usd-1.7000 eur-1.8455 rub-0.0187
Bakı 13°C 10.86 m/s
Son xəbərlər
16-05-2024
15-05-2024
14-05-2024
13-05-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Şabalıdın unikal faydaları... infarktı aradan qaldırır

details

SAĞLAMLIQ

10.01.2024, 11:36 Oxunub: 548

 Şabalıd bolluca lif, mineral, faydalı yağ turşuları, vitamin, qidalandırıcı və antioksidant maddələrlə zəngindir.
 

Şabalıdın  faydaları
 
– Şabalıd liflə zəngin olduğu üçün diabetin qarşısının alınmasında çox təsirlidir. Həmçinin, qan şəkərinin daha yavaş yüksəlməsini təmin edir.
 
– Tərkibində olan C vitamini və digər antioksidantlar immunitetin gücləndirilməsi üçün mükəmməldir. C vitamini ağ qan hüceyrələrinin yaranmasını dəstəkləməsindən əlavə, bədəndəki sərbəst radikalların təsirsiz hala gətirilməsində də önəmli rol oynayır. Bu da immunitet sisteminin güclənməsinə və xəstəliklərin qarşısının alınmasına yardımçı olur.
 
– Sümüklərdə mineralların səviyyəsini artırır. Kalsium mənbəyidir.
 
– Tərkibində bol miqdarda olan lif bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Bu liflər, həmçinin, yediyimiz qidaların bədən tərəfindən yaxşı əmilməsini təmin edir.
 
– Beyin funksiyalarını yaxşılaşdırır. Tərkibindəki B qrup vitaminləri, nevroloji inkişaf və funksiyalarla birbaşa bağlıdır. Onda olan potasium beyinə qan axımını artırır, sinir sisteminin sağlığını qoruyur, yaddaşı gücləndirir.
 
– Antioksidant xüsusiyyəti sayəsində xərçənglə nəticələnə biləcək hüceyrə mutasiyalarının qarşısını alır.
 
– Potasium sayəsində bədəndə su axımını tənzimləyərək təzyiqi normallaşdırır və infarktı aradan qaldırır.
 
– Tərkibində olan faydalı yağ turşuları da xolesterolu normallaşdırmağa kömək edir, qan laxtalanmasının yaranma ehtimalını azaldır.
 
- Şabalıd varikoz xəstəliyi olan insanlara çox böyük kömək edir. Şabalıd damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir. Adətən bu xüsusiyyət daha çox cır şabalıda aid edilir. Məhz bu səbəbdən cır şabalıdın əsasında varikoz xəstəliyi zamanı istifadə olunan və çox yaxşı müalicəvi effekt verən müxtəlif kremlər, qellər, həblər buraxılır. Şabalıdın qabıqları, yarpaqları, toxumları, şabalıd ağacının qabığı müalicəvi məqsədi ilə istifadə olunur.
 
- Şabalıd müəyyən miqdarda A, C və E vitamini ehtiva edir. A vitamini infeksiyalara qarşı qoruyucu xüsusiyyətə malikdir, vitamin C və E isə antioksidant xüsusiyyətləri sayəsində immunetiti gücləndirir. Bu vitaminlər orqanizmi qripə qarşı qoruyur, hüceyrələrin qocalmasının qarşısını alır.

Digər xəbərlər