usd-1.7000 eur-2.0166 rub-2.2092
Bakı 9°C 7.66 m/s
Son xəbərlər
16-02-2026
14-02-2026
12-02-2026
06-02-2026
05-02-2026
03-02-2026
29-01-2026
28-01-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Ağlayan sevgimə yazığın gəlsin... - Fuad Biləsuvarlı

details

ƏDƏBİYYAT

16.02.2026, 21:58 Oxunub: 69

1001info.az "Günün şeiri" rubrikasında istedadlı şair Fuad Biləsuvarlının "Yazığın gəlsin" şeirini təqdim edir. 

 

YAZIĞIN GƏLSİN 

Kədərin qoynuna atılan qadın,

Səhv düşüncələrlə yanılan qadın.

Ürəyi qayadan yonulan qadın,

Ağlayan sevgimə yazığın gəlsin.

 

Başını tumarla, nazla, əzizlə,

Ovqatın xoş elə bal, şəkər sözlə.

Bir gözündən olub, indi bir gözlə,

Ağlayan sevgimə yazığın gəlsin.

 

Unutma, önündə duran insandır,

Necə söndürmüsən gəl odu yandır.

Vicdanlı ol barı, az məni dondur,

Ağlayan sevgimə yazığın gəlsin.

 

Məhəbbət bilmirdin heç mənə qədər,

İndi sevgim sənə olubdu zəhər.

Gözümdə qaynayır sular hər səhər,

Ağlayan sevgimə yazığın gəlsin.

 

Hamını himayə edənin özü,

Görür hər bir şeyi Allahın gözü.

Gözəl vətənimin ziyalı qızı,

Ağlayan sevgimə yazığın gəlsin.

Digər xəbərlər