usd-1.7000 eur-1.9409 rub-2.1107
Bakı 34°C 5.44 m/s
Son xəbərlər
01-08-2025
31-07-2025
28-07-2025
23-07-2025
22-07-2025
21-07-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Kunq-fu millisi böyük uğurla Vətənə qayıdıb

details

İDMAN

31.10.2023, 18:07 Oxunub: 5424

Oktyabrın 26-da İtalyanın Karrada şəhərində keçirilən dünya çempionatında uğurlu çıxış edən Azərbaycanın yeniyetmələr, gənclər və böyüklərdən ibarət kunq-fu millisi Vətənə qayıdıb. İdmançıları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında federasiya prezidenti Nurlan Aslanov, media nümayəndələri, azarkeşlər və idmançıların yaxınları qarşılayıb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan  Kung Fu Federasiyası və Çin Döyüş Növləri Assosiasiyasının dəstəyi ilə yollanan yığma yarışı 37 medalla başa vurub. Onlardan 28-i qızıl, 6-sı gümüş, 3-ü isə bürünc mükafatdır.
Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti Nurlan Aslanov hava limanında  müsahibə verərək komandanın nəticəsini tarixi uğur adlandırıb: “Azərbaycanda kunq-fu idman növünə  maraq böyükdür. Məhz buna görə rəqabət yüksəkdi. Ən yaxşı idmançılar İtaliyada dünya çempionatında iştirak etdilər. İdmançılarımız həm yeniyetmələr, həm gənclər, həm də böyüklərdə layiqli çıxış edərək ümumilikdə 37 medal qazandılar. Əldə olunan nəticə idmançılarımızın gücünü göstərir”.

Digər xəbərlər