ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Azərbaycan Universitetinin təhsil proqramı beynəlxalq akkreditasiyadan keçib
CƏMİYYƏT
22.06.2026, 11:22 Oxunub: 32Azərbaycan Universitetinin “Sosial iş” ixtisası bakalavriat səviyyəsindən sonra magistratura səviyyəsi üzrə də beynəlxalq akkreditasiyadan uğurla keçib.
“Qafqazinfo” xəbər verir ki, akkreditasiya növbəti 5 ili əhatə edir və proqramın beynəlxalq keyfiyyət standartlarına uyğunluğunu, həmçinin rəqabətqabiliyyətliliyini təsdiqləyir.
Proqramın akkreditasiyası təhsildə keyfiyyətin təminatı üzrə aparıcı beynəlxalq qurumlardan biri olan Müstəqil Akkreditasiya və Reytinq Agentliyi (Independent Agency For Accreditation and Rating - IAAR) tərəfindən aparılıb və akkreditasiyanı təsdiqləyən sertifikat universitet rəhbərliyinə təqdim olunub.
Akkreditasiyanın aktiv dövrü fevral ayında baş tutub. Agentliyin Xarici Ekspert Komissiyasının nümayəndə heyəti universitetdə “Sosial iş” ixtisasının təhsil proqramının keyfiyyətinin qiymətləndirilməsi üzrə yoxlamalar keçirib. Təhsil proqramının yerinə yetirilməsi, tədris prosesinin təşkili, kafedra və dekanlığın fəaliyyəti, universitetin struktur vahidlərinin işinin akkreditasiya üçün müəyyən edilmiş tələb, qayda və meyarlara uyğunluğu yerində qiymətləndirilib və akkreditasiya müraciətinə müsbət cavab verilib.
Qeyd edək ki, Azərbaycan Universitetində magistratura səviyyəsi üzrə “Sosial iş” ixtisasının tədrisi Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş və Gənclərlə iş olmaqla iki ixtisaslaşma üzrə həyata keçirilir.
Digər xəbərlər