ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
BƏNÖVŞƏGÖZLÜ BƏNÖVŞƏM MƏNİM!.. - Məlahət İsmayılqızı yazır
ƏDƏBİYYAT
03.02.2026, 22:09 Oxunub: 45BƏNÖVŞƏGÖZLÜ BƏNÖVŞƏM MƏNİM!
MƏN Kİ, APARMADIM ŞEHLİ BƏNÖVŞƏ ...
Mamamın Əziz Xatirəsinə
Əgər Biz Bu Qədər İncə Sevməsəydik... Vyazemski
Göyçənin Boynubükülü Sevgisi- BƏNÖVŞƏGÖZLÜ BƏNÖVŞƏM MƏNİM!
“Ölüm ölən acısından deyil, həyatda qalan acısından qorxuncdur”, Epikürə məxsus, K. Marks tərəfindən çox sevilən və daim təkrarlanan bu aforizm əslində öz möhtəşəmliyini Marks kimi dahilər üçün deyil, Əziz- heç zaman solmayacaq, böyük ürəkli mərd innsanlar üçün də keçərlidir. Anamın- Atamın itkisi mənim üçün bəşəriyyətdə ən böyük beyin- İnsan itkisi kimi dəyərləndirdim daim.
Əlbət ki, Marks- Engels kimi böyük dühalar tərəfindən baxılsa, bu ölümlərlə proletariatın təkanverici- göstərici rolunu oynayan bu dev xislətli insanlardan sonra istər Azadlıq- demokratiyanın xəritəsi daha heç zaman əvvəlki kimi cızılmayacaqdı...
Və bu əslində sadə insan həyatında da eynən belədir. Gedənin yeri heç zaman dolmur, nə ahla, nə vayla. Gözəl şairimiz Cabir Novruz gözəl də deyirdi “Sağlığında qiymət verin insanlara”.
Uşaq olmasaydıq biz bəli hərgah,
Əgər kor- korana sevməsəydik ah,
Görüşmək, ayrılmaq bilməsək, əgər,
Bilməzdik dünyada nədir, dərd, kədər! - M. Y. Lermontov
Çox sevdiyim, rüs klassik şeir dünyasının simvollarından olan, hələ öz kəndimizdə- Güney kəndində dördüncü sinifdə oxuyarkən yaradıcı dünyasına bələd olduğum, şeirlərini əzbərlədiyim, bizlərin gözəl Müşfiqi kimi, işğalçı rusiyanın- o zamanlar üçünsə çar Rusiyasının amansızlıqla məhv etdiyi – 29 yaşında məhv etdiyi M. Y. Lermantov. İşdə bu ki, Lermontov Ana adlı gözəl xilqəti üç yaşında qayb edəcəkdi, bizim gözəl Müşfiqimiz isə iki yaşında. Belə müqayisələr çox aparmaq olar. Bizlər üçün təkcə zamanın deyil, Dədə Ələsgər qədər bəşəri olan böyük- dahi şairimiz Səməd Vurğun da anasını lap körpə ikən qayb edənlərdəndir:
Nerədəsin, gözlərim həp səni bəklər,
Bax, övladın nasıl giryandır Ana!
Çünki, dahilərin həm taleləri, həm də ömür yolları bir- birinə nədənsə çox bənzəyir. Bəlkə də bu İlahi tərəfindən verilmiş- yazılmış bir qədərdi. Bəşəriyyətin istər seçilmişləri, istərsə də ən sadələri belə Ana adlı füsünkar xilqəti daim aramış, bağırmış, ayaqlarına balaca bir tikan batanda belə, “ah Ana” demişlər. Hətta İlahi insana uzunca bir ömür versə belə, neçə yaşında olursan belə, “Nerədəsin Ana” deyə çağırarlar!
Bu böyük dühaların və onları sevən, ruh dünyasına mənən vurğun olan bizlərin saf- təmiz dünyası, əslində bu dünya, günü bu gündə saf və dağ suları kimi, Gökcə dağ bulaqları kimi dumdurudur. Çünki, kök nəcib isə, pas, çirkab tutmurlar. Və böyük dühaların Ana adlı füsünkar xilqəti necə də böyük nisgillə- acı ilə, lakin məhəbbətlə, sonsuz sevgi ilə vəsf etdikləri, Onları sanki öz qoruyucuları kimi gördükləri məlum.
Və həyatınmı, yoxsa dünyanınmı saf, qayğısız çağları, Ata- Ana sevimlisi olmaq, o da tamam ayrı bir gözəllik. Və sənə elə gəlirdi ki, bu uzunca ömür heç bitməyəcək. Qərinələr keçəcəkdi, neçə qış- bahar yenidən zühur edəcəkdi, ama bu təmiz- duru çağlar heç bitməyəcəkdi. Sənin gözəl uşaq dünyan, dünyaya böyük maraqla baxan alaGözlü uşaqlığın nə yorulacaq, nə də gözlərini qapayıb yatacaq.
Və bizlər- Mən, heç böyüməyəcəkdik. Nazim Hikmətin alovlu uşaq dünyasına vurğun sətirlərini xatırlayıram:
Ən Gözəl Dəniz hənuz keçilməmiş olanıdır...
Ən Gözəl Uşaq hənuz böyümədi...
Və Sənə söyləmək istədiyim Ən Gözəl Söz...
Hənuz Söyləməmiş Olduqlarımdır!
Bəlkə də heç böyüməsəydik... Və Ata- Ana adlı əfsanə məhəbbətimiz daim var olacaq, bizlər körpə- uşaq, onlarsa daim cavan və gözəl olacaqdılar. Əgər...
Bəli, çox sonralar öyrənəcəkdik, çünki hələki uşaqlıq havasıynan özgürlüyün- bağımsızlığın, Azadlığın nə demək olduğunu bilməsək belə, Göyçənin geniş ormanlarında, MaviGözlü Gökcə dənizinin ənginliyində, göylərin gömgöy maviliyində, QocaDağın ətəyində bir xoşbəxtlik ömrü sürməkdəydik!
Uca Türk Millətinin Uca AtaTürkünü çox sonralar tanıyacaqdıq... “Özgürlük və Bağımsızlıq Benim Xarakterimdir”. Bu gözəl aforizmə dönən hikmətin mənasını da sonralar öyrənəcəkdik. Ama bu gözəllik – səmimiyyət adlı ülvi duyğuların içərisində, Uca Dağlar başında yaşamaqdaydıq. Nədən ki, Atalı- Analı idik o zamanlar, xoş- bəxt idik o zamanlar!
O zamanlar da Zamanlardı... Ziyalı birisi öz müəlliminə- həm sinif, həyat müəlliminə Müəllimlər Müəllimi deyirdi. Müəlliminin görüşünə gələn- İsmayıl Əliyev kimi müəlliminin görüşünə gələn İbad İbrahimov kimi ziyalı müəllimlər- Sənin Səcdənə gəlmişəm deyərək öz Müəllimini salamlayacaqdı.
Belə bir ziyalılığın, maarifin, ən öncəsi isə insanlığın- böyüklüyün şahidi idi biz heç böyüməyəcəyimizi sandığımız dünənki Uşaqlar, nə tez böyüdük, həyat adlı bu ağır yükü çiynimizə həyatın özümü qoydu, yoxsa tale adlı mənhus qədərmi?
Lakin, nə olursa olsun, içimizdəki Uşaq böyümədi ki, böyümədi. Əslində iç dünyasında bir körpəlik, cocuqluq- uşaqlıq gəzdirmək və uşaq məsumiyyəti içərisində Uşaq saflığını daim saxlayan, qoruyan, gəzdirən birisi adətə ən saf – gözəl İnsan demək bu. Və belə insanların üz- gözlərində bir uşaq təbəssümü, uşaq saflığını aşikar bəlli edən bir məsumiyyət- daim gülüş var olur! Güələyən olur belə adamlar, daim təəbəssümlü, üz- gözləri sankı fərəh içində.
Yaradıcı dünyamızın gözəl şairlərindən olan Hökümə xanım Billurinin Vətən həsrətinin yanından elə- beləcə keçib getmək mümkün deyil...
Uşaqlıq illərim Zəncan olaydı,
Səni gördüyüm o an olaydı,
Bir də görüşməyə imkan olaydı!
Və yenə də xatırlanan saf, məsum Uşaq dünyası. Atalı- Analı məsum uşaq!
Anasız böyüyən, uşaqlığın gözəlliyini doyunca dadmayan S. Vurğun...
Pək cocuqdum, yerə gömdülər səni,
Həyata qanadsız atdılar məni,
Bax necə pozulub ömrüm gülşəni,
Həyat sənsiz mənə zindandır Ana!
Yaşanmamış körpəlik və Ana adlı İlahi xilqətə səcdə deyək bu gözəl misralara.
Haşiyə: Bir zamanlar vardı... Bizə demirdilər ki, oğurla, əvəzində şərəflə yaşa, oğurlama, insan- insanın dostu, qardaşıdır, İnsana təmizliyinə, dürüstlüyünə görə qiymət verilir deyə həm öyrənirdik, həm şahidi olurduq.
İndi isə, tam tərsinə, nə qədər bacarırsan, oğurla, vur- dağıt, necə də bacarıqlıdır, qoçaqdır deyəcəklər. Evindən- işindən, ailəsindən- millətindən oğurla, adına biznes deyəcəklər.
Nə isə... vaxtılə böyük və kişik bacalardan yaşam süzülürdü. Belə bir mühitdən böyük İnsanlar çıxırdı, dünyanı dərk edən, millətinə gün ağlamaq istəyən insanlar- ziyalılar.
İndi isə böyük villalardan, dəsgah içindən böyüdülən uşaqlar deyil, küt, milli hissiyyatdan çox zaman xəbərsiz- mərhum, duyğusuz uşaqlar yetişdirilir. Çünki, zəhmət nə olduğunu bilməyən, insanlıqdan uzaq, mərhəmətsiz, duyğusuz bir bivec dünya... belələri tək harınlıqdan deyil, görməmiş valideynlərin qudurğan övladları. Əsasən də sonradan görmə deyilən bir anlayış indiki ailələrin bir çoxunda tez- tez rastlaşan haldır. Yəni, dad görməmiş əlindən.
Hər şeyin şəffafı gözəldi. Və nələrisə yerinə qoyduğumun fərqinə vardım. Bu mənə anlatdı ki, insanın içərisində daşıdığı Vicdan əslində ən dəyərli brilyantdan daha dəyərlidir. Bu Vicdandır. Nə etməli, hazırda çox az adamda tapılan – təsadüf edilən nadir bir inci- almas dəyərindədir.
Təşəkkürlər Mən sevdiklərim və Məni sevənlər, İnsanlıq bir gözəllik və onu həqq edənlər üçündür.
Çünki, həyat bizlərə onu da öyrətdi ki, İnsan Ruzisinə- çörəyə atılan daşın bədəli ağır olur.
Bütün çirkinləri Allaha həvalə edin. Lakin bu onları bağışladım demək deyil. Çünki, biz “Quran” adlı qutsal kitabın əmanətləri ilə böyümüşük. Yəni, “düşməndən intiqam alınmalıdır”. Bunu da belə bilək. Bir var erməni adlı qəvi düşmən- bu təhlükəli olsa da, daim evindən uzaqdadır. Bir də var millətinin- işinin, qonşunun, yaxınlarının, çörək verib havadar durduğun namərdlərin zərbəsi- bu zərbə- udar yaman ağır olur. Udmaq mümkün deyildir.
Bunları da yaşadıq zamanla. Çünki, yalnızca yaradıcı dünyamıza deyil, hətta insan şəxsiyyətinə qarşı qısqanclıq, qibtə- həsəd hissinin olduğunu bilirik, lakin bu qədər amansız kin- nifrətə çevriləcəyini görmək bir az deyil, ayıb.
Bu həyatdır və mən həyatın Göyçə adlı Cənnətin Qapıları önündəyəm. Bu Qapıları açmaq mənim kimilərin borcu! Qarşıda belə böyük amallar varsa, qalan bütün şeylər təəffərrüat! Vəssalam.
Yaxşılıq bir libasdır və onu geyinməyi bacaranlar xoşbəxtdirlər! Maraqlı bu nuans yadıma düşdü, ən yaxşı yazılarımı yollarda yazdım,. Düşüncələr axdıqca axır, sən sərbəst olursan, kütlə içərisində sanki təksən- yalnızsan. Demək ki, heç kəsi görmürsən, səni fərq edirlərmi, görürülərmi, yenə də bilmirəm... Ən çox da səhərlər işə gedərkən.
Məsələn, belə bir qeydim əlimə keçir, “Möhtəşəm Zirvə-Göyçəli Aşıq Ələsgər” və” Göyçə Aşıq Məktəbinin Şah Beyti Dədə Ələsgər”. Və Aşıq Sənətinin Pasportu Göyçəli Aşıq Ələsgər! Təriqət, Mərifət, Həqiqət- hurufat- mərifət adlı urfani sufi baxışlı bilik sahibi, İlahi vergidən qaynaqlanan pir- övliya kəramət sahibi... O, elə bir hikmət ki, onu anlamaq da çətin, dərk etmək də çətin... lakin azacıq da olsa dərk etdinsə, anladınsa, O Böyük Övliyanın əsiri- heyranı- heyrəti olacaqsan! Ələsgər bu Ədəbi mühitin içərisindən bir Günəş kimi bərq vurur! Bu Ədəbi Mühitə xas olan aşıqların saz- söz adamlarının hərəsinin öz yeni xətti var. Lakin ucalıqda dayanan yenə də Dədə Ələsgər olur!
Göyçəli Dədə Ələsgər budur...
Mərdin nə qadası var, namərdin canına gəlsin.
Elə bu yerdəcə bu gün eşitdiyim- Pakistanın keçmiş Baş Naziri, siyasətinə xalqimiz tərəfindən hüsn- rəğbət bəslənən İmran Xan öldürülüb...”Mənə bu siyasətçini sevdirən ən çətin günlərimizdə (2020) onun verdiyi dəstək oldu. Bütün silah- sursat ilə qardaş Azərbaycanın yanındayıq. Ləyaqətsiz mövqe göstərən ermənistanı nəinki Qarabağdan, xəritədən çıxarda bilərik” Vaxtılə Azərbaycanın xeyriyyəçi oğlu Tağıyev şəxsi vəsaiti hesabına keçən əsrin əvvəllərində Pakistan xalqına peyvənd göndərərək kömək etmişdi. Və qədirbilən Pakistan xalqı 1947- ci ildə müstəqillik əldə etdikdən sonra bu köməyi unutmamış, tarix dərsliyinə salmışdır. Və sözsüz, İmran Xanın Azərbaycan xalqına olan istər maddi, istər mənəvi dəstəyi bizlərin qəlbində və tarixdə öz ləyaqətli yerini daim qoruyacaq. İmran Xan isə bizə dost oldu, qardaş oldu! Unutmayaq... bir gün gərəyimiz olar, belə hikmət sahibi kişilərin mərdliyi.
Mətləbdən uzaqlaşmayım... axı mənim mövzum Süsənbər Xanımın çox sevdiyi – Göyçənin bir simvol halına gətirilən Göyçə Bənövşəsi haqqında söhbət açmaq istəyim var.
İntizarın- nisgilin, yoxsa ayrılığınmı həsrət adlı tufanı yatır içində bənövşə...Əsrlərcə nə şeirlər, nə əfsanələr yazılmayıb vəsfinə-şəninə bənövşə...
Bənövşə, bəndə düşə...
Nə ola bizə Göyçə düşə!
Sözsüz bu da bizim nisgilli həsrətimizin Göyçə adlı bənövşəsinin ağrı- acı dolu, lakin sevgiyə bürüdüyümüz həyat fəlsəfəmizdir.
XV- əsrin sonu, XVI- əsrin əvvəlləri, Cəbrayıl rayonunun Dirili kənd sakini, yaşayıb- yaratmış, zəngin yaradıcı dünyası olan, Şah İsmayıl sarayının Miskin Abdalla qarışıq sevilənlərindən olan Aşıq Qurbani, bu gözəl, duyğusal Aşıq- Aşiqimiz, Gəncə xanının qızı AlaGözlü Pəri xanımın vurğunu bu zərif ətri neçə də gözəl vəsf edir:
Qurbani der: Könlüm bundansayrıdı,
Nə etmişəm yarım məndən ayrıdı?!.
Ayrılıqmı çəkib boynu əyridi?!
Heç yerdə görmədim düz bənövşəni!
Sonu faciə ilə bütən bütün Aşiq- Aşıq Qurbani kimi əfsanələr Aşıq Qurbanidən də yan keçmir. Vaxtilə Məzənnə Pirində ona verilən İlahi vergisi bu gözəl aşığımızı elə o Pirdə də həyatına son qoyulur... Anası ilə görüşə apardığı Gəncə xanının qızı Pəri xanıma bu beytlə də vida edir:
Məni vurdu talx ilan...nə işin var xalxilən.
Və “Bənövşə” adlı boynuburuq gülün ən gözəl sözünü yaradan bu ustad səviyyəsinə qalxan sənətkarın ömrü beləcə də bitir. Tarixin ədalətsiz, haqsız, utanilacaq o qədər səhifələri var ki. Tez- tez niyə sualını veririk, biixtiyar, axı nədən? Cavablarını ala bilməyəcəyimiz o qədər suallar var ki.
Sual vermə İnsan, çünki, bəşəriyyət yaranandan iki qüvvə tərəfindən idarə olunur, Əhrimən və Hörmüz. Məlum, Əhrimən şərə xidmətdir, bədlikdir, pis nəfəsdir. Bədnəfəs isə elə bir pis xislətdir ki, hətta ən iti qılıncı belə kəsə bilir. Hörmüz isə yaxşılıq, səxavət, kəramət, insannlıq naminə etməli deməkdir. Bizlər yaxşılıq naminə daim ucalığa- Allaha- Göylərə baxırıq. Lakin, unutduq ki, ədalət yerdə pis insanların ayaqları altında tapdanmaqdadır. Həqiqət isə yuxarıda- Göylərdə- Allah dərgahında barınır. Əgər o haqqı tapdalanan insana zamanında əta olunsa. Əhrimənə qulluq edənlər, bu yolu özlərinə amal edənlər nəhayətində deyil, dəqiqəsində cəzalansa düzgün olmazmı.
Aşıq Qurbani... “ayrılıqmı çəkib boynun əyridir”... İntizarmı- nisgilmi, həsrətmi, arzuların gözündə qalmağımı. Bəlkə də yurd nisgili, Ata- Ana həsrəti, özü olmaq- özünə dönmək istəyi, kökünə bağlılıq, ulularının yatdığı məkana dönmək və o torpaqlarda ömürlük uyumaq istəyi deyək bunun adına. Hər halda qatı açılmamış sirr düyünüdür istər dünya, onun yaradan İlahi və insan özü müəmmalarla dolu, özünə belə naməlum olam məlumdur.
Bir Mən vardır Məndə, Məndən içəri- Y. İmrə
Aşıq- Aşiq sözünün əks sədası İşıq sözü olmasınmı... Və üstəgəl “Eşq” sözü həmahəng olmazmı...
Uca Dağ başında yanar bir işıq,
Yolumu gözlər qərib bir Aşiq!
Bəlkə də yurd nisgili, Ocaq həsrəti, Ata- Ana sevgisi səni bir bənövşə ətirli nisgilə- aha çevirdi. Çəkdiyin Vətən adlı ahlardan boynun əyildi bənövşə.
Nərgiz, yarpız, lilpar... ama sənin yerin Göyçə dağlarında, Göyçə ab- havasında bir ayrıydı. Məsmə Mamamla Dərənin dağı daşını ələk – bələk edər, gəzərdik. Nənəmin ürəyi Kərəm adlı Oğul dağlıydı. Bayatı çəkib ağlardı. Və bəlkə də bunlar mənim həyatıma enib bu qədər duyğusal, həqiqətpərəst, yanımcıl böyütdü. Dərə kəndində Nənə- Babamla yaşasam da, cəmi 7 km aralıda olan öz kəndimizin- Güney kəndinin, evimizin, Anamın həsrətini necə bir ağrı ilə keçirdiyimi günü bu gün də yaşamaqdayam. Dərənin Palıdlığında qocaman palıd ağaclarının dibində səni nə çox dəstələmişdim. Ağacın dibi kölgəlik olduğuna görə, bu bənövşələrin saplağı çox uzun, ləçəkləri isə iri olurdu. Ətri isə bihuzedici idi. Hələ öz kəndimizdə, evimizin düz qənşərində yerləşən balaca yastanada- döşdə yaz ağzı nələr bitmirdi bənövşə qarışıq. Fevralın sonu, martdan başlayaraq qarın altından ilkin boylanan danaqıran olardı. Göyçə camaatı danaqıranın nə olduğunu gözəl bilirdi. Sonda, mayda bənövşələr nərgiz qarışıq boy qaldırmağa başlardı.
Lakin, Göyçə Bənövşələri sən bir ayrı dəsgah idin.
Bizlər üçün, Vətən kök- soy, kötük itirənlər üçün , xüsusən Mamamız üçün bənövşələr Göyçə demək idi. Göyçənin əsrarəngiz gözəlliklərinin boynu bükülü sevgisi – nisgili bənövşələr. 2007- ci ilin mənhus fevralından məni 19 il ayırır, lakin bu illər mənə Anamı unutdurmaq nədi, əksinə O böyük möcüzə varlığı mənə daha da yaxınlaşdırıb. Şəninə nə qədər şeirlər, bayatılar, laylalar deyilsə də, nə etməli “Göyçə Bənövşələri” və Ana nisgili bu ayrılıq qoxan gülün ehtişamına- şəninə mənə də nəsə demək lazım olduğunu könlümə saldı. Yazın ilk carçısı bənövşə adına ... Bənövşə misralar dedim Anam üçün. Anamın Ruhu Şad Olsun...
Nisgildənmi, ahdanmı yoğruldun,
Boynun nədən bükükdür bənövşə?
İnsədən- incə saplağın sənin,
Xəyanətdənmi büküldün bənövşə?!. – M. İ.
Ana, dünya xəyanət adlı şərəfsizlərin əlində oyuncağa dönüb. Sənə baxarkən yalnızca düşündüm, xəyəanətdən, saxta insanlardan, bivec alverçilərdən usandım bənövşəm, usandım. İnkar etmək mümkün belə deyil, indi Sənin kimi dünyaca böyük ürəkli, cəngavər, mərd Anaya- Xanıma artıq rast gəlinmir Ana!
Nədən həsrət- nisgil qoxudun,
əvəzsidi ətrin sənin,
BənövşəGözlü Bənövşəm Mənim ! - M. İ.
Səni Bənövşəm, öz Ulu Ocaqlarıma- Göyçəmə layiq buldum səni! Mənim Bənövşəli Anam, elə bir səxavət, mərhəmət sahibi idin ki, kimsə səninlə müqayisə belə oluna bilməzdi. Lakin, çox sonralar həyat mənə öyrətdi ki, mərhəmət bəzən insanı yüksəltmək əvəzinə, nanəcib birilərində qısqanclıq- yəni paxıllıq yaradan amildir. Və belə amillər insan nəfsinə- bədnəzərliyə qədər gətirib çıxarır.
Ama, yenə də Allahı unutma deyərdi Mamam, bir əlin verdiyini o biri əl bilməməlidir. Əlbəttə ki, dünya təzadlar dünyası olduğu kimi, fikirlər də müxtəlif ola bilər, haçalana bilər.
Haçalanan fikirlərimdə Atam tərəfindən mənə hədiyyə olunan M. C. Rumunin “Eşq Pərvanəsi” kitabını dönə- dənə vərəqləsəm də, yenidən ehtiyac duyuram o böyük filosofun fəlsəfi həqiqətlərinə... “Yaradılanı sevirik, Yaradandan ötəri”.
Lakin, yenə də məni Mövlanədə cəlb edən ruh gözəlliyinin bərraqlığını təzahür etdirən bu fikirlər belə desək ağlı başdan alır... Gözəl Olmağa, Kamil Olmağa, Aşiq Olmağa!
Bir yazı- pozu əhli kimi buraya ancaq, bu hikməti də əlavə edərdim... İnsan Olmağa! Və bunu da Məndən bilək. Zəkanın nəcibliyi deyək İnsan olaraq yaradıldığımıza.
Bu dünyaya daim Göylərdən gəldiyimi düşünmüşəm. Sən demə əslində bizim torpağın qutsallığının, insanlarının Pir Övliya, sufu baxışlı- hikmət sahibi, əhli- hal, İlahi vergisindən öz payını aldığı elə- belədən deyilmiş, bunların özündə belə böyük hikmət, həqiqət gizlənirmiş.
Mənim BənövşəGözlü Xanım Anam, öz övladına ürək yerinə könül- qəlb buraxdın əbədilik gedərkən.
Bəlkə sandın ki, səndən sonra xoşbəxt olacaq. Öylə bir dünya yox, Sənin sonsuz sevgin sonda mənim taleyimdə xəbislər tərəfindən amansız bir qısqanclıqla boğulacaqdı. Özünü paxıllıq adlı girdabda itirmiş kor insan xisləti. Və təəssüflər ki, bunlar həqiqət idi.
Bir parça qaranlıq qəlbini qırmasın gərək. Sabahlar açılan kimi Günəş yenidən doğar. Bəzən hətta qaranlıqda belə ulduzlara sahib olmaq da bir Gözəllik deyək. Günəş isə, həyat, yaşam, Sabahlar demək. Bir İlahi Gözəllik Eşqinə Yarınlara!
Mövlanəni yenidən xatırlayıram... Gözəl olmaq! Kamil olmaq!Aşiq olmaq! Və mənim bir yazar kimi əlavəm, öncəsi isə İnsan olmaq naminə bu həyat!
Qocaman çinarlara bənzəyir insanın kökü- kötüyü. Kökü minilliklərə işləmiş birisini yıxmaq isə asan deyil.
Mənim köküm- kötüyüm Ulu Göyçənin neçə mimin illərində yaşamaqdadır. Ocaq sevgimdə, Ana məhəbbətimdə, Ata adlı şəxsiyyətin böyüklüyündə, ziyalılığında yaşayır. Bu elə bir İlahi sevgi ki, İnsan yalnız öz yurdunu və övladlarını belə sevə bilər. Ocaq, Vətən, Ata- Ana sevgisinin nə olduğu bizlərə Ana südü ilə, genimizlə gəlir, bu uca xilqəti ölənədək unutmur insan. Ən acı halında belə Ana səsləyir, Ana deyir...
Səni görmək üçün ölmək istərəm,
Təsəllim ah ilə fəğandır Ana!
Hələ ilk uşaqlıq çağlarımdan sevmişdim yaradıcı dahilərin Ana adlı İlahi varlığa necə gözəgörünməz tellərlə bağlı olduqlarını duymaq, ürək adlı nəciblikdən qaynaqlanaraq yazdıqları əvəzsiz könül duyğularını duymaq, sonsuz sevgi ilə dolu poetik dünyalarına dalmaq... Rus şeirinin MaviGöz Ağcaqayını adlandırılan S. Yeseninin “Anama məktublar”ını xatırlayıram...
Əzizim, ixtiyarım, sirdaşım,
Kədərli duyğuları sən buraxma sinənə,
Qulaq as, başdan- ayağa həyatımı danışım...
Bu qar tufanı altında nə var danışım,
Və nəticə, “Ki, səndən yaxşısını görmədim fəqət”...Həyatı sovetlər Rusiyasının keşməkeşli qaranlıq girdablarında, dolanbac yollardan keçən sadə, lakin füsühkar bir kənd cocuğunun yaşamı erkən də bitməli idi. Donosbazlığın, hiyləgərliyin, satqın və şərəfsizliyin baş alıb getdiyi bir cəmiyyət və burada nəinki Yesenin, Lermontov, Müşfiq, Cabbarlı, Şandor Petefi, Frans Kafka və s kimilərinə yer yoxdur. Dünya mərhəmətsizlərindir. Bunu açıq bilin, türklər deməli, net şəkildə.
Bu dəli- dolu dünyadan kimlər keçmədi ki... Əgər ürək, üstəlik də qəlb yiyəsisənsə, bu həyatdan nəsibini almayacaqsan, üstəlik də udmayacaqsan. Dünyamı mərhəmətsiz, yoxsa İnsanlıqmı? Bu fırtınalı ömür yoluna xas olan keşməkeşli həyat yollarında iyrənclik və tamahın, şərəfsizliyin qurbanı olanların günahı nə ? Zamanmı utansın, yoxsa İnsanmı...
Özünü- özlüyündə itirib insan,
Didişmə dişləri bitirib insan...
Böyük M. Araz da, elə beləcə də düşünürdü.
M. Araz deməli, bu İlahi İnsanın, əvəzsiz şairin ən Uca Sevgisi Ana adlı Uca Xilqət olmuşdur. Ana adlı Uca Xilqətə həsr etdiyi yaradıcı dünyası, bacısı Gülsümə məktubları, Ata Ocağı deyərək öz uşaq dünyasını- Ata- Ana Ocağını ağrı ilə vəsf etdi, böyük acılarla bu Ocağa vida etdiyi ürək dağlamazmı?
Və bizlər İnsan olduğumuzu- Ana adlı Ucalığın ağır nisgilini beləcə də içimizdə yaşamaqdayıq.
Daha gəlməyəcək Anamın səsi,
Mənə də taleyin yumruğu dəydi,
Gəlir acığıma, soruşur bəzisi ...
Neçəydi Ananın yaşı...
Ananın yaşımı olur nadan...
Bilmirəm, düşmüşdü saçlarına dən,
Dolaşır sualla cavab başımda...
Ana kədərini yaşmıdır ölçən...
Ana itirmişəm Ana yaşında !
19 il- Mənim BənövşəGözlü- MaviGözlü Anam- sənsiz mənə həyat bir məhbəs, bir zindan, bir məngənə oldu. Nə sizləri unuda bildim, nə xoşbəxt ola bildim.
Göyçə Bənövşəsi dedim sənə, MaviGözlü Gökcə dənizim Mənim. Ana Səni ən Uca adlarla ansam da, Ucalıqlarda- daim Ruhunun üzərimdə olduğunu duysam da, bilirsən səni görmək, qəlbimi heç zaman tərk etməyəcək o gözəl ətrini bir daha qoxulamaq, Gökcə Göylərinə bənzər Gözlərinizə bir daha, bir daha tamaşa edə bilsəm...
Mənim GökcəGözlü dünyam- Mənim BənövşəGözlü Anam! Sizin yoxluğunuz- gedişiniz məni şair belə etdi...
Ayrılığın adı acı, dadı acı...
Rəngi ölüm rəngi, sarı ölüm yuxusu,
Heç açılmayacaq bağlı qapılar kimi...
Açılmayacağını bilə- bilə, gözləyirəm,
Acılacağını,
Gözləyirəm... Ölənlər geri qayıtmır,
Ölənlər yalandan ölmür,
yalan Dirilərə məxsus!
Son günüməcən, Özüm də ölənəcən...
Gözləyirəm!
Gəlməyəcəyini bilə- bilə...
Son günüməcən, Özüm də ölənəcən!
Gözləyirəm! - M. İ.
... Və, nə fərqi var nə vaxt yazdım, sən gedəli şair belə oldum, şeirə döndüm. Yoxluğun məni məhv etdi. Əlbət ki, Sizlərin yoxluğu ilə heç barışamadım, çünki təbii qəbul etmək çətindi. Böyük sevgilərini itir və sənə desinlər, qəddini əymə. Uca tut. İstəyən- istəməyən var. İnsan bütün sınaqlardan keçə bilər. Lakin, İlahinin “Ölüm” adlı əbədi yuxusundan keçə bilmir. Nə etməli, O- O Uca Yaradan keçmir, biz də qəbul etmirik, Tanrı bir az ədalətli olsun, “Səni Məndən almasaydı”...
Ürəyi sınıq, könlü qırıq,
Körpə uşaqlar kimi bir küncdə...
Büzüşüb də, oturub,
Onu ye, bunu da ye, dedilər,
Ancaq heç birisiAnam kimi demədi.
Ancaq heç birisi Anam olmadı!
Məni Anama götürün, Anama...
Əziz Anama! - M. İ.
Anasızlıq və Vətənsizlik- əslində elə Göyçəsizlik kimi eyni həsrətdir. Əslində, sən məndən uzaqlaşdıqca, mən sənə daha da yaxınlaşıram.
Könlünün dadı qaçmış,
Nə dost, nə canı yanan,
Yetimlik imiş Aasızlıq,
Kimsəsizlik imiş Anasızlıq!
Yazıqlıq imiş Anasızlıq...
***
Yalnızlıq imiş Anasızlıq,
Soyuqda üşümək,
Boranda, qarda tənha yürümək,
Yandırıcı istidə qovrulmaq imiş
Anasızlıq!
***
Anasızlıq yuxusuzluq imiş,
Anasızlıq hörmətsizlik imiş,
Anasızlıq dərdlərinlə tənha...
Baş- başa qalmaq imiş!
Anasızlıq... Elə Göyçəsizlik kimi
Bir işgəncə imiş! - M. İ.
Vətən itkisi nə qədər böyük olsa da, Ata- Ana itkisi bir o qədər də böyük işgəncə imiş.
Göyçəmizdən keçər olsan,
Məni də orda an ay durna,
Qon Anamın qəbri üstə,
Ağla, sızla, yan ay Durna - E. İsmayıl
Anam Süsənbər Xanımın timsalında bütün dünyasını dəyişmiş-
Haqq dünyasının Əbədi Yolçuları olan Xanım Analarımıza İtihaf olunur !
Məlahət İsmayılqızı
31. 01. 26 Bakı