usd-1.7000 eur-1.9241 rub-2.1054
Bakı 15°C 4.67 m/s
Son xəbərlər
07-05-2025
06-05-2025
04-05-2025
02-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Yardımlıda Hacı Qəni Camalzadənin “Seçilmiş əsərləri” kitabının təqdimatı keçirilib

details

ƏDƏBİYYAT

08.05.2025, 14:41 Oxunub: 464

1001info.az xəbər verir ki, 07 may 2025-ci il tarixdə Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında oxucularla birlikdə yazıçı, publisist Hacı Qəni Camalzadənin “Seçilmiş əsərləri” kitabının təqdimatı keçirilib.

Öncə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MKS-in direktor əvəzi Mehman Xanızadə tədbir iştirakçılarını salamlayaraq adı çəkilən kitabın işıq üzü görməsi münasibətilə müəllif Hacı Qəni Camalzadəni təbrik edib.

Kitabxananın əməkdaşı Şahbaz İsmayılov yazıçının həyat və yaradıcılığı haqqında oxuculara məlumat verib.

Yazıçı Hacı Qəni Camalzadə çıxış edərək yeni kitabında müasirlərimizin həyatda rast gəldikləri çətinliklərdən, onların dövr- zaman, sosial ədalət, ailə dəyərləri haqqında bəhs edildiyini oxucuların nəzərinə çatdırıb.

Yerli yazar Sakit İlkin, Fikrət Şahbazov, İqbal Nəhmət yeni işıq görən kitabla bağlı öz fikirlərini bildirib və yazıçıya yeni yaradıcılıq uğurları arzulayıblar.

Digər xəbərlər