usd-1.7000 eur-1.9797 rub-2.0900
Bakı 22°C 6.64 m/s
Son xəbərlər
08-10-2025
03-10-2025
30-09-2025
29-09-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların məşqçilərinə xüsusi təqaüd veriləcək

details

İDMAN

19.01.2024, 11:25 Oxunub: 731


Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların məşqçilərinə xüsusi təqaüd verilməsi qaydalarına dəyişiklik edilib.
 
1001info.az xəbər verir ki, Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların məşqçilərinə xüsusi təqaüd veriləcək.
Təqaüd Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara, onların məşqçilərinə, milli yığma komandanın baş məşqçisinə və məşqçilərinə yalnız nağdsız qaydada ödəniləcək.
Olimpiya Oyunları üzrə: hər ay hər bir idmançıya minimum əməkhaqqının 2 misli məbləğində, onun məşqçisinə, milli yığma komandanın baş məşqçisinə minimum əməkhaqqının 1,5 misli məbləğində təqaüd ödəniləcək. İndiyə qədər Hər ay hər bir idmançıya 200 (iki yüz) manat, onun məşqçisinə 160 (yüz altmış) manat, baş məşqçi və komandanın məşqçisinin hər birinə 100 (yüz) manat məbləğində təqaüd ödənilirdi.
Paralimpiya Oyunları üzrə: hər ay hər bir idmançıya minimum əməkhaqqının 1 misli məbləğində, onun məşqçisinə, milli yığma komandanın baş məşqçisinə minimum əməkhaqqının 0,5 misli məbləğində təqaüd ödəniləcək.

 

Digər xəbərlər