usd-1.7000 eur-2.0030 rub-2.2257
Bakı 14°C 8.09 m/s
Son xəbərlər
18-04-2026
17-04-2026
13-04-2026
09-04-2026
08-04-2026
05-04-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Akademik Milli Dram Teatr ilə Qırğızıstan Milli Filarmoniyası rəhbərliyi arasında görüş olub

details

MƏDƏNİYYƏT

18.04.2026, 22:46 Oxunub: 24

Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov Qırğızıstan Milli Filarmoniyasının direktoru, Xalq artisti Qırqızbay Osmonovla görüşüb.

1001info.az xəbər verir ki, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində, o cümlədən teatr sənəti üzrə əməkdaşlıq yüksək qiymətləndirilib. Azərbaycanla Qırğızıstan arasında yaradıcı əlaqələr tarixi və mədəni yaxınlıq üzərində qurulub. Bu əlaqələr hər iki xalqın ortaq köklərini və dəyərlərini əks etdirir.

Akademik Milli Dram Teatrı hər zaman belə böyük layihələrə dəstək verib və yeni layihələrin icrası üçün hazırdır. T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı ilə Akademik Milli Dram Teatrı arasında ötən il imzalanan əməkdaşlıq Memorandumunun əhəmiyyəti qeyd olunub.

İki dost və qardaş ölkənin milli teatrlarının rəsmiləşdirdiyi əməkdaşlıq müqaviləsi mədəniyyət tarixinin vacib hadisəsidir.

Görüşdə Qırğızıstan Milli Filarmoniyasının "Cəmilə" tamaşa-müzikli ilə Azərbaycana qastrol səfəri yüksək qiymətləndirilib. Yazıçı Çingiz Aytmatovun yaradıcılığına Azərbaycanda hər zaman böyük  diqqət olub. Bildirilib ki, Akademik Milli Dram Teatrının repertuarında Çingiz Aytmatovun “Əsrə bərabər gün” və “Manqurt” tamaşaları var.

Qırğızıstan Milli Filarmoniyasının direktoru, Xalq artisti Qırqızbay Osmonov qonaqpərvərliyə və yüksək təşkilati dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Akademik Milli Dram Teatrına təşəkkürünü bildirib.

Digər xəbərlər