19:29 Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru - İnsan “cini şüşədən buraxıb”, deyəsən!
20:33 Azərbaycanlı yazıçı Qəni Camalzadənin daha bir beynəlxalq platformada müsahibəsi təqdim olundu
ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Akademik Rasim Əliquliyev Səs TV-yə müsahibə verib – VİDEO
CƏMİYYƏT
29.05.2026, 11:08 Oxunub: 64AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Səs TV-nin qonağı olub.
“Dünyada süni intellekt yarışı və Azərbaycan” mövzusuna həsr olunmuş verilişdə akademik Rasim Əliquliyev ETN İnformasiya Texnologiyaları İnstitutunun 55 illik fəaliyyəti dövründə keçdiyi inkişaf yoluna nəzər salıb, ölkəmizdə rəqəmsal texnologiyaların inkişafında Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi strateji tədbirlərin əhəmiyyətini vurğulayıb.
Akademik Rasim Əliquliyev qeyd edib ki, hazırda institutun əsas prioritetlərinə ölkədə aparılan rəqəmsallaşma proseslərinə elmi dəstəyin göstərilməsi, kibertəhlükəsizlik sahəsində potensialın gücləndirilməsi, eləcə də bu istiqamətlər üzrə yüksəkixtisaslı kadr hazırlığının həyata keçirilməsi daxildir. Alim institutun rəqəmsal inkişafla bağlı dövlət proqramlarının icrasında fəal iştirak etdiyini də diqqətə çatdırıb. Həmçinin bu gün ölkəmizdə rəqəmsal suverenliyin qorunması, süni intellekt texnologiyalarının inkişafı və əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı kadrların yetişdirilməsi istiqamətində görülən işlər barədə fikirlərini bölüşüb.
Digər xəbərlər