usd-1.7000 eur-2.0054 rub-2.1663
Bakı 21°C 16.45 m/s
Son xəbərlər
02-07-2025
01-07-2025
25-06-2025
24-06-2025
21-06-2025
19-06-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Tanınmış futbolçu Qara Qarayevin həyat yolu kitaba çevrilir

details

İDMAN

02.07.2025, 14:05 Oxunub: 81

Azərbaycan futbolunun tanınmış siması, “Araz-Naxçıvan” klubunun və milli komandanın təcrübəli üzvü Qara Qarayevin həyatı haqqında bioqrafik kitab yazılır.

1001info.az  xəbər verir ki, bu məqsədlə bu gün Qara Qarayev və TEAS Press Nəşriyyat Evinin rəhbəri Nicat İbrahimov arasında görüş keçirilib. Tərəflər arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb. Beləliklə, layihəyə rəsmi şəkildə start verilib. Kitabın müəllifliyi isə Türkiyənin tanınmış idman yazarı və jurnalisti Murat Aksoya həvalə edilib. Əsərin çapı da Türkiyədə olacaq. Kitabda Qara Qarayevin peşəkar futbol karyerası ilə yanaşı, onun şəxsi düşüncələri, həyat fəlsəfəsi və milli futbolumuzdakı rolu da geniş şəkildə əks olunacaq.

Görüş zamanı layihənin həm ölkə futboluna, həm də kitabın ictimai təbliğinə verəcəyi töhfələr xüsusi vurğulanıb.

Qara Qarayev layihə ilə bağlı təəssüratlarını bölüşüb: “Bu bir yoldur... Mən hər oyunda, hər məşqdə, hər qərarda ailəmin, xalqımın və komandamın etimadını daşıyıram. Ruhumun, düşüncələrimin və futboldakı yolumun izini TEAS Press Nəşriyyat Evi qələmə alaraq gələcək nəsillərə çatdırmaq istədi. Bu təklif mənim üçün gözlənilməz idi, amma bir o qədər də sevindirici və dəyərli oldu. İnanıram ki, bu kitab gənc futbolçular üçün bir işıq və yol xəritəsi olacaq. Çünki bu hekayə təkcə mənim yox, inanmaqdan və əzmli olmaqdan vaz keçməyən hər bir gəncin hekayəsidir. Çətinliklərə baxmayaraq, doğru dəyərlərlə, vicdanla və əzmlə istənilən yolu qət etmək mümkündür” ("Azərtac").

Digər xəbərlər