ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransı keçiriləcəkdir
GÜNDƏM
17.03.2026, 22:46 Oxunub: 6203 iyun 2026-cı il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransı keçiriləcəkdir.
Konfransın məqsədi kibertəhlükəsizlik və rəqəmsal kriminalistika sahələrində aktual elmi-praktiki problemlərin müzakirəsi üçün intellektual dialoq platforması yaratmaq, bu istiqamətlərdə ölkədə aparılan fundamental və tətbiqi tədqiqatların cari vəziyyətinin dəyərləndirilməsi, gələcək problemləri və perspektivlərini müəyyən etməkdir.
KONFRANSIN ƏSAS İSTİQAMƏTLƏRİ
- Kibertəhlükəsizliyin elmi-nəzəri əsasları və qabaqcıl texnologiyaları
- Müasir idarəetmə və informasiya sistemlərinin kibertəhlükəsizliyi problemləri
- Kiberhücumların aşkarlanması və kibertəhdidlərin analizi
- Kibertəhlükəsizliyin hüquqi və etik aspektləri
- Kritik informasiya infrastrukturu və sistemlərinin kibertəhlükəsizliyi
- Kibertəhlükəsizlik üzrə təhsil və innovasiya
- Rəqəmsal kriminalistikada süni intellekt texnologiyaları
- Rəqəmsal izlərin və sübutların toplanması və analizi texnologiyaları
- Kibercinayətlərin və kiberinsidentlərin rəqəmsal kriminalistikası
- Rəqəmsal identifikasiya və davranış analizi texnologiyaları
- Stasionar və mobil kiberfiziki sistemlərin və qurğuların rəqəmsal kriminalistikası
- İnformasiya müharibəsi və rəqəmsal media kriminalistikası
- Rəqəmsal kriminalistikanın hüquqi və institusional problemləri
- Rəqəmsal kriminalistikanın elmi-metodoloji, kadr hazırlığı və təhsil problemləri
Məruzələrin tərtibatına dair tələblər:
- Konfransın istiqamətlərinə uyğun, aktual elmi-praktiki problemlərə həsr olunmuş elmi məruzələr qəbul olunur;
- Məruzəni konfransın işçi dillərindən (Azərbaycan, ingilis və rus) birində təqdim etmək olar;
- Məruzədə problemin aktuallığı, məsələnin qoyuluşu, həlli yolları və əldə olunmuş nəticələrin elmi-praktiki əhəmiyyəti əks olunmalıdır;
- Məruzənin həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) az olmamalıdır;
- Düsturlar Microsoft Equation redaktorunda (standart parametrlər ilə) yığılmalıdır;
- Məruzənin formatı IEEE standartına uyğun olmalıdır (Nümunə: Sample_IEEE (aze).doc);
- Azərbaycan və rus dilində təqdim edilmiş məqalələrin sonunda məruzənin adı, xülasəsi və müəlliflərin ad və soyadları ingilis dilində əlavə edilməlidir;
- Məruzə elektron şəkildə [email protected] ünvanına göndərilməlidir;
- Məruzəçilər MS PowerPoint redaktorunda “On-screen Show” formatında slaydlar hazırlamalıdırlar.
Mühüm tarixlər:
|
25 aprel 2026-cı il |
– |
Məruzələrin təqdim edilməsi üçün son tarix |
|
12 may 2026-cı il |
– |
Məruzələrin elmi ekspertizasının nəticəsi haqqında müəlliflərin məlumatlandırılması |
|
03 iyun 2026-cı il |
– |
Konfransın iş günü |
Əlaqə məlumatları:
Ünvan: AZ1141, Bakı şəhəri, B. Vahabzadə küçəsi, 9A.
ETN İnformasiya Texnologiyaları İnstitutu
Telefon: (+994 12) 510-42-53; 539-01-67
E-poçt: [email protected]
Təşkilat komitəsi
Digər xəbərlər