usd-1.7000 eur-1.9474 rub-2.3210
Bakı 23°C 6.94 m/s
Son xəbərlər
14-06-2026
09-06-2026
06-06-2026
03-06-2026
02-06-2026
29-05-2026
27-05-2026
24-05-2026
23-05-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Bakıda Ukrayna Universitetlərinin Rəsmi Təhsil Sərgisi keçiriləcək

details

CƏMİYYƏT

22.06.2026, 11:16 Oxunub: 149

Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr Cəmiyyəti İB-nin sədr müavini, “Alijanov Group” MMC-nin direktoru, Jurnalistlər Birliyinin üzvü, hüquq üzrə fəlsəfə doktoru Fürqan Abdullazadənin verdiyi məlumata görə, Bakı şəhərində Ukrayna universitetlərinin rəsmi təhsil sərgisi təşkil olunacaq.

Sərgi Ukrayna Təhsil və Elm Nazirliyi, Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzi və Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Tədbirin əsas məqsədi Azərbaycan gənclərini, valideynləri və təhsil mütəxəssislərini Ukraynanın aparıcı ali təhsil müəssisələri və onların müasir tədris proqramları ilə yaxından tanış etməkdir.

Sərgi çərçivəsində iştirakçılara bakalavr, magistratura və doktorantura (PhD) proqramları, həmçinin beynəlxalq ikili diplom layihələri barədə ətraflı məlumat təqdim olunacaq. Ziyarətçilər Ukrayna və ingilis dillərində tədris olunan ixtisaslarla tanış ola, qəbul qaydaları, təhsil imkanları və viza prosedurları barədə universitet nümayəndələrindən birbaşa rəsmi məsləhətlər əldə edə biləcəklər.

Təhsil sərgisi 4 iyul 2026-cı il tarixində Bakı şəhərində yerləşən “Hyatt Regency” otelində (İzmir küçəsi 6) saat 10:00-dan 18:00-dək keçiriləcək.

Tədbirdə iştirak ödənişsizdir və giriş bütün ziyarətçilər üçün sərbəstdir.

Qeyd edək ki, sərgi “Alijanov Group” və “IEC INGEK” şirkətlərinin rəsmi dəstəyi ilə təşkil olunur.

Digər xəbərlər