usd-1.7000 eur-1.8455 rub-0.0187
Bakı 13°C 10.86 m/s
Son xəbərlər
16-05-2024
15-05-2024
14-05-2024
13-05-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Əhliman Əmiraslanov: "Qızılcaya yoluxanların əksəriyyəti uşaq vaxtı peyvənd olunmayanlardır"

details

SAĞLAMLIQ

18.01.2024, 12:05 Oxunub: 580

Əhliman Əmiraslanov: "Qızılcaya yoluxanların əksəriyyəti uşaq vaxtı peyvənd olunmayanlardır"

Qızılcaya yoluxanların əksəriyyəti uşaq vaxtı peyvənd olunmayanlardır.
1001info.az “Report”-a istinadla  xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
"Nəinki indi, eləcə də COVID-19 dövründə də vaksinasiyaya qarşı müəyyən inamsızlıq var idi. Peyvəndlərin insan sağlamlığı üçün təhlükəli olduğunu, yaxud gendə müəyyən dəyişikliklər üçün planlaşdırıldığını iddia edirdilər. Təəssüflər olsun ki, hətta həkimlər arasında belə düşüncədə olanlar var. Milli Məclisdə “Yoluxucu xəstəliklərlə mübarizə: qızılca infeksiyası ilə bağlı ölkədəki mövcud vəziyyət, peyvəndləmə və görülən tədbirlər”ə dair dinləmənin keçirilməsinin əsas məqsədlərindən biri də insanları inandırmaqdır", - Komitə sədri qeyd edib.
Ə.Əmiraslanov vətəndaşlara vaksinasiya ilə bağlı çağırış da edib: "Onlar bilməlidirlər ki, yoluxucu xəstəliklərlə mübarizə aparmağın yolu mütləq peyvəndləmədən keçir. Bütün dünya peyvəndlərdən istifadə edir, onlarda vaksinasiyanın fəsadlar törətdiyi fikri yoxdur. Ancaq Azərbaycanda peyvəndlə bağlı yanlış fikirlər formalaşıb. Təsəvvür edin, bu gün qızılcaya yoluxanların nəinki əksəriyyəti, hətta deyərdim ki, 100 %-i məhz uşaq vaxtı vaksinasiyadan kənarda qalanlardır",

 

Digər xəbərlər