usd-1.7000 eur-1.8455 rub-0.0187
Bakı 13°C 8.74 m/s
Son xəbərlər
16-05-2024
15-05-2024
14-05-2024
13-05-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Sabirabadda Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub 

details

ŞƏHİDLƏR -Qazilər

23.03.2024, 00:07 Oxunub: 559

1001info.az baku.news-ə istinadən xəbər verir ki, Sabirabadda Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub - FOTOLAR

Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir.

Tarix elmləri üzrə fəlsəfə doktoru, tanınmış yazar İradə Əlili və Vətən Müharibəsi Veteranları Birliyi Sabirabad rayon şöbəsinin sədri, Birinci Qarabağ qazisi Faiq Hüseynov Novruz bayramı münasibəti ilə Şəhid Balakişiyev Zamin Dadaş oğlunun ailəsinin ziyarət ediblər. 

Görüşdə şəhidimizin keçdiyi döyüş yolundan, xatirlərindən söhbət açılıb.

İradə Əlili bildirib ki, vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə qürur duyuruq, onları hər zaman yaşatmalıyıq və gələcək nəsillərə tanıtmalıyıq.

Qeyd edilib ki, Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların qanlarıyla azad etdikləri torpaqlarımızı və qələbəmizi göz bəbəyi kimi qoruyacağıq.

Allah şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər