usd-1.7000 eur-1.9286 rub-2.0859
Bakı 17°C 3.87 m/s
Son xəbərlər
06-05-2025
04-05-2025
02-05-2025
01-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

"Gəlinlik paltarı" romanından bir hissə...

details

ƏDƏBİYYAT

06.05.2025, 16:03 Oxunub: 88

Hüseynbala Mirələmovun "Gəlinlik paltarı" romanından bir hissə...

Xəyallar ürəyini üzdü, üzdü... Nə zaman yuxuya getməyindən xəbər tutmadı. Yuxuda da Harisi gör­dü. Gördü ki, Haris onu qucaqlamaq istəyir, ancaq çəkinir. Pıçıltılı həzin səsini də eşitdi. Haris ona deyirdi:

- Yetişmiş nar kimisən, Fənayə, sıxsam, əzilər­sən...

Sübh tezdən oyandı. Gördüyü yuxudan yadında elə həmin cümlə qalmışdı. Bu sözləri o, neçə il əvvəl eyvanda anasını hərarətlə sinəsinə sıxan yad adam­dan da eşitmişdi. O vaxt anası həmin yad adama demişdi ki, qorxma, sıx, hələ indiyəcən şirəmi çıxa­ran olmayıb.

Fənayə heç vəchlə anasını qınamırdı. Başqa zəruri tələbatlar kimi, insanın intim istəyi də ödənilməlidir. İnsan bioloji varlıqdır, o bir çox irsi keyfiyyətlərin da­şıyıcısıdır. Ailə ona görə qurulmur ki, insanın istək və arzularının qarşısına sədd çəksin. Yaxşı olar ki, qadın elə ailədə rahatlıq tapsın. Əgər ər bu zövqü ona vermirsə və onu bir başqa ünvanda tapmaq mümkündürsə...

O, aşiq olmuşdu, düşünürdü ki, göydə yazılan qismət yerdə yaşanır.

Pəncərənin önünə gəldi. Cikkildəşə-cikkildəşə bir-birinə məhəbbət izhar edən sərçələrə baxdı. Fənayəyə elə gəldi ki, yer üzündə nə qədər canlı varsa, hamısını sevgi yaşadır...

Hamama keçib üzünə su vurdu. Mətbəxdən qab- qacaq səsi gəlirdi. Anası orada idi. Hamamın qapısını çəkib bağladı. Soyunub duşu açdı. İlıq suyun altına girdi. Gur çilənən su saçlarını islatdı, çiyinlərindən,

kürəyindən, sinəsindən axıb bədəninin bütün mə­samələrinə ləzzətli bir dinclik payladı. Üz-gözünü, boyun-boğazını, balaca və qəşəng qulaqlarının içi­ni, sinəsini şampunladı. Şampun bahalıydı, xoş ətri vardı. Əli ayrı-ayrı əzalarına toxunduqca, bədəninin hamarlığından və yumşaqlığından xoşhallanır, varlı­ğından zövq alırdı. Sinəsini qabağa verdi. Su döşlə­rinin arasından süzülüb göbəyinin üstündən axdı, mərmər kimi baldırlarına toxundu, incə ayaqlarının ucundan fasiləsiz şoralandı. Elə bil bu qənirsiz pəri bədəninin parlaq çılpaqlığı ilə təbiətin yaratdığı bü­tün gözəlliklərə   meydan oxuyurdu. Fənayə ilıq su içində alışıb-yanırdı, elə bil atlasa bürümüşdülər onu, işıq saçan atlasa. Özü-özünə vurulan bu gözəlin indi­ki görkəminin özgə bir bənzətməsi ola bilməzdi. Sadə­cə, əfsanəvi ilahə dağ şəlaləsinin altında yuyunurdu. Fənayə güzgüdən gözünü ayıra bilmirdi, öz gözəlliyinə dönə-dönə valeh olurdu, bədəni ilahi rəssamın fırçası ilə yara­dılmış kimi qənirsiz idi. Kiçik, yumru, şux döşlərinin giləsi palıdı rəngə çalırdı. Həmin o palıdı rəngə çalan gilələrdən də su damcılayırdı. Əllərini döşlərində, göbəyində gəzdirib seyrək tükə bürünmüş «zöhrə dağcığı»nın üstündə saxladı. Və... Ona elə gəldi ki, Harislə birləşib artıq. Bu təmas az qala Fənayənin huşunu başından aldı. Bu duyğu elə bil özünün yox, Harisin idi. Hələ də başına, bədəninə gur su çilənən qız, bütün varlığını titrədən sonsuz bir həsrətin, qə­hərin təsiri altında dözə bilməyib, ağladı. Bu, bəx­tiyarlıq, vüsal qəhəri idi. Qız xoşbəxtliyin astanasında dayanmışdı. Tale bu qapını onun üzünə açacaqdımı? Harisə qovuşa biləcəkdimi?..

Qurulanıb hamamdan çıxanda, üzü qaymaq kimi yumşaq, bədirlənmiş ay kimi işıqlı idi. Pəncərədən həyətə boylandı. Bu yarım saatın, qırx dəqiqənin içində dünya sanki bir az da dəyişmişdi, fəsillər gözə­li yazın ecazkar ruhu dörd yanı bürümüşdü. Qısaca zaman içində bu boyda dəyişmə baş verə bilərdimi? Yoxsa, Fənayəyə elə gəlirdi? Nə bilmək olar, bəlkə elə qəfil sevgi də qəfil ölüm kimidir - qaşla göz arasında olur?..

Düşüncələr onu hara aparır? Bu yolun sonunda nə var? Üzünə təzə gülümsəyən bu həyat ona nə vəd edir? Görəsən, doğrudanmı bu onun düşündüyü xoşbəxtlikdir? Bilmirdi, sadəcə olaraq, bilmirdi... Yazla birgə gələn dəli sevda şair qızın köksündəki ən incə titrəyişlərlə birgə söz çələngini də oyatdı:

Gör nə qədər sevinc, qəm Dalğalanır üzümdə, Yuyunmaq istəyirəm Bir sevgi dənizində.

Yuyarmı günahımı Bu dənizin suları?

Varsansa, ey İlahi, Yetir mənə baharı. Sevirəm dalğaları Vüsalın səsi kimi, Həsrət batır sularda Dəniz ləpəsi kimi...

Fənayə xəyalən öz Harisinin obrazının adda-bud­da cizgilərini bir araya gətirməklə, tam bir surət ya­ratmağa cəhd etdi. Hələlik bu obrazın görüntüləri Rahibənin dediklərinə əsaslanırdı: «Əmim onu dedi, əmim belə elədi...» və sair və ilaxir...

Xəyalmdakı güclü, qətiyyətli, bir anda qadınların qəlbini ovlamağı bacaran fövqəl kişi ilə yenicə mey­dana çıxan Harisi tutuşdurdu. Fənayəyə görə, bən­zəyişlər az deyildi.

Artıq bütün varlığını sarsıdan düşüncələr Fəna­yənin yuxusunu ərşə çəkmişdi. Onu dünyaya bağ­layan duyğu, fikir qapılarının hamısı qapanmışdı, bircə qapı açıq idi və o açıq qapmm önündə yalnız Haris dayanmışdı.

Bir yandan da saysız-hesabsız suallar, suallar... Fikri dağınıq olsa da, həmin suallara tələsmədən, bir­cə-bircə, məntiqi ardıcıllıqla cavablar axtarırdı. Fə­nayə özünü nə zamansa oxuduğu müxtəlif əsərlərin ədəbi qəhrəmanları ilə, daha çox da qadın obrazları ilə müqayisə edirdi. Və sonda belə qənaətə gəlirdi ki, düzünə qalsa, indiki zamanın tələbləri çərçivəsin­də yarı Şərq, yarı Avropasayağı yaşayan bu şəhərin qadınları ayrı cür yox, elə onun kimi olmalıdır. Fəna­yə durduğu yerdə «əti pişiyə yedizdirən» qızlardan deyildi. Bu məsələlərdə anasını təkrarlamaq fikrin­dən çox uzaqdı. Yaddaş isə gur sulu bulaq kimi axır, ötən illərin sanki kino kadrlarını sürətlə ötürə-ötürə indiyə gətirirdi. Budur, anasının gizli görüşdüyü adamlar. Anası Fənayəni uşaq sandığı üçün qızını nəzərə almadan onlarla görüşür, min oyundan çı­xırdı...

* * *

Bir dəfə atası Yessentukiyə müalicəyə getmişdi. Fənayə yatağına uzansa da, yatmamışdı. Anası isə yan otaqda aşnası ilə eyş-işrətlə məşğuldu. Çox za­man o, hansı bir kişiyləsə bu otağa çəkilir, hətta qa­pını arxadan bağlamırdı da. Deyirdi, birdən uşaq yuxudan qalxar, qorxub qışqırar. İndi Fənayə çox dəqiq xatırlayır ki, həmin gün o, yatağından dəli kimi qalxmış, anası ilə mazaqlaşan kişinin üstünə cummuş, onunla savaşmışdı.

Köhnə xatirələrdən biri də uçub gəldi. Bir dəfə anasının «qonağı» xeyli oturdu. Ana balasını yatız­dırmağa çalışsa da, Fənayənin tərsliyi tutdu, yatmaq istəmədi.

Qadın:

- Ay qız, niyə yatmırsan? - soruşdu.

Qız cavab verdi:

  • Yatmıram, qoy bu kişi çıxıb getsin!..
  • Axı, niyə getsin?
  • İstəmirəm sənin üstünə uzansın...

Doğrudur, bu söhbətdən sonra «qonaq» çıxıb getdi. Daha Fənayə xəbər tutmadı ki, o yenidən qayıdıb gəldi, ya yox? Hər halda, bu söhbətdən sonra anası özünü yığışdırdı, daha onu uşaq yerinə qoymadı.

Köhnə əhvalatlar nədənsə, bu dəfə ona utanc gə­tirmədi, əksinə, əlini ağzına tutub xısın-xısın güldü. İki fincanı yanaşı qoyub özünə və qızma çay süzən Zinayə, Fənayənin səbəbsiz güldüyünü görəndə, təəc­cübünü gizlətmədi:

  • A qızım, deyəsən, gözün baxa-baxa yuxu görür­sən?!
  • Hə, ana, bal kimi şirin yuxu görürəm.
  • Amma unutma ki, çox şirin yuxular sonradan zəhərə dönür, adamın tüstüsü təpəsindən çıxır.
  • Siftəsi şirin, sonrası acı yuxular çoxmu yandırıb səni?

Zinayə səksənən kimi oldu. Deyəsən, bu qız ana­nın həyatının ən sirli, ən gizli məqamlarından da xə­bərdardı.

Əri - Qadir işə sübh tezdən gedirdi. Çalışdığı şirkətin iş rejimi belə idi. Doğrudur, Qadir işə tez getməyindən narazı idi, amma qoyulan qaydaya əməl etməyin zəruriliyini anlayırdı. O, fərasətli, ba­carıqlı işçi olduğundan yaxşı maaş alırdı. Əgər Qa­dir evə dolanışıq gətirməsəydi, Zinayə onu heç adam yerinə qoymazdı. Qadir yaxşı qazanmağı bacarırdı. Elə buna görə də, Zinayə Qadirin geyim-keciminə xüsusi diqqət yetirirdi. Qadirin paltarları həmişə tə­miz və səliqəli olurdu. Zinayə Qadiri işə yola salan­da, adətən, onun qalstukuna əl gəzdirir, ora-burasmı bir balaca da olsa, çəkib düzəldir, köynəyinin, pencə­yinin şaxlığmı yoxlayırdı. Hərdən Qadir qapıdan çıxanda Zinayəni öpmək istəyərkən, Zinayə nazla­nıb başını yana əyir, bu zaman uzaqbaşı Qadirin nəfəsi onun boyun-boğazını yalayırdı.

İndi qızının belə sual verməyi Qadiri gətirib qoydu Zinayənin gözünün önünə. Özündən asılı olmayaraq, sanki bu söhbətdən kiminsə duyuq dü­şüb-düşmədiyini yoxlayırmış kimi, ətrafı gözdən keçirdi. Nadir dərsə getmişdi. Evdə ikisi idi. Zinayə istədi qızı ilə lap açıq danışsın. Di gəl ki, cürət eləmə­di. Handan-hana dilləndi:

- Təki, sonra əlin boşa çıxmasın.

Anasından incidi, Fənayənin canı sıxıldı, sanki anası dedi: «Qoy əti hansı pişik yeyir-yesin, təki, sən o pişiklərdən birini tutub saxlamağı bacar...»

Bu sayaq fikirlər Fənayəni dünəndən bəri üzürdü. Qonşu qızlardan biri, məktəbli ola-ola, on altı yaşında ərə getmişdi, məlum olmuşdu ki, hamilədi. Bir ildən sonra uşağını qucağına qoyub dalından bir təpik vur­muşdular. Anası o qız barəsində demişdi ki, əti pişiyə tez yedizdirib... İndi bunların heç biri Fənayənin eyni­nə deyildi. Harisin odlu baxışlarını üzündə, gözün­də, yarımaçıq sinəsində hiss etsə də, bundan xoşlan­sa da, özünü ötəri duyğuların əsiri hesab eləmirdi. O, hətta istədiyi bir kişiyə ərə getsə belə, ev qadını ol­maq istəmirdi. Bu cür sadəlövh düşüncələrə gülmə­yi tuturdu. Bütün hallarda gənc xanımın duyğularının son ucunda güclü, çox güclü bir kişiyə qovuşmaq təşnəsi dururdu.

Bir fincan səhər çayı içdi. Qalxıb universitetə get­məli idi. Bədənnüma güzgüsünün qabağında daya­nıb saçlarını səliqəyə saldı. Nazik, bəyaz kofta və qara yubka mütənasib bədəninə necə kip oturmuşdusa, elə bil qız ilan boğazından çıxmışdı. Pilə kimi yum­şaq telləri birər-birər, dalğalı söyüd saçaqları kimi çiyinləri üstünə səpələnmişdi. Bir az göyə çalan ala gözləri par-par alışıb-yanırdı. Dodaqlarına yüngül rəng çəkib, boynuna, qulağının arxasına fransız ətri vurdu və güzgüdən anası səmtə boylandı. Hiss etdi ki, anası nəsə soruşacaq. Elə də oldu:

- Allah qoysa, səfərin ha tərəfədi?

Sualın mənasını anladı, əlbəttə, anası qızının gö­rüşə, yoxsa universitetəmi getdiyini xəbər alırdı.

Fənayənin ipək saçları arasından görünən gözəl sifəti bir az da allandı. Dinmədi.

Həyət qapısından çıxanda, çirkab suyuna batma­sın deyə, ara-bərədəki quru yerlərlə, divarın lap dibi ilə getməyə çalışdı. Tində murova gələn dişi pişiyin yanını kəsdirən erkəklər vahiməli səslər çıxara-çıxara diş qıcayırdılar. Dişi pişik sinəsini irəli verib tükünü qabartmış iri erkək pişiyin kürəyinə sürtünür, zolaqlı başı ilə pırpız erkəyin boynunu-boğazını oxşayırdı. Başqa vaxt olsaydı, pişiklər qorxub qaçar, hərəsi bir tərəfə atılıb gözdən itərdilər. İndi isə sanki Fənayəni görmürdülər. Çox güman ki, ayrı vaxt olsaydı, Fəna­yə də ayaqlarını yerə şappıldadıb pişiklərə acıqlanar, onları qovardı. Bu dəfə pişiklərin yanından ehmalca keçdi. İçində duyduğu yüngül ikrah hissi ilə pişik yığnağından uzaqlaşmaq istədi. Pırpız pişiyin yanın­da islanmış cücəyə dönən cavan erkəklərə baxmaq lap zülm idi. Heç bilmədi, necə oldusa, Allahın bu bədbəxt canlılarından uzaqlaşdığı anda tələbə yol­daşlarını - Faiqi, Zauru, Zahiri xatırladı və ani xatır­lamanın əcaibliyini hiss edib, «heç gör hənanın ye­ridi?..» - deyə düşündü.

Harisə vurulubmu, yoxsa, bu ötəri həvəsdi? Əgər bunu soruşan olsaydı, yəqin ki, Fənayə cavab tapa bilməzdi. Ortada olan həqiqət bu idi ki, dünəndən gənc xanımın xəyalı qanad açaraq Harisin yanma uçmuşdu. Haris onun varlığına hakim kəsilmişdi.

Fənayə uçum-uçum uçunur, canına vəlvələ sa­lan hissiyyatlara ad tapa bilmirdi. Bircə onu bilirdi ki, ixtiyarı öz əlində deyil. Ancaq yox, qəlbinin də­rinliyində buludlu səmada ara-sıra çaxan şimşəyə- bənzər şübhəli qığılcımlar da oynaşırdı. «Bəlkə heç Haris onun barəsində düşünmür. Allah bilir, nə qədər məşuqəsi, əyləncəsi var. Hərə bir marağın quludu; biri siqaret sümürür, başqası araq düşgünüdü. Bu da qadın xəstəsidi yəqin. Bəlkə belə deyil, qocalma­yıb ki... Cavan adamdı, gözünün qurdunu öldür­məlidi, ya yox? İnanma ki, hər qadın onun qəlbinə yol tapsın. Onların Harisə vurulmağı da hələ nəsə demək deyil. Nə olsun ki, Harisi sevirlər? Sadəcə, «pişik əti yeyib və gedib». Yerdə isə qəribə macəraların yandırıb-yaxan xatirələri qalıb... Bu­nun ayrı bir adı yoxdu».

Fənayə Harisi əsl kişi sayırdı, onu qadın düşgünü gözündə görmək istəmirdi. Bəs, kimdi o? Sərsərimi, eşqlə ləbələb dolu könül səyyahımı, ya bəlkə gözəllik ovçusu?! Bu səyyah, qadınlar dünyasını dolaşa-dola­şa ruhunun ram olacağı, könlünün rahatlıq tapacağı, isti bir nəfəsin qızdıracağı əfsanəvi ada sorağmdadır. Bu ada yalnız və yalnız göylər qədər geniş, dəryalar qədər dərin sevginin cəmləşdiyi insan qəlbi ola bilər. Səyyahlar dövri-qədimdən belə olublar; dünyanın gözəl-gözəl ölkələrini diyarbədiyar gəzib dolaşsalar da, cənnət mənzərəli yerlərdən keçsələr də, onlara elə gəlib ki, arzu etdikləri füsunkar məkanı tapmayıblar... O məkan dünyanın hansı yerindəsə var, mövcuddur, fəqət, ayaq dəyməyən yerdədir!.. O məkan sanki qa­dınların qəlbindəki qırxıncı otaqdır. Sirli, soraqlı...

Zaman ötəcək, lap ömür də bitəcək, amma o müb- həm məkana bəlkə də heç vaxt heç kimin ayağı dəy­məyəcək. Bu, heç vacib də deyil, sadəcə insan qədəmi qismət olmayan o könül adasının xəyaldakı surəti yetər ki, dünya var olsun və insanın məhəbbət ruhu əbədi yolçuluğuna davam eləsin...

ardı var

Digər xəbərlər