usd-1.7000 eur-1.9791 rub-2.1951
Bakı 10°C 7.76 m/s
Son xəbərlər
28-11-2025
26-11-2025
25-11-2025
20-11-2025
16-11-2025
13-11-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Türkiyədə işləmək istəyənlərin nəzərinə!

details

CƏMİYYƏT

03.12.2025, 14:55 Oxunub: 51

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi əmək bazarının qlobal tendensiyalarını və vətəndaşların artan maraqlarını nəzərə alaraq, xarici ölkələrdə rəsmi və təhlükəsiz iş imkanları barədə məlumatlandırma və bu vakansiyalar üzrə işlə təminata dəstək prosesinə başlayır.

1001info.az  xəbər verir ki, agentlik etibarlı tərəfdaş qurumlar tərəfindən təqdim olunmuş, rəsmi yoxlamadan keçirilmiş və yalnız qanuni, təhlükəsiz və müqavilə ilə tənzimlənən xarici iş imkanları barədə elanları təqdim edir.

Bu iş elanlarına Türkiyədə mövcud olan və 18-50 yaş arası şəxslər üçün nəzərdə tutulan aşağıdakı vakansiyalar daxildir:

- Otelçilik sahəsi üzrə hər birində əmək haqqı minimum 750 ABŞ dolları və müqavilə müddəti 6-9 ay olan 450 vakansiya (o cümlədən, qeydiyyatçı (reception), qonaqlarla iş üzrə əməkdaş, qonaqların qarşılanması və yönləndirilməsi üzrə işçi, ofisiant və köməkçi, barmen, əyləncə tədbirlərində səhnə üzrə işçi, aşpaz və köməkçi);

- Gəmiçilik sahəsi üzrə (fərqli tonnajlı quru yük gəmilərində) hər birində əməkhaqqı 1700 ABŞ dollarına qədər və müqavilə müddəti 6 ay olan 20-dən çox vakansiya (bosman, matros, motorçu, aşpaz).

Xaricdə işləmək üçün seçilərək yola salınanların nəqliyyat, xaricdə qalma xərcləri qarşılanacaq.

Bu layihədə əsas məqsəd vətəndaşların xaricdəki rəsmi, təhlükəsiz iş imkanları barədə məlumatlanmasını, rəsmi əmək miqrasiyası imkanları barədə doğru, yoxlanmış, şəffaf informasiya əldə etmələrini təmin etməkdir.

Həmçinin layihə vətəndaşların qeyri-rəsmi vasitələrlə xaricdə iş axtarışından irəli gələn risklərdən, sui-istifadə hallarından qorunmasına, əmək bazarında beynəlxalq təcrübə qazanmaq istəyənlərə qanuni kanallar yaradılmasına hədəflənib.

Qeyd edilən vakansiyalar barədə məlumat almaq istəyənlər agentliyin rəsmi internet səhifəsinə, “142” Çağrı Mərkəzinə, DOST Mərkəzlərinə və müvafiq regional məşğulluq filiallarına, həmin iş yerlərində işləmək istəyənlər isə CV-ləri ilə qurumun [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Digər xəbərlər