarda, istər xalqla görüşlərdə, istərsə də tarixi qərarların verildiyi gərgin anlarda Mehriban xanımın nümayiş etdirdiyi mənəvi dəstək dövlətimizin idarəçilik monolitliyini daha da sarsılmaz etmişdir. Bu harmonik tandem milli maraqların beynəlxalq müstəvidə müdafiəsindən tutmuş daxili inkişafın təmin edilməsinədək bütün sahələrdə sarsılmaz güc qaynağına çevrilmişdir.

***

44 günlük Vətən müharibəsi və ondan sonrakı dövr Azərbaycan xalqının yaddaşında təkcə qələbə sevinci ilə deyil, həm də liderin daim xalqla birgə olması ilə həkk olundu. Müharibə günlərində və tarixi Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlara edilən səfərlərdə maraqlı detal diqqəti çəkirdi. Mehriban Əliyevanın dövlət başçısı ilə yanaşı hərbi geyimdəsəfərlərdəolması  təsadüfi bir detal deyildi; bu, dərin fəlsəfi və rəmzi məna daşıyırdı.

O hərbi geyim Birinci xanımın təkcə dövlət idarəçisi deyil, həm də torpaq uğrunda döyüşən hər bir əsgərin anası, bacısı, vətənin müdafiəçisi və fədaisi olduğunu göstərirdi. Düşmən tapdağından qurtulmuş dağılmış şəhərlərdə, Şuşanın dumanlı cığırlarında, Ağdamın, Füzulinin viran qalmış küçələrində hərbi geyimdə addımlayan Mehriban Əliyeva, xalqın milli qürurunun, mətinliyinin və əyilməz iradəsinin canlı simvoluna çevrildi. Bu forma onun millətin müqəddəs davasına bütöv varlığı ilə qoşulduğunun və zəfər məsuliyyətini şəxsən daşıdığının əyani təsdiqi idi.

***

Vətən müharibəsindən dərhal sonra başlayan möhtəşəm bərpa-quruculuq dövründə, xüsusilə 2025-ci il və sonrakı mərhələlərdə Şərqi Zəngəzur və Qarabağın yenidən dirçəldilməsində Mehriban xanımın təşəbbüsləri misilsiz rol oynadı. Dağıdılmış mədəni-tarixi abidələrimizin bərpası işinə Heydər Əliyev Fondu birbaşa rəhbərlik edir.

Şuşada Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı məscidlərinin, Vaqif məqbərəsinin, Ağdam Cümə məscidinin və neçə-neçə qədim tarixi tikililərin ilkin memarlıq üslubuna uyğun bərpası Mehriban Əliyevanın xüsusi nəzarəti və qayğısı ilə həyata keçirildi. Abidələrin özünəməxsusluğunun qorunması məqsədilə xarici və yerli bərpaçı alimlərin iştirakı ilə aparılan elmi tədqiqatlar milli-mənəvi irsimizin qədimliyini bir daha beynəlxalq miqyasda sübut etdi.

Azad olunmuş torpaqlarda müasir təhsil ocaqlarının, mədəniyyət mərkəzlərinin və tibb müəssisələrinin qurulması Böyük Qayıdışın təkcə fiziki deyil, həm də mənəvi və mədəni əsaslarını möhkəmləndirdi. "Ağıllı kənd" və "Ağıllı şəhər" konsepsiyaları ilə inteqrasiya olunan bu təşəbbüslər regionda həyatın ən qabaqcıl ekoloji və texnoloji standartlar əsasında bərpasını təmin etdi.

Uzun illərdirHeydər Əliyev Fonduna rəhbərlik edən Mehriban xanım, xeyriyyəçilik anlayışını kortəbii aksiyalardan çıxararaq ardıcıl, strateji və sosial-fəlsəfi təməllərə dayanan böyük bir hərəkata çevirdi.

“Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkənin ən ucqar kəndlərindən tutmuş şəhər mərkəzlərinədək yüzlərlə müasir məktəb tikildi və əsaslı təmir olundu. Körpələr evləri, internat məktəbləri müasir standartlar səviyyəsində yenidən quruldu. Təhsil infrastrukturunun modernləşdirilməsi ilə yanaşı, elektron resursların tətbiqi və gənclərin informasiya texnologiyalarına çıxış imkanları əhəmiyyətli dərəcədə genişləndirildi.

Talassemiya Mərkəzinin inşası, diabetli və talassemiyalı uşaqlara göstərilən dövlət qayğısı, müalicə-diaqnostika və reabilitasiya mərkəzlərinin istifadəyə verilməsi minlərlə ailəyə yeni ümid bəxş etdi. Qanvermə aksiyaları və vaxtaşırı həyata keçirilən səyyar tibbi müayinələr regionlarda səhiyyə xidmətlərinin əlçatanlığını təmin etdi.

2016-cı il Aprel döyüşlərində və Vətən müharibəsində yaralanmış qazi və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin olunması, şəhid ailələrinə və aztəminatlı təbəqələrə davamlı dəstək Fondun fəaliyyətinin mənəvi leytmotividir.

 

***

 

Mehriban Əliyevanın yorulmaz fəaliyyəti sayəsində Azərbaycan mədəniyyəti dünya miqyasında layiq olduğu uca məqama yüksəldi. Onun fəaliyyəti bəşəri sivilizasiyalararası dialoqa və milli irsin qorunmasına ən böyük töhfədir.

Azərbaycan muğamı Mehriban xanımın təşəbbüsü ilə qlobal arenaya çıxarıldı. Beynəlxalq Muğam Mərkəzinin qurulması, muğam televiziya müsabiqələri və beynəlxalq festivallar gənc nəslin öz kökünə qayıdışını təmin etdi. “Qarabağ xanəndələri” musiqi toplusu və fundamental “Muğam Ensiklopediyası”nın nəşri milli musiqi irsimizin elmi-nəzəri bazasını möhkəmləndirdi.

Vatikandakı katakombaların, Versal sarayının, Luvr muzeyinin bərpasına verilən dəstək, eləcə də Pakistanda zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəbinin inşası Azərbaycanın multikulturalizm və tolerantlıq modelini dünyaya tanıtdı. Bu fəaliyyət Şərq və Qərb mədəniyyətləri arasında mənəvi körpülər salaraq ölkəmizin qlobal humanitar nüfuzunu ən yüksək pilləyə qaldırdı.

 

***

2017-ci il fevralın 21-də Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması Mehriban Əliyevanın böyük təşkilatçılıq qabiliyyətinin və dövlətçilik təcrübəsinin məntiqi nəticəsi idi.

Bakının ev sahibliyi etdiyi “Eurovision-2012”, Birinci Avropa Oyunları, IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitələrinə rəhbərlik edən Mehriban xanım Azərbaycanın qlobal tədbirləri ən yüksək beynəlxalq standartlarla keçirməyə qadir olan qüdrətli bir dövlət olduğunu sübut etdi.

Birinci vitse-prezident kimi ilk müşavirəsini yataqxanalarda çətin şəraitdə yaşayan məcburi köçkünlərin mənzil təminatına həsr etməsi isə onun idarəçilikdəki humanist prioritetlərinin dəyişməzliyini nümayiş etdirdi. Minlərlə ailə üçün salınan müasir şəhərciklər sosial ədalətin və dövlət qayğısının real təzahürünə çevrildi. Eyni zamanda, Milli Məclisin deputatı olduğu dövrlərdə irəli sürdüyü amnistiya aktları təşəbbüsləri nəticəsində on minlərlə insanın cəmiyyətə yenidən qazandırılması Mehriban Əliyevanın hüquqi humanizm fəlsəfəsinin ən kamil nümunələrindəndir.

Mehriban xanım Əliyevanın həyat fəlsəfəsi və fəaliyyət kredosu xalqa sədaqət, insanpərvərlik, dövlətə xidmət və milli qürurun qorunması üzərində qurulub. Qadın zərifliyi ilə dövlət xadimi qətiyyətini bir arada birləşdirən bu böyük şəxsiyyət, Azərbaycanın dünənini qoruyan, bu gününü abadlaşdıran və sabahına etibarlı körpülər salan tarixi bir simadır.

2014-cü ildə İstanbulda nəşr edilən və Mehriban Əliyevanın xalqa həsr olunmuş fədakar ömür yolunu, xeyirxah əməllərini əks etdirən "Missiya" əsərim bu gün də tarixin canlı səhifələrində öz təsdiqini tapmaqdadır. Bu uca, şərəfli və müqəddəs missiya müasir, qalib və qüdrətli Azərbaycanın zəfər yollarında bütün əzəməti ilə davam edir…

Hüseynbala Mirələmov

yazıçı-dramaturq

 

Digər xəbərlər