ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
"Qoca ürəyin dərmanı" - yemişan ...

SAĞLAMLIQ
12.06.2022, 00:00 Oxunub: 5579Yemişan dəmləməsi
Yemişanın müalicəvi xüsusiyyətləri həm xalq, həm də ənənəvi tibdə çox geniş istifadə olunur. Yemişanı «qoca ürəyin dərmanı» adlandırırlar. Lakin bu bitki tək yaşlılar üçün deyil, cavanlar üçün də çox faydalıdır.
Yemişan ürək əzələsini möhkəmləndirir, təzyiqi salır, damarları genişləndirir, damarlarda xolesterolun yığılmasına mane olur.
Bundan əlavə yemişan sinir sistemi üçün də olduqca faydalıdır — sakitləşdirir, əsəbiliyi və gərginliyi azaldır, stress və nevroz zamanı yaxşı kömək edir, meteohəssaslıqla bağlı olan pozulmaların azalmasına kömək edir.
Ürəyinizi və sinirlərinizi möhkəmləndirmək istəyirsinizsə hər gün belə faydalı dəmləmə hazırlayın:
1 x.q. yemişan meyvələrini bir qədər əzin, üzərinə 1 stəkan isti su tökün və termosda 1 saat ərzində dəmləyin. Sonra dəmləməni yaxşı süzün və gündə 2 dəfə yarım stəkan olmaqla için. Dəmləmənin dadını yaxşılaşdırmaq üçün bal əlavə edə bilərsiniz. Dəmləməni 2-3 həftə ərzində için, effektini görəcəksiniz.
Yemişan şirəsi - qida borusu, dəri xəstəlikləri, qaraciyər və öd yolları, funksional ürək fəaliyyəti, nevroz, aritmiya, taxikardiya, miokardit, ürək genişlənməsi, piylənmə, menopoz atak, hipertoniya, başgicəllənməyə, nəfəs darlığı, yuxusuzluq, mövsümi avitaminoz və vitamin çatışmazlığı üçün istifadə olunur. Həmçinin bədənin narkotik maddələrin istifadəsinin təsirindən təmizləməsində (kimyəvi zəhərlənmə və intoksikasiya) istifadə olunur. Yemişan şirəsi fiziki və zehni stresslərdən qorunmağa kömək edir. Yemişan şirəsi fiziki və zehni stresslər zaman çox faydalıdır. Görmə qabiliyyətini artırır, yemişan nektarının bal ilə birləşməsi də tövsiyə olunur, bu xüsusilə yaşlı insanlar üçün faydalıdır. Yemişan şirəsi və nektarı şiddətli və ya xroniki streslər zaman çox faydalıdır.
