usd-1.7000 eur-1.9855 rub-2.2439
Bakı 11°C 10.57 m/s
Son xəbərlər
24-04-2026
21-04-2026
20-04-2026
18-04-2026
17-04-2026
13-04-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Akademik: Süni intellekt texnologiyaları inşaat arxitekturası ilə rəqəmsal arxitekturanın birgə mövcudluğunu zəruri edir

details

CƏMİYYƏT

24.04.2026, 22:03 Oxunub: 465

IV Sənaye İnqilabının təsiri ilə “ağıllı şəhər”, “ağıllı kənd” və “ağıllı qəsəbə” modelləri ənənəvi arxitektor yanaşmaları ilə rəqəmsal arxitekturanın sintezini tələb edir. Əgər əvvəlki sənaye inqilabları dövründə yaradılan memarlıq nümunələri uzunmüddətli dəyişməzliyə malik idisə, müasir “ağıllı yaşayış yerləri” kimi kiberfiziki sistemlərin aparat və proqram təminatının mütəmadi olaraq yenilənməsi kibertəhlükəsizlik və fərdi məlumatların qorunması baxımından çevik və məsuliyyətli yanaşma tələb edir. Bu səbəbdən müasir dövrdə memarlıq obyektlərinin dəyişə bilən və adaptiv sistem kimi formalaşdırılması vacib məsələlərdəndir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev bildirib.

AMEA-nın vitse-prezidenti son illər memarlıq, inşaat, nəqliyyat və şəhərsalma sahələrində süni intellekt, rəqəmsal innovasiyalar kimi qabaqcıl texnologiyaların tətbiqinin sürətlə genişləndiyini qeyd edərək, bu proseslərin rəqəmsal və yaşıl transformasiyalar kontekstində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayıb.

Akademik diqqətə çatdırıb ki, bu ilin 17–22 may tarixlərində Bakıda BMT tərəfindən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının keçirilməsi ölkəmiz qarşısında yeni elmi və texnoloji çağırışlar formalaşdırır. Bu nüfuzlu beynəlxalq tədbirin respublikada təşkili arxitektor və şəhərsalma sahələrində rəqəmsal və süni intellekt texnologiyalarının daha geniş tətbiqini zəruri edir.

Son illər ərzində Azərbaycanda rəqəmsal transformasiya istiqamətində formalaşan dövlət siyasətinin memarlıq, inşaat və şəhərsalma sahələrinə də birbaşa təsir göstərdiyini bildirən alim Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın elmi ictimaiyyət qarşısında yeni tədqiqat istiqamətləri və tətbiqyönümlü vəzifələr müəyyənləşdirdiyini vurğulayıb.

“Müasir dövrdə layihələndirilən istənilən inşaat arxitekturası obyektləri sürətlə dəyişən və inkişaf edən əşyaların interneti texnologiyaları əsasında qurulan smart kiberfiziki sistemlər kimi meydana çıxan “ağıllı evlər” və “ağıllı şəhərlər”də rəqəmsal arxitekturanın tələbləri nəzərə alınmalı və bu yaşayış məskənlərinin sakinlərinin rəqəmsal bilik və bacarıqlarının, ümumiyyətlə, savadlılığının fasiləsiz olaraq yüksəldilməsi üçün zəruri tədbirlər görülməlidir. Başqa sözlə, müasir dövrün texnoloji çağırışları və reallıqları kontekstində inşaat arxitekturası ilə rəqəmsal arxitektura bir-birini tamamlamalı, real məkanın yaşayış normaları ilə yanaşı, virtual məkanın da tələbləri nəzərə alınmalıdır”, - deyə alim bildirib.

Digər xəbərlər