usd-1.7000 eur-1.8455 rub-0.0187
Bakı 13°C 9.73 m/s
Son xəbərlər
16-05-2024
15-05-2024
14-05-2024
13-05-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Ürək xəstəlikləri, yaddaş zəifliyi və depressiyanın qarşısını alan ƏDVİYYAT

details

SAĞLAMLIQ

05.02.2024, 15:17 Oxunub: 1290

 


Günümüzün ən bahalı ədviyyatlarından biri olan zəfəran lap qədim zamanlardan dərman maddəsi olaraq istifadə edilir.
Bu bitki ürək xəstəlikləri, iştahasızlıq, bronxit, həzm sistemi pozğunluqları və yuxusuzluq kimi xəstəliklərin müalicəsində faydalıdır.


Ürəyə faydaları


Zəfəran ürək üçün çox xeyirlidir. Ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir, qanı təmizləyir.
Xərçəng əleyhinə xüsusiyyəti var.

1001info.az  E-tibb.az-a istinadən  bildirir ki, zəfəran karotenoidlərlə zəngindir. İki ana karotenoidi krosin və krosetindir ki, bunlar qidalara sarı rəng verir. Araşdırmalar zəfəranın xərçəng əleyhinə xüsusiyyətlərə malik olduğunu göstərmişdir. Bəzi tədqiqatlar bu ədviyyatın prostat və süd vəzi xərçənginə qarşı anti proliferativ (çoxalmağın qarşısını alan) təsiri olduğunu ortaya çıxarıb. Bundan əlavə, leykoz hüceyrələrinin böyüməsinin qarşısını aldığı və ağciyər xərçənginə qarşı pro apoptotik (programlanmış hüceyrə ölümünü xəbərdar edən) təsiri olduğu aşkarlanıb.  


İştahanı nizamlayır


Arıqlamaq istəyənlər zəfəranı sınaqdan keçirə bilərlər, çünki yemək istəyini aradan qaldırır. Bununla bağlı aparılmış təcrübə zamanı zəfəran qəbul edən qadınlarda iştahanın 55% azaldığı müəyyənləşib.
Zəfəran beynin serotonerjik sistemini hədəfləyərək, yemək arzusunu aradan qaldırır. Bu sistem iştah, ruh halı, hətta şəkər istəyinə təsir edir.

Zəfəran ənənəvi fars təbabətində antidepressant kimi istifadə olunub. Son tədqiqatlar da bu ədviyyatın insanın əhvalını yaxşılaşdırmaqda faydalı olduğunu təsdiqləyir. Belə ki, 6 həftəlik bir araşdırma zamanı xəstələr gündəlik 30 mg zəfəran qəbul ediblər. Sonda  iştirakçılarda depressiya əlamətlərinin xeyli azaldığı müəyyənləşib. Araşdırmaçılar belə bir nəticəyə gəliblər ki, zəfəran zəif və orta dərəcəli depressiyalarda istifadə olunan dərmanlarla eyni təsirə malikdir.
Yaddaş funksiyalarını artırır
Heyvanlar üzərində aparılan araşdırmalar zəfəranın demans (ağılın zəifləməsi) və yaddaş itkisinə qarşı güclü təsirə malik olduğunu göstərməkdədir. Aparılan klinik tədqiqat zamanı isə zəif və orta dərəcəli Alzheimer xəstələrinin istifadə etdiyi ənənəvi dərman qədər faydalı olduğu müəyyənləşib.


Yan təsirləri  


Adətən 6 həftəyə qədər qəbul etmək olar. Yan təsirlərinə ağız quruluğu, baş gicəllənmə, keyimə, mədə bulantısı, iştaha dəyişikliyi və baş ağrısı daxildir. Bəzi adamlarda allergik reaksiyalar ortaya çıxa bilər. Ağız yoluyla yüksək miqdarda qəbul etdikdə zəhərlənməyə, dəri, göz, selikli qişalarda saralmaya, qusma, baş gicəllənməsi, qanlı ishal, burun, dodaq və göz qapaqlarında qanama və keyiməyə səbəb olar. 12-20 qramlıq dozalar ölümə gətirib çıxara bilər. Depressiya və Alzheimer kimi problemlərdə gündəlik istifadə 30 mq-nı keçməməlidir.

Digər xəbərlər