ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Qəlbi sevən gözəllikdən zövq alan... Arif insan yaşlandıqca ucalır... - Günün şeiri

ƏDƏBİYYAT
25.06.2022, 21:19 Oxunub: 64571001info.az "Günün şeiri" rubrikasında Şahin Musaoğlunun şeirini təqdim edir.
Ad günümə
Mən sabaha bu günümdən başladım
Ümüdümnən güvənimnən başladım
Hər keçən il, bir yaş qoydu çiynimə
Uzun yola öz-özümnən başladım.
Davam deyib yolu yoldan öyrəndim
Gülü güldən, kolu koldan öyrəndim
Yaranışın bir ilahi kəlmədən
Yaradanın hökmü "OL"dan öyrəndim
Ömür ki var dağa bənzər, əzizim
Dırmandıqca səni üzər, əzizim
Yorularsan amma gözün dincələr
Seyr etdikcə ruhun süzər əzizim.
Kim deyir ki, yaşa dolan qocalır
Arzusundan yoxsul olan qocalır
Qəlbi sevən gözəllikdən zövq alan
Arif insan yaşlandıqca ucalır
