ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
“HÜSEYNBALA MİRƏLƏMOVUN BƏDİİ NƏSRİ” kitabı işıq üzü görüb
ƏDƏBİYYAT
05.02.2026, 22:15 Oxunub: 996Bu günlərdə “Apostrof-A” nəşriyyatında Zalxa Qrucovanın “HÜSEYNBALA MİRƏLƏMOVUN BƏDİİ NƏSRİ” kitabı işıq üzü görüb.
Qeyd edək ki, 2025-ci ildə Zalxa Orucova bu mövzu əsasında yazdığı dissertasiya işinə görə fillologiya üzrə fəlsəfə doktoru adına layiq görülüb və həmin dissertasiya işi əsasında yazdığı monoqrafiya bu kitabda yer alıb.
Monoqrafiyada çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Hüseynbala Mirələmovun bədii nəsri insan və zaman münasibətləri kontekstində təhlilə cəlb edilmişdir. Təhlil prosesində yazıçının sənəti üçün xarakterik olan fərqli qəhrəman seçiminə, ictimai-siyasi proseslərə münasibətində, o cümlədən real həyatın dəyərləndirilməsində önəm daşıyan yeni düşüncə modeli məsələlərinə geniş yer verilmişdir.
Gənc alim Zalxa Orucova kitabda insanın daxili dünyasının mürəkkəbliklərini, qeyri-adiliklərini bədii təsvirin mərkəzində saxlayan Hüseynbala Mirələmovun nəsr yaradıcılığı mövzu və ideya, qəhrəman tipologiyası və s. problemlər daxilində araşdırılmışdır. Kitab elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabın elmi redaktoru və
ön sözün müəllifi : professor Elman QULIYEV
Rəyçilər: professor İslam QƏRİBLİ
professor Yaqub BABAYEV
Naşir: Akif DƏNZİZADƏ