19:29 Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru - İnsan “cini şüşədən buraxıb”, deyəsən!
20:33 Azərbaycanlı yazıçı Qəni Camalzadənin daha bir beynəlxalq platformada müsahibəsi təqdim olundu
ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
APA TV-nin 13 yaşı tamam olur
CƏMİYYƏT
29.05.2026, 11:04 Oxunub: 62Azərbaycanın internet məkanında özünəməxsus yeri olan APA TV-nin efir həyatına başlamasından 13 il ötür.
2013-cü il mayın 29-da internet üzərindən canlı yayıma başlayan APA TV bir çox ilklərə imza atmağı bacarıb.
“APA Media Group”un tərkibinə daxil olan televiziyada gündəlik xəbərlər, ictimai-siyasi, iqtisadi, sosial, dini, mədəni mövzulara həsr olunmuş verilişlər təqdim olunur.
APA TV Azərbaycanın internet məkanında geniş auditoriyaya sahibdir.
Kanalın bölgələrdə və ölkə hüdudlarından kənarda müxbir postları fəaliyyət göstərir.
APA TV yayım dairəsini genişləndirir. Belə ki, APA TV Ailə TV, CityNet, Ultel ilə yanaşı, “Connect Tv” və “Megalink”də də yayımlanır.
Xatırladaq ki, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 30 noyabr 2022-ci ildə APA TV-yə platforma yayımçısı lisenziyası verilib.
Ad günün mübarək, APA TV!
Digər xəbərlər