usd-1.7000 eur-1.9752 rub-2.1250
Bakı 17°C 2.08 m/s
Son xəbərlər
15-10-2025
13-10-2025
09-10-2025
08-10-2025
03-10-2025
30-09-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Bir ülfətin işığında...

details

CƏMİYYƏT

15.10.2025, 16:22 Oxunub: 90

Bir ülfətin işığında

Nəbi Rzayevin xatirəsi bu gün də yaşayır — qəlblərdə, sözlərdə, bir ömürlük ülfətdə...

Bu günlərdə Qusar rayon Heydər Əliyev Mərkəzində mərhum  jurnalist-publisist Nəbi Rzayevin həyat və yaradıcılığına həsr olunmuş “Bir ülfətin işığında” adlı xatirə tədbiri keçirilib.

Tədbirdən əvvəl  mərhum jurnalistin məzarı ziyarət olunub, yaşadığı evdə onun əziz xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətə öz ehtiramlarını bildiriblər. Mərkəzdə  Nəbi Rzayevin yaradıcılıq yolunu əks etdirən foto-sərgi ilə tanışlıq baş tutub.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, tanınmış söz-sənət adamları, ziyalılar və jurnalistlər iştirak ediblər. Xatirə gecəsində Nəbi Rzayevin parlaq şəxsiyyəti, yüksək mənəvi keyfiyyətləri, ictimai fəaliyyəti və peşəkar jurnalistika sahəsindəki xidmətləri barədə geniş söhbət açılıb.

Qeyd olunub ki, 15 yaşında onurğa sütunundan keçirdiyi əməliyyat zamanı erməni həkim Sveta Baçanyanın səhvi nəticəsində ömürlük yatağa məhkum olsa da, bu ağır taleyə sinə gərərək ali təhsil alan və həyatını jurnalistikaya həsr edən Nəbi Rzayev insan iradəsinin, əzm və mənəvi böyüklüyün böyük  nümunəsi kimi yaddaşlarda qalıb. Onun əziz xatirəsi bu gün də onu tanıyan hər kəsin qəlbində yaşayır.

YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov, sədr müavini və Nəbinin tələbə yoldaşı Neva Aydəmirova, əməkdar jurnalist Bəxtiyar Qaraca, jurnalist Kəmalə Mirzəyeva, eləcə də Həsənqala kəndinin tanınmış ziyalıları — məktəb direktorları Şöhran Hacəliyev və Babacan Zəkiyev tədbirdə çıxış edərək mərhum jurnalistlə bağlı unudulmaz xatirələrini bölüşüblər.

Xalq artisti Nəsibə Zeynalovanın nəvəsi Nəsibə Zeynalova da çıxış edərək nənəsinin ailəvi şəkildə Nəbi Rzayevgilə baş çəkməsindən, mərhum sənətkarın Nəbiyə hər zaman böyük hörmət bəsləməsindən danışıb. Onun sözləri mərhum jurnalistin sənət və mədəniyyət xadimləri ilə qurduğu dəyərli dostluqların təcəssümü kimi səslənib.

Həsənqala kənd sakini Nəbi Rzayevlə ömür yolunu bölüşmüş həyat yoldaşı Nazilə xanım  mərhum jurnalistin işıqlı xatirəsini əziz tutan hər kəsə və tədbirin keçirilməsinə dəstək verən Qusar rayon icra hakimiyyətinə dərin təşəkkürünü bildirib. Onun çıxışı alqışlarla qarşılanıb.

Tədbirin sonunda mərhum jurnalistin mənalı ömür yoluna  həsr olunmuş “Yaşamaqdan doymayanlar” sənədli filmi nümayiş etdirilib.

Sonda Heydər Əliyev Mərkəzinin direktoru tərəfindən Nazilə xanıma mərhum jurnalistin portreti hədiyyə olunub.

 

Digər xəbərlər