ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
GÖZ GÖRÜR, ƏQL KƏSİR,
MƏN GÖYDƏ GÜNƏŞİ DANAMAM !
CƏMİYYƏT
08.04.2026, 23:07 Oxunub: 90GÖZ GÖRÜR, ƏQL KƏSİR,
MƏN GÖYDƏ GÜNƏŞİ DANAMAM !
Böyük məqsədi olan böyükdür- Sokrat
Zəfər Qalibiyyətini yazan Azərbaycan- 2020-ci il noyabr 8- də imzalanan saziş, Azərbaycan Qalib ölkədir! Bundan böyük Zəfər, bundan böyük Qələbə ola bilərdimi... 6 il əvvəlki millətin gözlərindən axan göz yaşları, Xocalı uğruna- bütün Şəhidlərimiz uğruna dedik bu Qalibiyyəti. İstər Azərbaycan dövləti, Ordumuz, xalqımız və bu Zəfər yürüşünə ustalıqla başçılıq edən sərkərdə, Müasir Azərbaycanın Şah İsmayılı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları Vətən üçün dünyanı heyrətə salacaq işlər gördü. Namümkün olanı belə mümkün etdi. Budur Zəfər, budur Qələbə! 200 ildən çox zaman keçsə də daim əzilən, işgəncə, zülümlərə məruz qalan bu millət uğruna, Xocalı uğruna çox böyük işlərə imza atdı bizlərin Prezidenti. Bu həmin o Prezident ki, onun ağıl- kamalına, dünya liderliynə yeganə namizəd kimi Onu qısqanırlar. Bütün gözügötürməməzliklər elə burdan qaynaqlanır. O, isə Azərbaycanın ən hünərli Oğlu olaraq tarixdə ilk dəfə erməni kimi alçaq həşaratları məhv etdi.
Və Azərbaycan tarixinin ən şərəfli Qəhrəmanı olaraq adına dastanlar qoşulacaq, nəğmələr söylənəcək, daim minnətdar olacağımız bir Lider İlham Əliyev Cənabları, Müasir Azərbaycanın Şah İsmayılı, Səninlə Fəxr edirik!
Bəlkə də, zaman keçdikcə İlham Əliyev Cənablarının, Azərbaycan Ordusunun neçə bir Qalibiyyət qazandığının eşqilə yenidən fərəhlənəcək, bu böyük Zəfəri xalqa yaşadan Kişilərin dönə- dönə sorağında olacağıq!
Şəhidlik Zirvəsinə çatan saysız İgidlərimiz- Vətən övladları, Ən Uca Zirvə Sizlərə bu xalqın qəlbində əbədilik qoyulmuş abidədir.
Lakin, bu günün özündə belə azad olunmuş torpaqlarımız, yenidən yaradılan, qurulan Qarabağı gördükcə insanın içərisini ikinci bir fərəh hissi bürüyür. Elə bu məqamdaca iddialı, 30 ildən çox müddət ərzində qaçqın- köçkün deyərək dövlətin bağrına basdığı camaatını köçürən dövlətdən yenə də narazı qalan, tələblər irəli sürən Qarabağa hər çür şəraitlə təmin edilərək hazır evlərə köçürülən əhalinin içərisindən yenə də nələrsə tələb edənlər... utanmalı bu torpaqların azadlığı uğrunda bu qutsal məkanlara baş qoyan İgidlərdən - Əziz Şəhidlərimizdən!.. bu Şəhid- Qazilərin gözüyaşlı Ana- Bacılarından. Vətən hamınındır, Vətən bu xalqındır!
Bu Vətən, Fədai Oğullar hesabına Vətən oldu, bütöv oldu. Ruhları şad olsun Əziz Şəhidlərimizin. Müharibənin ən odlu nöqtələrindən, acılarından addımlayıb çıxan Qazilərimiz, Bizlər Sizlərə borcluyuq.
1988- ci ilin fevralından başlayan erməni qəsbkarlarının, onların həyasız iddialarının şahidi oldu bu ağır günləri yaşayan, Vətən uğruna- torpaqları uğruna- qeyrət uğruna nə canlar getmədi. Erməni daşnakları, onların xaçpərəst Avropa- Qərb züytutanları- başın nələr çəkmədi Azərbaycan. Torpaqlarımızın, minillik türk yurdlarının itkisi, qonşuluqlar itdi, insanlar pərən- pərən oldu. Bu torpaqlar uğruna nə sevdalar, nə canlar yanmadı.
1990-cı il 20 Yanvar- Qara Yanvar – Şəhidlərimiz, Azərbaycan tarixinə adları əbədi yazılan “İlham- Fərizə” dastanı, (inanın boğazıma qəhər kilidlənir, yüz minlərlə Vətən övladı itirdi bu xalq), 32 il istəkli yolu gözləyən Sevdamız, o Sevda ki, Mehmanın yolunu təkcə 32 il gözləmədi. Nəşi Qarabağdan gətirilib yurdunda dəfn edilən Qəhrəman Şəhidimiz Mehmanın yolunu əbədilik gözləyir Sevdamız. Belə sevdalar qarşısında, solmaz məhəbbətlər qarşısında, sadiq Azərbaycan qızının qeyrəti qarşısında başlar dönə- dönə əyiləcəkdir!
Lakin..., cəmiyyət qarışıq elmi- təhsil, səhiyyə, ətrafda baş alıb gedən anarxiya, özbaşnalıq, heç bir nədən, hətta dövlətdən belə- dövlətin özünə qarşı meydan oxuyanlar, özlərini yer- göy hesab edənləri, televiziya ekranlarında sadə- savadsız ana- bacıları, insanları ekrana çıxarıb pul qazananları görəndə, cəzasızlıq baş alıb gedəndə, bir paralarının ucuz, quru, sxolastik şeirlərini eşidəndə, seir deyərək adlandırdıqlarını dinləyəndə ... anlamağa çalışdım, nə bu.
Əsil ziyalılarımıza, ürəyi bu Vətən üçün döyünənləri xatırladım, “Anlamaq dərdi”nin nə demək olduğunu bir daha dərk etdim, - ustad Mirzə Cəlil ruhundan üzr istədim, bu ac həşəratlar sürüsünün şirəyə yığışan milçəklər kimi bu şöhrətpərəstlər sürüsün görəndə, cahil- nadan savadsızlar sürüsünü görəndə, bu iddiaları böyük olanları görəndə... bu... bu...- Vətən böyük məfhumdur, üstündə gəzən çirkinlikləri zibil qarışıq atmağı da bacarır! Bu idi Vətən sevgisi böyük və güclü olanları daha da güclü qılan.
Hər şeyə “obraz” deyərək baxanları, söz adlı qüdrətlə alver edənləri, poetik nümunə yaratdıqlarını bəyan edənləri, tapıntı deyərək o bəsit yazı- pozularını – çıxışları mədh edənləri , sanki ən böyük elmi kəşf kimi təqdim edəndə, cızmaqaraları görəndə , bu çirkinvə çirkli savadsızlar sürüsünün harada intişar tapdığını belə anlamaq iqtidarına malik olmayanda – ola bilməyəndə... Vətən onu da unutmadım ki, Axundov, Sabir, M. Cəlil kimi dühaları yetirən bu torpaq- bu xalq üstündəki acgöz, iddialı tamahkarları, özlərinə güzəran quranları da atmağı bacaracaq. Yazılarımda qeyd etdiyim kimi,” Bu Millətin İşığı heç Zaman Sönməyəcək”- Ö. F. Nemanzadə !
Zəngəzur dəhlizi ( Zəngəzur tarixi məkan, toponomiya kimi türkün dünya yaradılışına söykənir), “... marşrutu” adlananda... lakin elə yenə də Zəngəzur, minminillik türk tarixi məkanlarına yenə də türkün minillik toponomiyası öz varlığını hələ neçə- neçə minilliklər qoruyacaq. Azərbaycan Odlar Yurdu- Od Yurdudur, ona xain niyyətlə kim yaxınlaşarsa, sonda yanacaqdır.Bildiyim o ki, “Haqq Özü Yatmayıb, Oyaqdır”- Dədə Miskin Abdal. Od Yurdu millətindir, xalqındır!
Elə bu yerdə çatmayan amil, bir Mirzə Cəlil qələmi lazım. Bir Mirzə Cəlil qələmi gəldi ağlıma, sükütla “sülh” vəsf etməyə çalışanlar... inanın erməni alçaqlarıyla “Sülh” adlı möhtəşəm ifadə qeyri- mümkündür, yaşayarıq, görərik. Kor müsəlman, erməni bu... bu alçaqlar indi quzu cildinə bürünə bilərlər, bir neçə illər sonra nə törədəcəkləri ağıllara belə gəlməz! Hətta, irəlidə bizləri ruslardan, alçaq ermənilərdən nələr gözlədiyini əslində təyin etmək üçün münəccim olmaq da lazım deyil. İntusiyalarımız bizlərə çox şeylər deyir, onu da, deyir ki, inanma bu faşistdən belə murdar alçaqlara. Sülh adıyla ermənilərlə qucaqlaşan samirələri görəndə- geyındiyi satqınlıq- şərəfsizlik geyiminə haqq qazandırmağa çalışan mənəviyyatsızları görəndə- millət daş- qalaq edin belə satılmışları, xalqın gözünə kül üfürənləri.
Sülh nə qədər gözəl bir anlayış olsa da, elə bu “sülh “ sazişi bəlkə bizlərin Qərbi Azərbaycana doğru gedən yollarını “bağlayacaq, yoxsa açacaq” ?.. Lakin, bizlər nə yolla olursa olsun, Vətən uğrunda mübarizədən əl çəkə bilmərik. Mübarizə bu gündə gedir, 38 ildir Qərbi Azərbaycan camaatı bu fikirlə yaşamırıqmı, yoxsa neçə- neçə 38 illər keçəcək bəs...
Bir “Dəli Dərviş ömrü” yaşayanlar üçün deyil erməni adlı həşaratla “sülh”. Belə sülh isə “dərviş və dəlilik məqamı”nda qərar tutan Vətən fədailəri üçün çətin olmazmı...
Hər zaman başın bəlalı olub Vətən, var- dövlətin yağılar tərəfindən- iç və çöl quldurları tərəfindən yağmalanıb Vətən! Elə dünən də elə idi, bu gündə, sabah da. Heç olmasa rus maarifçiliyi bu milləti bir qədər elm- təhsil yoluna döndərə bilmişdir.
Lakin, bu gün Azərbaycan cəmiyyətində, təhsilində, səhiyyəsində, elmində baş alıb gedən özbaşınalıqları, mənəm- mənəmliklər ölkə bərəyə sığmır. Narkotika, gənclərin gözgörəsi məhvi, bayağı həyat tərzi, qəlyanlar, ərəblərin gətirdikləri qeyri- etik hərəkətlər- vacibdirmi, bu bir “biznes”mi... Sən bir türksən, Sən ərəb deyilsən, ərəb adətlərini din hesab etmə cahil!
Əlbəttə, bu günlər Azərbaycanda- Bakıda divanı qurulan erməni daşnak töküntülərinin – millətçilərinin məhkəməsi əsil Nyurnberq məhkəməsinə bənzəyir. Bu alçaq erməni həşaratlarının olmayan simasını bəşəriyyət qoy bir daha görsün. Bir daha anlasınlar ki, biz Azərbaycan xalqı da, öz hüquqlarını qorumaq haqqına qadırik.
Və bu hüquqların qorunmasında bizə- xalqımıza dəstək olan bizim Müasir Şah İsmayıl adlı İlham Əliyev Cənablarına sadəcə minnətdar deyilik. Qarşısında başlar əyiləsi Prezidentimizin 2020- ci il Zəfər döyüşləri zamanı dediyi sözlər əbədi qəlblərə qazıldı : “Xocalı cəlladları, Azərbaycan xalqının qatilləri, bizlər sizləri məhv etdik, sizləri”.
Haşiyə: Vətən Ata- Anam deməkdir- Göyçə deməkdir, bütünlüklə Qərbi Azərbaycan deməkdir, əsarətdə qalan torpaqlarımız- yurdlarımız deməkdir. Ana, Vətən, Göyçə kəlmələri daim bizi həsrətlə köks ötürməyə zorlasa da, bu elə bir sevgi, elə bir yanğı ki... sonacan bitməz.
Bu sonmu... yox, bu son Son deyil, yeni başlanğıcdır. Davam və irəli, Vətənə sarı- Vətənə sarıl! AlaGözlü Göyçəm, yaşılGözlü uşaqlığım əvvəlində, sonunda - Sənə dönəcəyim şübhəsiz!
Düşündükcə düşündüm... keşməkeşli həyat, zorluluqlarla yaşama məcbur edilmə, dünyanın hər vasitə ilə böyük və güclülər tərəfindən əsarətə alınması... bəşəriyyətin- insanlığın sonu naqislər əlində oyuncağa döndərilib. Və bu son heç də yaxşılığa köklənməyib. Tüstü- dumana, çənə bürünmüş, getdikcə daha da uzaqlaşan Göyçəmi düşünürəm... bizlər intibah, elm- təhsil deyərək boylandığımız Vətən- Azərbaycan, demə əslində daim rus- ingilis, fransızların- Avropanın yem mənbəyi olub.
Düşündükcə düşünməli zaman bu, Ulu M. Araz deməli...
Demədim kimə Şah, kimə yetimsən,
Bu qara millətin, bu ağ millətin,
Dedim ki, yemini Allah yetirsin...
Ağlı gödəninə calaq millətin!
Payını it qapar maymaq millətin...
Ən pisi bilirsiniz nədir, içdən- daxildən bir- birini yeyib məhv etmək ehtirası, öz millətini qanmaz hesab etmə iddiası... və bir də o ki, yeni iş bilməz cavan kadrlar və para ehtirası. Az yedirdin övladınıza haram çörəyi... o qədər naqissiniz ki, halalla haramı çoxdan qarışdırmısınız. Lakin, unutmayın, milləti- təhsili- məktəbi qorxudub “publik hüquqi şəxs” adı ilə çox alçaqlıqlara imza atırsınız. Ama... bu Dövlət ölməyib!
Və bəzən inanmadığımız bu millət- bizim millət Zəfər Qalibiyyətini qazandı, Qarabağı işğaldan azad etdi. Bunlar bizlərin cavanları idi, ailədən tutmuş məktəblərədək, cəmiyyətdən dövlətədək milli hissiyyat və Vətən sevdası ilə böyüyən gənclik idi.
Başlar əyilməli Vətən adlı sevdalar uğruna Şəhid gedən minlərlə Vətən Fədailəri eşqinə !
Məhz bu Vətən adlı sevdalar uğruna ölən öldü, Qazi- Şəhidli bir hünər dastanı yazan Azərbaycanın gəncliyi- kimlərsə bu Ulu torpaqlar uğruna Vətən adlı torpağa baş qoyurdu, lakin kimlərsə şöhrət pillələrilə qalxırdı. Ağırdı bu həyatın yükü, çəkmək olmur. Şedevrlərin, klassiklərin seirlərilə, mənəviyyatla, humanizmlə yatıb- duran bir zərif nəsil, o nəsil ki, artıq çox seyrəlib sıraları. O nəsildən ancaq elm, bilginlik, maarif, mədəniyyət dərsləri- Vətən Eşqi dərsləri eşidə bilərsən. Nə qədər gec deyil əldən buraxma, öyrən, öyrənməli çox dəyərlər, çox hikmətlər var lap elə yanınızda, evinizdə dayanan böyüklərinizdən, öyrənin, içi- çölü saflıq və səmimiyyətlə qabaran Gəncliyimiz!
Və bunlar həmən o nəsil ki, şedevrləri öyrənir, əzbərləyir, gözləri yumulu mənəviyyat dünyasının qapılarını- bəlkə də qırxıncı qapının önündə dayandığımızı uzun zaman sonralar anladıq. Sən demə hətta bəzilərimiz o ruhani aləmin işığıyla- nuru ilə qaranlıq yolları günəş işığına qərq edənlər imişik. Lakin, yenə də özünə olan inamsızlıqdan elə öz şeirlərimiz içimizdə yazılmadan ölürdü.
Qədər bu, talemi yoxsa... Şöhrət bir addımlıqda ötürdü böyür- başımızdan, yanımızdan. Ama Bizlər – ... özgürlüyə vurğunduq. Və bir tərəfdə Vətən uğrunda ən Uca Zirvədə dayanan Şəhidlərimiz, digər tərəfdə isə haram paralar qazanmaq eşqilə min türlü tülkülükdən don geyinən saxta ali təhsil üçün ikinci ali təhsilə baş qoyub öz yerlərini bir az da möhkəmlətmək istəyənlər. Aramaq lazım deyil belələrini, Azərbaycan təhsili belələri ilə doludur.
Fikir vermisinizmi, tufanda ağacların bir qismi yıxılır, həmən o tez yıxılan ağaclar bəzən hətta qollu- budaqlı belə ola bilər, lakin kökləri dərinlərə işləməmiş bu ağacların.
Hansı ağacların kökü isə dərindədirsə, o yıxılmır. Yəni, köklü və köksüz- əsilli və əsilsiz insanlar demək bu!
Haşiyə: “Cəmi aşıqların kanı Məndədir”- Ustad Dədə Ələsgərin Göyçə harayı- Vətənə sarı, Vətənə sarıl! Bir Göyçə əfsanəsi Dədə Ələsgər Eşqi! O Əfsanə ki, çox illər öncə Miskin Abdal Dədədən 300 il öncə yazacaqdı: “Haqq Özü yatmayıb Oyaqdır”. Həmən o həqiqətlər idi Ulu Göyçənin bəşərə- dünyaya ərmağan olacaq Oğulları.
“Doğru olmayan zamanda” qədər adlı taleyə boyun əydik. Ulu Ustad M. Araz haray qoparmadımı... heç yetdinizmi hayına, halbuki bu günlər Onu və onun kimilərini hörmətlə- izzətlə anırsınız...
Yıxıldım, yıxana qəhmər çıxdılar,
O göz yaşlarına inandıqlarım...
Gözümdə hörümçək toru qurdular...
Həyat amansız dərsdir, özü də acımasız bir dərs. Nə etməli, öyrənə - öyrənə gedirik, ama öyrənə bilirikmi, aldıqlarımızdan nəticələr çıxara bilirikmi?!.
M- Ötgünləri filosof adlandırıb “efir ulduzu” edəndə, dini- cahilliyi, mollalığı təbliğ etdirəndə, hər hansı maarif- elmin yaşamın əleyhinə təbliğatlara yol- meydan verəndə, dünya filosoflarından hər birindən uca dayanan M. F. Axundov kimi bilgi sahiblərini, Sabirləri- Mirzə Cəllil kimi satira söz ustalarını, ciyəri- ürəyi parə olanları altdan verib millətlə cahillik alveri edənlər, məktəbləri publik hüquqi şəxs adı ilə “özəlləşdirənlər”, dövlətin- millətin malına daraşıb acgözcəsinə varidat əldə etməyə sərf edənlər- haram boğazda qalar.
Bildiyim sadə həqiqət bu ki, “Xəyanətin bədəli ağır olur”.
Hələ keçən əsrlərdən milləti oyandırmaq üçün – xarici, daxili istilalardan qorumaq üçün, türk milli ruhu oyansa da- Ə. Hüseynzadə, Ə. Ağaoğlu, İ. Qaspıralı, Y. Akçura, Atatürk və Rəsulzadə kimi liderlər sayəsində, lakin millət islam cahiliyyətindən - ərəb xülyasından – xilafət anlayışından hələ də qurtula bilməyib. Hələ XIX- əsrin sonlarından etibarən M. F. Axundov, M. Ə. Sabir, S. S. Axundov, C. Məmmədquluzadə, Abbas Səhhət, Ü. Hacıbəyov, Ə. B. Haqverdiyev, N. B. Vəzirov və s kimi maarifpərvər ədiblər, ziyalılar, milləti cahillik yolundan çəkməyə, dinin gətirdiyi çirkin bir mühitin insanlar üçün nə faciələr törətdiyini öz yazı, məqalələrində, satirik baxışlarla, əvəzsiz olan “Molla Nəsrəddin” kimi bir jurnalın nəşri çox qəlblərə günəş kimi işıq salıb elm, təhsil, maarif yoluna qədəmlər qoyuldu. Və zaman 1906-cı il aprel ayının 7- də ilk sayı işıq üzü gördü. Və bu qurtuluş baş verərsə, avamlıq, cahillik, fanatizm kimi nadanlıqlar aradan qalxarsa, biz bir millət olaraq Türklər deyə tam anılar və din üstünə din sevmərik, əgər sevdiksə, Uca Allahın- Məhəmməd Peyğəmbərə nazil etdiyi qutsal əmanəti- “Quran”ı sevməklə kifayətlənərik. Gündə bir əcaib- qəraib din dəyişməklə insan olunmur. Lakin kötüklərə işləyən çirkin cahillikdən qurtulmaq mümkünmü... İl 2026- il, din üstünə din sevənlər, qəpik- quruşa əqidələrini, yol- yöntəmini itirənlər...
Azərbaycan öz xalqını daha təhlükəsiz, firavan yaşatmaq üçün yaşamalı deyir dövlət, müsəlman isə özünə - minillik nəslinə güzəran düzəltmək üçün.
Din bir iman olmalı, əxlaq- mədəniyyət olmalı, 14 əsrdən çox keçən zaman, xurafatın gətirdiyi cahil zaman, yenidən qayıdıla bilərmi? Müsəlman ölkələrində- əksəriyyətində xalq- millət dini qanunlarla idarə olunur. Savadsızlığa aparan yollar daha çox cızılır. Və hər vasitə ilə milləti kütləyə çevirmək, bu fikirlə siyasət yürüdən daxildə təxribatçilar çoxalmışdır. Əslində belələri artıq Azərbaycan təhsilinə daxil olub, yeri gəldikcə pullu ikinci- üçüncü hüquqi, bəzənsə diplomat və s kimi təhsil alıb meydanda özü kimilərlə at oynadırlar. Təhsilin keyfiyyəti deyil, mənəviyyat- vətənpərvərlik deyil, ədəb- ərkan deyil, “kim daha çox bacarıqlı” adı ilə oğurluğu, ədəbsizliyi, böyüksüzlüyü- quldurluğu, sadəcə savadsızlığı təbliğ etmək, millətin gələcəyini kor qoymaq kimi əcaib bir yön almışdır təhsil. Təbliğat bu yöndədir. Özləri kimi şərəfsizlərdən hətta havadarları belə var. Dövlətimizin mükəmməl yürütdüyü taleyrant adından istifadə edərək canavar xislətli keyfiyyətlər hazırda məktəblərdə zövqlə yürüdülür. Və yeri gəldikcə” publik hüquqi şəxs”əm deyərək kadrları, müəsissələri ürəkləri istəyən kimi fırladır, əslində özlərini ağa hesab edirlər. Bayaq da dediyim kimi, bir şeyi unudurlar, bura sivil, dünyəvi Azərbaycan dövlətidir. Maraqlı burası ki, belələrində Vətən sevdası- Vətən adlı böyük məfhumdan, dəyərdən əlamət belə yoxdur.
Elə buradaca bir haşiyə cızmasam keçinə bilməyəcəyəm...Ömür dediyimiz karvan satqın, xəyanət- şərəfsizlərlə mübarizədə keçir. Dəfələrlə eh deyib keçmək istəsən də, xəyanət daşı o qədər ağır ki, istəmədən ayaq saxlamalı olursan. Çox sevdiyim Filosoflardan olan Həzrəti Əlinin gözəl bir deyimini xatırlayıram” Xəyanət qarşısında susanlar şeytana yardımçıdırlar”. Yenə də daim düşündüm ki, “Bu da keçər, darıxma”. Lakin həyatın sürprizləri və insan xilqətinin çirkinliyi, xəbislik heç bitmədi ki, bitmədi.
Bizlər daim erməniyə düşmən demişik. Demə, bizlərin içindəki xəbislər, şərəf nə olduğunu bilməyən, Azərbaycan adlı bu məmləkətin təhsili ilə, elmi ilə oyun oynayanlar, alver edənlər erməni adlı şərəfsiz düşməndən də şərəfsiz imişlər.
Əxalaqdan, mənəviyyatdan dəm vurub sadə insanların gözündə özünə “imic” quran alverçilər, həyat bumeranqdır, o yan, bu yan sonda özünə qayıdacaqdır. Bir yox, bir neçə diplom ala bilərsən, quru əzbərçilik yolu ilə sxolastik hüquqi terminlərdən danışıb insanların gözünü boyaya bilərsən, ürək bulandıra bilərsən... Lakin bilmədiyin, hesablaşmalı olacağın amillər də var, unutma, ziyaliliq, aristokratlıq insanın soyunda- kökündə olur. Könlü alverçi, soyu çoban olanlar, sonda yenə də çobana dönürlər. Qurduğunuz qurğulara, siçan kimi dövlətin malına- mülkünə daraşıb özünü alim kimi- ziyalı göstərənlər – dağdan gəlib bağa göstəriş verənlər, İlahi- Yaradan, Tanrı adlı Allahı nahaq unutdunuz!
Kimin divanından qaçsanız da, İlahinin- Yaradanın divanı ağır olur, Ondan qaça bilməzsən! Yenə də təkrar edirəm... övladlarınıza haram yedirtməyin, bədəli ağır olar! Alim olmaq asandır, lakin İnsan ola bilərsənmi, Kamil ola bilərsənmi, bu çətin məsələ.
Musiqinin dili olmur deyərək özlərinə- samirə adlı “əfəndilərə”( türklərə xas olan, hörmət bildirən əfəndi kəlməsini ermənipərəstlər istifadə etməməlidir), erməni ilə qucaqlaşanlar, deyəsən erməni iyisi üçün yamanca darıxmısınız. Hətta samirə və ona züy tutanlar yenudən ermənilə kirvə belə olacaqlar... Hamı təmiz qan daşıyıcısı deyil ki... bunu unutmayaq. Türkiyədə türk olmayanlar özünü osmanlı torunu adlandırır, elə onun kimi bir şeysiniz.
Və bunlar gözlər önündə baş verdikcə... və sən heç nə edə bilmədinsə... Vətən o Vətən ki, sinəsi çarpaz dağlıdı. Nədən ki, yerin- göyün yaradıcısı var, o Yaradıcı hər şeyin ixtiyariyatını bilir, zamanla yerinə qoyandır. Və bir də hikmət o ki, “O nə dilərsə, o olur”.Cahillər belə hikmətləri həm bilməyən, həm də unudanlardır. Çünki, Tanrıdır həqiqətin özü və yaradıcısı. Adi bir misal, “yol kəsənin yolu kəsilər”. Və İlahidən gələn işıq onu da deyir ki, “əgər sən hər şeyin- elmin, bilginliyin, maarifin, yaradıcı kimi, lap elə insan kimi- mükəmməl insan, kamil insan kimi- deməli sən bir filosofsan! Fəlsəfə budur. Və bu günlər üçün deyilmiş daha bir fəlsəfi fikir; “İndinin siyası fəlsəfəsi tərəqqiyi Millətçilikdə görür”- Ö. F. Nemanzadə. Öncə, evin içi, sonra bayırı. Kreativ düşüncə sahibləri belə mənimlə razılaşar.
“Əmanət yükünü görən, vəzifəsini bilən Həzrəti Mövlanə Allah rizası üçün varlığından keçən yana- yana, alışa- alışa titrədəcək, yatmışları ayıldacaq bir səslə çağırırdı: Yaradanını tanımağa, Düzlüyə, Həqiqətə, Qüdrətə qul olmağa, Bəndə, Ümmət, Vətəndaş Olmağa, Gözəl Olmağa, Kamil Olmağa- Aşiq Olmağa”!
... Gözəl Olmağa, Kamil Olmağa,- Aşiq Olmağa! - qanan ilə daş daşı, qanmaz ilə yemə aşı! Qananın quluyam, qanmazın heç ağası da deyiləm, möhtəşəmdir deyilmi, bunların adına yaşamın fəlsəfəsi deyilir. Min illəri aşıb gələn görənlərin- qananların, ağıl süzgəcindən keçirənlərin hikmət divanı bu. Hər kəs alim ola bilər, ama Kamil ola bilərmi, mənəviyyat adlı ruhun daşıyıcısi olmaq hər kişiyə nəsib olmaz!
***
Arazın eşqinə bax,
Suyunun məşqinə bax,
Dərd əlindən oxuram...
Deyirlər eşqinə bax!
Bu sadə, sadə olduğu qədər də hikmətli bayatılar Azərbaycan xalqının qan yaddaşından, bağrından qopmuşdur. Neçə- neçə minilliklərə söykənən folklor , xalqın ağrı- acıları, sevinci- kədəri- nələr desən var bu musiqisi də, sözləri də xalq özü olan el deyimlərində.
Taleləri surət qatarına doğru yol alan, fəqət bu el- folklor deyimlərinin kimliyi bilinmədən xalq mahnı və bəstələri, nəğmələri adlandırılır. Lakin o da məlum ki, boşdan yaranmır bu nəğmələr. “Mənə isnad nöqtəsi verin dünyanın məhvərini yerindən çıxarım”- Arximed.
Bizlərin isnad nöqtəsi Tomrisdən tutmuş, Babəkləri, Dədə Qorqudları, Füzuli, Nəsimiləri , Miskin Abdalları, Şah İsmayılı, Dədə Ələsgərləri və s yetirən dünənimiz, Axundov, Sabir, Hacıbəyov, Mirzə Cəlil kimi yaxın keçmişimiz, erməni qəsbkarları üzərində 2020- cü ildə 44 günlük Zəfər Qalibiyyətini bizlərə yaşadan Prezidentimiz, Ordumuz və Xalqımızın birliyi oldu isnad nöqtəmiz.
Gerçək Qəhrəmanlıq sadəcə savaşmaq deyil, üstəlik də İnsan olaraq qala bilməkdir. İnsan olduğun üçün üsyan etməkdir, təbii müsəlman, üsyan edən istər qadın, istər kişi olsun, sevməz. Çünki kor fanatlara boyun əyən kütlə lazımdır.
Elə budur bizim isnad nöqtəmiz. “Böyük məqsədi olan Böyükdür”- Sokrat, bu elə bir məqsəd ki, Vətən adına söykənir, Vətən böyüklüyündədir.
Öncə Vətəndir, qalan şeylər təfərrüatdır!
***
P. S. Acı olan o ki, bu günlərdə “Əbədiyyət Üfüqlərində Doğan Günəş” deyərək bizlərə Ulu Nəsimini bir daha təqdim edən, əruzun ən gözəl səsləndiricisi olan, “Babək” adlı 32 il ərəb işğalına qarşı “ Azadlıq, O elə bir yanğı ki, O idi məni döyüşdən- döyüşə aparan” Qəhrəman, Dədə Qorqudun Bamsı Beyrəyini xalqa elə bir özəlliklə təqdim etdi ki, Rasim Balayev öz qəhrəmanlarını, onların obrazlarını, surətlərin belə mükəmməl, sənətkarcasına, ustalıqla yaratdı ki, bu Qəhrəmanların hər biri sanki, elə bu dahi sənətkarın simasında xalqın qəlbinə qazıldı.
Qəlblərdə “Azadlıq Yanğısı” deyərək daim taxt quran bu gözəl, əvəzsiz sənətkara Allahdan rəhmət diləyir, Ruhun şad olsun! Tanrı Dağındakı Ruhuna Salamlar olsun!
P. S. Dünya çalxalanmaqda, alovlar içərisində yanmaqdadır, istər Amerika, israil, istər iran, bu dövlətlərin hər birinin iddiası ya işğal- neft, sərvət ələ keçirmək, yaxud ərazi işğalı, yaxud molla dövlətinin siyasəti isə yenə də bütün çirkablığın önərisidir. İnsan amili çirkin dini fanatizmin, avamlığın, hüquqsuzluğun, edamın üzərində qurulan iran molla rejimi şeytan və xəyanət yuvasından başqa bir şey deyildir.
Baş verən bu faciələrin bir istiqaməti var, məhv edilən, darmadağın edilən, dünyası başına uçurulan, ağlar qalan yenə də müsəlman ölkəsidir, və ölkələridir. Və siz Qərb, demokratiyadan danışmayın, baş verən qanlı olaylardan tək bircəsini xatırladıram, fevralın 28- də iranda ibtidai sinif şagirdlərinin – qızlar məktəinə çirkincə saldırısında 168- nəfər körpə balaların, müəllimlərin faciəvi məhvi insanlıqmı- demokratiyamı!?. Yerə batsın sizin “demokratiyanız”. Yerə batsın iran sənin molla- şeytan rejimin!
M. İ. 04. 04. 26. Bakı
Hara dönürüksə dönək, mənim üçün bütün yolların sonu Güney kəndində bitir!
MƏLAHƏT İSMAYILQIZI
Digər xəbərlər