ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
700-dən çox sənətçi süni intellektə qarşı
ŞOU
26.01.2026, 14:18 Oxunub: 109Skarlett Yohansson, Keyt Blanşett və Cozef Qordon-Levitt də daxil olmaqla 700-dən çox sənətçi, yazıçı və bloger müəllif hüquqları ilə qorunan əsərlərdən icazəsiz istifadə edən texnologiya şirkətlərinə qarşı yeni kampaniyaya başlayıb.
1001info.az Kulis.az-a istinadən xəbər verir ki, sənətçilər süni intellekt əleyhinə kəskin mövqe nümayiş etdirirlər:
“Bizim əsərlərimizi mənimsəmək innovasiya və ya tərəqqi deyil; bu, açıq-aşkar oğurluqdur”.
Hazırda dünyanın müxtəlif ölkələrində qanunvericilər süni intellektin təlimində istifadə olunan məlumatlarla bağlı yeni tənzimləmə qaydalarını nəzərdən keçirirlər.
Kampaniya iştirakçılarının açıqlamasına görə, əsas məqsəd ABŞ-də milyonlarla iş yeri yaradan və iqtisadi artımı təmin edən nəhəng yaradıcılıq sektorunu (film, musiqi, nəşriyyat və rəqəmsal media) qorumaqdır. İmzalanmış bəyanatda vurğulanır ki, süni intellekt tərtibatçılarının sənət əsərlərini icazəsiz, ödənişsiz və gizli şəkildə skan etməsi mədəni ekosistemi ciddi təhlükə altına qoyur.
Sənətçilər texnologiya nəhənglərini bəzi şirkətlərin artıq tətbiq etdiyi kimi müqavilələr bağlamağa və tərəfdaşlıqlar qurmağa çağırırlar. Məsuliyyətli lisenziya müqavilələri həm süni intellektin inkişafına şərait yarada, həm də yaradıcı insanların hüquqlarını təmin edə bilər.
Yohansson əvvəllər də süni intellektin təhlükələrinə qarşı çıxmış və öz obrazının icazəsiz kopyalanmasına etiraz etmişdi. O, 2024-cü ilin fevralında Kanye Vestin antisemit paylaşımlarına etiraz edən və məşhurların süni intellektlə yaradılmış saxta görüntülərindən istifadə olunan videonu sərt tənqid etmişdi.
May ayında isə aktrisa "OpenAI" şirkətini hədəf almışdı. O bildirmişdi ki, şirkət "Sky" adlı "GPT-4o" botu üçün onun “Her” filmindəki səsindən icazəsiz şəkildə istifadə edib.