usd-1.7000 eur-1.8455 rub-0.0187
Bakı 13°C 10.86 m/s
Son xəbərlər
16-05-2024
15-05-2024
14-05-2024
13-05-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Canan Karatay ömrü uzadan ən sağlam qidaları açıqlayıb

details

SAĞLAMLIQ

25.01.2024, 13:09 Oxunub: 614

Canan Karatay açıqladı: Dünyanın ən sağlam qidaları

Daxili Xəstəliklər və Kardiologiya Mütəxəssisi Prof. Dr. Canan Karatay ömrü uzadan ən sağlam qidaları açıqlayıb.

1001info.az bakupost.az-a istinadən həmin qidaları təqdim edir:


KƏLƏM
Kələm tərkibindəki müxtəlif qida maddələri ilə şəfa mənbəyidir. A, C, E və K vitaminləri ilə zəngin olan bu qida həm də kalsium və fosfor kimi minerallarla boldur. Üstəlik, Canan Karatay tərəfindən "dünyanın ən sağlam qidalarından" biri hesab olunur.
Karatay turşu kələmin althseymer, xərçəng həmçinin, qaraciyərin yağlanmasının qarşısını aldığını, qan şəkərini tənzimlədiyini qeyd edib.
Canan Karatayın bu sözlərini Britaniya Xərçəng Araşdırmaları Fondundan professor Tim Key də dəstəkləyir. Bəzi araşdırmalar nəticəsində brokoli və kələm kimi tərəvəzlərdə bağırsaq xərçəngi riskini azaldan molekulların olduğu bildirilir.


SÜMÜK SUYU
Prof. Dr. Canan Karatay hər səhər yuxudan duranda "ilikli sümük suyu" içdiyini bildirib. Sümüklərini gücləndirmək üçün hər gün bu reseptdən istifadə etdiyini deyən Karatay, bu yeməyin həm immuniteti, həm də sümükləri polada çevirdiyini bildirir.
Bir stəkan sümük suyu ilə yarım limonu birlikdə yediyini deyən Karatay, qarışığa bir çay qaşığı kristal qaya duzu da əlavə etdiyini bildirir.
Canan Karatay hər səhər səhər yeməyindən əvvəl içdiyi bu qarışımla orqanizmin xəstəliklərə qarşı müqavimətini qoruduğunu söyləyərək, hormonları da rahatlaşdırdığını, əzələ bağlarını gücləndirdiyini sözlərinə əlavə edir.


ALMA SİRKƏSİ
Canan Karatay sirkənin təbii və düzgün hazırlandığında təbiətdəki ən zəngin probiotik qaynaqlardan biri olduğunu vurğulayır. Faydalı mikroorqanizmlər olaraq bilinən probiyotiklər bağırsaqlara təsiri ilə bütün bədəni yeniləyə bilir.
Probiotik tərkibi ilə maddələr mübadiləsini gücləndirir, xəstəliklərə qarşı müqaviməti artırır.


SARIMSAQ
Prof. Dr. Canan Karatayın "bol yeməyi" tövsiyə etdiyi qidalardan biri də sarımsaqdır. Sarımsaq tərkibindəki "allisin" adlı maddə ilə immuniteti gücləndirir.
Tərkibindəki "allisin" həm də infeksiyalara qarşı qoruyucu təsirə malikdir və təbii antibiotik təsirlidir. Ona görə də müntəzəm qəbulu bir çox bakteriya və viruslardan qoruduğu kimi, xroniki xəstəliklər üçün də riski azaldan faktordur.


SOĞAN
Karatay üçün ən faydalı qidalardan biri də soğandır. Xüsusilə çiy yeməyi tövsiyə edir.

Digər xəbərlər