13:21 Mədəniyyət Nazirliyinin niyyəti çox yaxşıdır, sabaha yaxşı nəzərlərlə baxır...- Novruz ASLANOV
ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Adil Kərimli Salyanda vətəndaşların müraciətlərini dinləyib

MƏDƏNİYYƏT
17.02.2024, 18:15 Oxunub: 1126Mədəniyyət naziri Adil Kərimli fevralın 17-də Salyanda vətəndaşları qəbul edib.
1001info.az xəbır verir ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Salyan şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad olunub.
Salyan rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Salyan, Hacıqabul, Biləsuvar, Neftçala rayonları və Şirvan şəhərindən sakinlər iştirak ediblər.
Vətəndaşların müraciətləri, əsasən, işlə təminat, fəxri adla təltif edilmə, mədəniyyət sahəsi ilə bağlı təklif və mövcud problemlərdən ibarət olub.
Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılması, diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qaldırılan məsələlərə vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq xüsusi nəzarətə götürülüb.
Qeyd edək ki, Müasir Azərbaycanda səmərəli dövlət idarəetməsinin qurulması istiqamətində həyata keçirilən işlərin və dövlət siyasətinin mərkəzində vətəndaş durur, onun məmnunluğu inkişafın və şəffaflığın əsas göstəricisi hesab edilir.Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir. Bu gün dövlətimiz bütün təbəqədən olan vətəndaşlara diqqət və qayğı ilə yanaşır.
Cənab Prezidentin vətəndaşlara olan münasibəti və göstərdiyi qayğı hər bir dövlət məmuru üçün örnəkdir. Mədəniyyət Naziri Adil Kərimlinin vətəndaşlarla görüşü, müraciətlərini dinləməsi, onların problemlərinə və qayğılarına xüsusi həssaslıqla yanaşması bu baxımdan ən gözəl nümunədir, ürəkaçan tablodur.
.

Digər xəbərlər


