usd-1.7000 eur-1.8455 rub-0.0187
Bakı 13°C 10.86 m/s
Son xəbərlər
16-05-2024
15-05-2024
14-05-2024
13-05-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Qəhvə hepaprotektor məhsulların siyahısına daxil edilib

details

SAĞLAMLIQ

30.01.2024, 12:39 Oxunub: 492

Qəhvə qara ciyər sirrozundan qoruyur

Bir müddət bundan əvvəl qəhvə "ziyanlı" içki sayılırdı və bütün dünyada sağlam qidalanmanın tərafdarları bu içkidən imtina edirdilər.
Qəhvəni hətta siqaret və spirtli içkilərlə bir sıraya qoyurdular. Lakin son araşdırmalar sübut edib ki, qəhvənin qəbulu bir çox xəstəliklərin (Altsheymer xəstəliyi, piylənmə, şəkərli diabet, hətta xərçəng) riskini azaldır.
MedicalNewsToday xəbər verir ki, Sauthempton Universiteti (İngiltərə) alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, qəhvə həmçinin insanı qara ciyər sirrozundan da qoruyur.


Alimlər 1990-2015-ci illərdə aparılan 9 elmi araşdırmanı analiz ediblər. Bu araşdırmalarda 423 mindən çox insan iştirak edirdi.
Məlum olub ki, qəhvə içən insanlarda qara ciyər sirrozunun inkişafı riski bu içkini qəbul etməyən insanlarla müqayisədə 2 dəfə azdır.


Alimlər belə hesab edir ki, bunun səbəbi qəhvənin tərkibində olan faydalı birləşmələrdədir. Bu birləşmələr güclü antioksidant və iltihabəleyhinə təsirə malikdir.
Beləliklə, qəhvə hepaprotektor (qara ciyəri qoruyan) məhsulların siyahısına daxil edilib.

Digər xəbərlər