ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Gənc vokal ifaçısı Cavidan Babayevin solo konserti keçirildi
MƏDƏNİYYƏT
25.11.2026, 23:07 Oxunub: 108Gənc vokal ifaçısı Cavidan Babayevin solo konserti keçirildi
“İRƏLİ” İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə keçiriən “Solo gənclik” layihəsi 3-cü mövsümə start verdi. Layihə çərçivəsində 3-cü mövsümün ilk konserti noyabrın 22-si Qara Qarayevin ev muzeyində gənc vokal ifaçısı Cavidan Babayevin iştirakı ilə baş tutdu.
Qeyd edək ki, Cavidan Babayev Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin vokal ixtisası üzrə məzunudur. Təhsilini davam etdirərək Azərbaycan Milli Konservatoriyasının Milli vokal ixtisasına, əməkdar artist, Azərbaycan Milli Konservatroiyasının dosenti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Əliəhməd İbrahimovun sinfinə qəbul olmuşdur. O, eyni zamanda bir sıra beynəlxalq və respublika müsabiqələrində iştirak edərək Qran-pri və birinci yer mükafatlarına layiq görülmüşdür. Gənc ifaçı, həmçinin Xorvatiyada keçirilən “SHIP” Musiqi Festivalında “Bakı İctimai Xor”un tərkibində çıxış edərək Azərbaycanı beynəlxalq musiqi platformasında təmsil edib.
Tədbirin açılışında “İRƏLİ” İctimai Birliyinin əməkdaşı, “Solo Gənclik” layihəsinin koordinatoru Nüşabə Rüstəmova çıxış edərək artıq 3-cü mövsümünə start verən layihənin məqsədləri, uğurları və eləcə də layihənin davamlılıq mərhələsi üçün planlaşdırılan fəaliyyətlər haqqında məlumat verib.
Proqramın musiqi palitrası klassik vokal əsərlərini, Azərbaycan bəstəkarlarının lirik mahnılarını, xalq mahnılarını və muğam janrını əhatə edib. Tədbirin gedişatında bəstəkar və pianoçu Tural Məmmədli, zərb aləti ifaçısı Elnur Əliyev, gənc vokal ifaçıları Nurdan Hüseynzadə və Amin Əsgərli qonaq qismində çıxış edərək konsertin musiqi rəngarəngliyini daha da artırıblar. Cavidan Babayevin ifalarını isə fortepianoda Nihad Məmmədov müşayiət edib. Konsert gənc ifaçıların yaradıcılıq imkanlarının nümayişi, müxtəlif musiqi üslublarının təqdimatı və sənətçilər arasında yaradıcılıq mübadiləsi baxımından əlamətdar olub.
Digər xəbərlər