usd-1.7000 eur-1.9746 rub-2.3867
Bakı 19°C 4.44 m/s
Son xəbərlər
24-05-2026
23-05-2026
21-05-2026
17-05-2026
12-05-2026
10-05-2026
05-05-2026
04-05-2026
29-04-2026
26-04-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Hüseynbala Mirələmovun “ƏSMƏR” romanı

details

ƏDƏBİYYAT

24.05.2026, 20:59 Oxunub: 626

1001info.az yazıçı-dramaturq  Hüseynbala Mirələmovun “ƏSMƏR” romanını təqdim edir

 

On dördüncü fəsil

MAHMUD

Başımdakı o amansız ağrı, daxili gərginliyim günlərdir ki, məni qarabaqara izləyir. Moskva küçələrində maşını hara sürürdümsə, sanki təkərlərin altında asfalt yox, öz vicdanımın qırıntıları əzilirdi. Amma mən bu idim; məsuliyyətdən qaçmağı azadlıq zənn edən, hər çətinliyə düşəndə arxasına baxmadan qaçan Mahmud... İndi isə qaçış yollarımın hamısı Elşadın qapısına dirənmişdi. Əsməri onun evinə, Almaz bacının yanına əmanət edəndən bəri içimdə qəribə bir yüngüllük yaransa da, bu vəziyyətin uzun sürə bilməyəcəyini yaxşı anlayırdım. İra hər gün, hər saat sonuncu ultimatumunu xəncər kimi boğazıma sıxırdı: "O qız bu şəhərdən rədd olub getməlidir!" Haqlı idi, bəlkə də. Mən İrasız nəfəs ala bilmirdim, onun fırtınalı ehtirası mənim tək sığınacağım idi. Amma Əsmərin o dilsiz, suallarla dolu məsum baxışları da yaddaşımdan silinmirdi. Bu düyünü birdəfəlik kəsib atmalı idim. Əsmər getməli idi, öz kəndinə, aid olduğu yerə qayıtmalı idi ki, mən də öz cənnətimdə rahat yaşaya bilim.

Günorta vaxtı Elşadla həmişə oturduğumuz o köhnə kafedə görüşmək üçün sözləşdik. Kafeyə girəndə onu pəncərə qarşısındakı masada oturubpürrəngi çay içə-içə məni gözlədiyini gördüm. Fikirli-fikirli siqaret çəkirdi. Həmişəki Elşad idi - ağır, təmkinli, sanki dünyanın bütün yükünü təkbaşına çiyinlərində daşıyan adam. Amma nədənsə son vaxtlar onda bir dəyişiklik, qəribə bir cavanlaşma enerjisi hiss edirdim, geyiminə, saçına bir az əl gəzdirmişdi, amma gözlərindəki o qalın duman hələ də yerində idi.

Yaxınlaşıb qarşısında oturdum. Salamlaşdıq. Səsimdəki o tələskənliyi, canımdakı o qorxaq təlaşı gizlədə bilmirdim.

— Xoş gördük, qardaş, — dedim, - Sağ ol ki, gəldin. Vəziyyət bilirsən də necədir... İş-güc bir tərəfə, evdəki bu məsələ məni tamamilə tükədib.

Elşad başını  qaldırdı. Baxışları elə sərt  idi ki, bir anlıq gözlərimi qaçırmaq istədim. Əlindəki siqareti külqabına basıb dərindən nəfəs aldı.

— Bilirəm, Mahmud, — dedi. Səsi quru idi, elə bil boğazından sözlər yox, quru yarpaqlar tökülürdü. — Neçə gündür Əsmər bizdədir. Almaz ona bacardığı qədər həyan olmağa çalışır. Amma sən... Sən nə fikirləşirsən? Bu işin sonu hara gedir?

Uzatmaq istəmirdim. Bu dramı mən başlamışdım, son pərdəni də mən endirməli idim. Daim yanımda gəzdirdiyim kiçik qara əl çantasını açdım ,səhər bankdan çıxardığım, qalın rezinlə bərkidilmiş iki qom dollar bükülüsünü masanın üstünə, Elşadın düz qarşısına qoydum. Pul masaya düşəndə çıxan o küt səs sanki aramızda dayanan sonuncu dostluq divarını da sarsıtdı.

— Bax, Elşad, — dedim, səsimi bir az da alçaldaraq. — Bu pulu götür, Əsmər üçündür. Səndən bir qardaş kimi son xahişim var. Əsmər üçün Bakıya bilet- zad al, qalan pulu da xərclik kimi özünə verərsən. Kəndə qayıdandan sonra burdan vəkil vasitəsilə boşanacam, ondan sonra da bu pulla birtəhər universitet işini yoluna qoyar, gedər ali təhsil alar, nə bilim nə istəsə edər, öz işidir. Mən artıq dayana bilmirəm. İra aləmi dağıdır, bu  məsələ bu həftə birdəfəlik bitməlidir. Bu qeyri-müəyyənlik başımı çatladır, adam kimi rahat həyatımı yaşamaq istəyirəm.

Mən danışdıqca Elşadın daxilindəkisarsıntı dalğalarının üzünün cizgilərində, gözünün ifadəsində hiss edə bilirdim.  O, masanın üstündəki yaşıl pullara elə baxırdı ki, sanki bura pul yox, bir insanın kəsilmiş başını qoymuşdum. Rəngi ağarmışdı, dodaqları yüngülcə əsirdi. Sanki bədənindən elektrik cərəyanı keçmişdi.

Mən daxilən öz vicdanımı təmizə çıxarmaq üçün danışmağa davam edirdim:

  • Ona denən ki, Mahmud, vecsizdir, axmağın birisidir. Mən rüsvayçılığa da dözərəm, amma  İrasız yaşaya bilmərəm, Elşad, başa düş məni. Yəqin ki, sən də nə vaxtsa belə dəlicəsinə sevmisənsə, məni anlayarsan bir kişi kimi …

Elşad gözlərini puldan çəkib düz gözlərimin içinə baxdı.  Baxışlarının o qaranlıq, dibi görünməyən dərinliyində qəfildən, bircə anlıq sirli bir işıq,  qeyri-adi bir qığılcım parladı ki, yerimdə diksindim. Bu, sadəcə dostuna acıyan, ya da Əsmərin dərdinə yanan bir adamın baxışı deyildi. O gözlərdə gizli bir ümid, sanki aylarla qaranlıqda qalandan sonra qəfildən gün işığına çıxmış bir dustağın dəli sevincini də hiss etdim, amma anlaya bilmədim… O qığılcım mənə o qədər yad və qorxulu gəldi ki, daxilimdə bir ürkmə hiss etdim. Nə idi o baxış? Niyə sarsıntının ortasında o gözlər alovlanırdı?

Elşad bütün danışdıqlarımdan sonra sakitcə dilləndi:

  •  Deməli, qərarın qətidir... Əsməri tamamilə silirsən həyatından? Sənə sığınmış o məsum qızı beləcə bir biletlə və əlinə tutdurduğun bir qom pulla küçəyə atırsan? 

 

  • Başqa çarəm yoxdur, qardaş, — dedim, baxışlarımı yayındıraraq. — Bu evlilik onsuz da saxta idi, bir səhv idi. Mən öz həyatımı yaşamaq istəyirəm. Sənə güvənirəm, bu işi birtəhər səssiz-səmirsiz həll elə.

Elşad davam etdi:

  • Bilet puluna qalsa, o yazıq qıza özümüzün də bilet alacaq, cibinə  xərclik qoyacaq gücümüz var, amma bu pulla onun qarşısında olan vicdan əzabını yumaq istəyirsənsə, o başqa məsələ… Yaxşı, Mahmud, sən get İranın yanına. Arxayın ol, mən Əsmərin biletini də alaram, onu qoruyaram da...

Elşad nəsə laübalı şəkildə “qoruyaram” deyəndə içimdə bir qəzəb yarandı, hər dəfə Əsmərin adını çəkəndə də necə ağızdolusu, həsrətlə dediyinin də fərqinə varmışdım. Bəlkə?.. İçimdəki şübhəni basdırdım, onsuz da Əsməri sevmirəm, onu taleyindən mənə nə axı, necə olur- olsun deyib içimdə qara ilan kimi qıvrılan şübhənin başını əzdim… Sağollaşıb kafedən çıxdım, elə bil çiynimdən ağır yük götürülmüşdü. Azad olmuşdum, amma yolboyu daxilimdəki o şübhə yenə ilan kimi başını qaldırıb üzümə fısıldayırdı… 

 

İRA

Anamın bizə gəlişi elə ilk dəqiqədən içimdəki  o zəfər dolu fırtınanın üstünə soyuq bir sis kimi çökdü. O, qapıdan girəndə üzündə həmişə daşıdığı o qorxaq, o narahat anaların susqunluğu yox idi; əksinə, baxışlarında uzun illərdir gizlətməyə çalışdığı, amma hər küncdən boy göstərən o köhnə, o tozlu günahların ağırlığı sezilirdi. Mətbəxdə, masanın arxasında üzbəüz oturduq, qarşısına bir fincan çay qoydum.  Mən hələ də dünən Mahmudun mənə verdiyi o rəsmi nikah vədinin bihuşedici sərxoşluğu ilə gülümsəyir, bədənimi o qələbə hissinin ritminə uyğun yüngülcə silkələyirdim. Anam qarşısındakı çay fincanını əlləri arasında sıxıb, iti və gərgin baxışlarla üzümə baxdı:

— İra, görürəm sən sevinirsən, Mahmud boşanıb səninlə evlənəcək deyə gözlərinin içi  parıldayır. Sən doğrudanmı anlamırsan nə baş verdiyini? O kişi pis-yaxşı artıq evlənib və səni burada göz yaşları içində qoyub çıxıb gedərək o qızı almışdı. O qızın nə günahı var, onu elə gözüyaşlı boşayıb səni alanda xoşbəxt olacağını düşünürsən? Başqasının göz yaşı, başqasının ahı üzərində heç vaxt xoşbəxtlik qurmaq olmaz, qızım. O kəndli qızının ahı səni də, Mahmudun da o qurduğunuz saxta yuvanı da bir gün dağıdacaq.

Anamın bu rəhmdil, bu mütilik qoxuyan sözləri məni cin atına mindirdi. Stuldan elə sıçradım ki, elə bil ilan vurdu məni. Masanın arxasında onun sifətinə doğru əyilib nifrət dolu bir istehza ilə düz üzünə bağırdım:

— Ah? Xoşbəxtlik olmaz? Sən mənə nə haqla mənə ağıl verirsən, ana?! Sən öz keçmişini tamamilə unutmusan bəyəm? Atamla necə evləndiyini yaddan çıxarmısan? Sən də vaxtilə atamı o Nadejdadan boşanmağa məcbur edib, onun ailəsini dağıdıb, sonra onunla evlənməmişdin?! İndi hansı üzlə, hansı haqla qarşımda oturub mənə müqəddəslik dərsi keçirsən?! Mənim sevgim fırtınadır, istədiyimi alıram, bunu da səndən öyrənmişəm! İndi isə sən gəlib mənim səhv etdiyimi deyirsən?

Anam sanki bu sözləri gözləyirdi. Üzünə endirdiyim bu ağır keçmiş zərbəsindən sonra o sarsılmadı, rəngi ağarmadı. Əksinə, yanaqlarına göz yaşları süzüldü. Əllərimi ovcuna almaq istədi, amma mən əlimi hiddətlə geri çəkdim. O isə baxışlarını uzaqlarazilləyib başını yavaşca buladı:

  • Elə mən də o ahın, o göz yaşlarının üstündə bircə gün də olsun həqiqi xoşbəxtlik görmədim deyə danışıram, İra... Mən o səhvi elədim, Nadejdanın ocağını söndürdüm, amma cəzamı da sonradan iliklərimə qədər çəkdim. Sən bu səhvi eləmə, qızım, mən keçdiyim o cəhənnəm yolunu sən keçməyəsən deyə qarşında indi bir dilənçi kimi boyun bükmüşəm. Unutdun atanın başına gələnləri? O ailəni dağıdandan sonra elə bildim qalib mənəm. Amma o qadının ahı bizi rahat buraxmadı. Atan çox keçmədən o günahın ağırlığı altında əzildi, daxilən çürüdü və tezliklə o lənətə gəlmiş içkiyə qurşandı. Cavan yaşında, ömrünün baharındaca içki bataqlığında boğulub öldü, getdi... Mən isə bu buzlu şəhərin soyuq küçələrində, o peşmançılıq alovunun içində səni nə zülmlərlə təkbaşına böyütdüm, nə məşəqqətlər çəkdim, bir Allah bilir. Başqasının bədbəxtliyi üzərində qurulan taxt tez uçar, İra... Bu şəhərdə subay və ləyaqətli o qədər kişi var ki, birini tapıb ərə gedərsən. Bu gün Mahmud səni sevir deyə nazınla oynayır, bir gün sevgisi bitəndə Əsmərə elədiyinin beş qatını sənə edəcək, qızım! Özünü bir kişinin sevgisinin, insafının ixtiyarına bu qədər buraxma, İroçka! Tükənməz dediyin o sevgi bir gün bitəndə geridə ancaq peşmanlıq qalır…

Anamın bu sarsıdıcı etirafları, o göz yaşları mənim içimdəki o vəhşi, o dikbaş iradəni sındıra bilmədi. Onun sözünü kəskin bir hərəkətlə kəsdim, eşitmək istəmirdim onun bu qorxaq peşmanlıq nağıllarını.

  • Mənim taleyim səninki kimi solğun olmayacaq, ana!Sənin taleyin zəiflik üzərində qurulmuşdu, sən qorxub geri çəkildin! Atam iradəsiz bir adam idi, amma Mahmud fərqlidir. O mənimdir, ruhundan dırnağına qədər mənə aiddir. Mən o kəndli qızının kölgəsini də, onun o yalançı məsumluğunu da boğmağa hazıram. Bu dünyada xoşbəxtlik mübarizə aparıb, rəqibini diz çökdürərək alınır. Mən öz bildiyimi edəcəyəm. Mahmud o qızı tamamilə həyatından siləcək və biz rəsmi evlənəcəyik. Qoy hamı məni lənətləsin, vecimə də deyil!

Anam mənə elə bir çarəsizlik, elə bir məğlub anaların acıyan baxışı ilə baxdı ki, daha susmalı oldum. Heç nə demədi, çayını içib çantasını götürüb mənzildən çıxdı. Qapı qapananda mən yenidən aynanın qarşısına keçdim, dağılmış sarı saçlarımı düzəldib dik baxışlarımla öz əksimə gülümsədim... Mən İrayam, zəiflər kimi ağlamıram, mən olan yerdə yalnız ehtiras və mənim qanunlarım hökm sürəcək!

 

ALMAZ

Mənim qadın intuisiyam artıq hər şeyi gün işığı kimi göstərirdi. Əsmər bizə gələn ilk gündən Elşadın o on-on beş yaş cavanlaşmaq həvəsinə əvvəlcəfikir verməmişdim. Amma Əsmərin evimizdə qaldığı bu günlər ərzində elə təfərrüatlar gözümə girməyə başladı ki, artıq içimdə bircə zərrə də olsun şübhə yeri qalmadı: Elşad bu qıza dəli kimi aşiq olmuşdu!

Əsmər mənə kömək edib masaya çay yaxud yemək qoyanda Elşadın o hündür qaməti tir-tir əsir, gözləri qızın pambıq kimi yumşaq əllərinə, təravətli, gözəl üzünə zillənib qalırdı. Hələ o gün qapının zəngini vurub rəfiqəmgildən evə qayıdanda qızın  yanaqlarının nədən alışıb-yandığını, Elşadın isə zaldakı divanda oturub tələsik o titrək səsini necə düzəltməyə çalışdığını dərhal tutmuşdum. Elşad mənə bu vaxta qədər bir dəfə də olsun o baxışlarla baxmamışdı; Əsməri elə süzürdü ki, sanki qarşısında göydən enmiş mələk vardı. Rahat,  dəbdəbəli, bahalı qızıllarla bəzənmiş həyatımın alt-üst olacağını daxilən hiss edirdim.

Evdə, Əsmərin yanında bu barədə bircə kəlmə də kəsə bilməzdik, qız otağına qısılıb o qırmızı üzlü dəftəri ilə baş-başa qalırdı. Dünən axşam Elşada dedim ki,  yaman darıxıram, gəl, bir az təmiz hava alaq şəhərdə, restorana gedək. Deyir, ayıbdı , qızı evdə qoyub hara çıxaq? Cin vurdu təpəmə, pıçıltıyla dedim ki, öz ərimlə harda gedib oturmağıma kimsə qərar verəcək?

Restoranda masanın arxasında əyləşən kimi dayana bilmədim, boğazımda günlərdir yığılan o qəzəb dalğasını Elşadın üzünə püskürtdüm, onu sorğu-suala tutdum.

Elşad əvvəl həmişəki kimi "Təzyiqim var" deyib qaçmaq istədi, siqareti siqaretə caladı. Amma gözlərinin içinə elə qətiyyətlə baxdım ki, nəhayət, o ağır sükutu sındırıb, günahkar bir uşaq kimi başını aşağı salaraq hər şeyi etiraf etdi. Bəli, düşündüyüm kimi o məsum kənd qızına aşiq olmuşdu!

Necə hirsləndimsə kafedəki adamların baxışlarına məhəl qoymadan nifrətimi onun üzünə qusdum:

— Sən kim idin ki, Elşad?! — dedim, səsim hiddətdən titrəyərək. — Sən mənim atamın hesabına adam olmusan bu şəhərdə! Unutdun rayondan bura hansı gündə gəldiyini? Atam sənə inanıb o qədər obyektlərini, o nəhəng biznesini idarə etməyə verməsəydi, sən indi Allah bilir hansı zirzəmidə çörək pulu axtarırdın? Mənim atamın pulları ilə buralarda xanlıq eləyib, indi də gəlib mənim evimin içindəcə altdan-altdan mənə xəyanət edəcəkdiniz?!

Elşad susurdu, siqaretin tüstüsü aramızda günah kölgəsi kimi dolaşırdı. Mən isə dayana bilmirdim, nifrətim içimi yandırırdı:

— Elə Mahmud düz edirmiş! — deyə bağırdım. — Mahmud o rus qızı İradan qorxduğu üçün yox, elə bu qızın nə bəla olduğunu bildiyi üçün canını ondan qurtarmaq istəyirmiş. Sənə nə olub, ağlını tamamilə itirmisən?! O adıbatmışaz qala sənin qızın yerindədir, bizim yeganə oğlumuzla eyni yaşdadır! Utanmırsan bəyəm, bu yaşda eşqə  düşmüsən? Bu yaşdan sonra el-oba içində özünü də, bizi də rüsvay edəcəksən?!

Nə rəhmim qalmışdı, nə mərhəmətim. Qadınlıq qürurum qan ağlayırdı. Elşadın üzünə nifrətlə baxıb sonuncu qəti sözümü dedim:

— İndi mənə yaxşı qulaq as, Elşad. Evə qayıdacağıq və mən Əsmərə hələlik heç nə bildirməyəcəyəm, bacısı kimi mehriban davranmağa davam edəcəyəm ki, qapımda heç bir səs-küy, rüsvayçılıq olmasın. Amma sənə düz iki gün vaxt verirəm. Cəmi iki günün var! Ya gedib Mahmudla danışırsan, ya da özün birtəhər yolunu tapırsan; o qızı mənim evimdən rədd eləyirsən! O qız bu evdən çıxıb gedəcək, vəssalam! Yoxsa atama hər şeyi danışıram, səni də o idarə etdiyin biznesdən, bu ev-eşikdən lüt-farağat küçəyə atdırıram! Seçim sənindir!

 

ELŞAD

Almazın o hiddət dolu, meşşan nifrəti restoranın divarlarına çırpılıb üstümə qayıtdıqca, sanki çiyinlərimdəki o illərin ağır yorğunluğu bir andaca daş kimi düşdü. Qarşımdakı qədəhə zillənən baxışlarımı yavaşca qaldırıb düz onun o hiyləgər, bər-bəzəkli üzünə dikdim. İllərdir ocağına bağlı, ağır oturub batman gələn o sadiq Elşad yox idi artıq; o qırmızı üzlü dəftəri oxuyub Əsmərin saf dünyasında yenidən doğulan, o bir cüt ala gözün işığında bütün qorxularını yandıran qorxmaz bir kişi dayanmışdı onun qarşısında. Siqaretin acı tüstüsünü  udub səsimi alçaltdım:

— Mənə bax, Almaz, - məni sənin atan adam eləməyib. Atan əgər kimisə adam eləmək qüdrətində olsaydı, elə ilk növbədə öz doğma oğlunu edərdi, o nəhəng imperiyanı ona tapşırardı. Amma o, öz oğlunun necə bir bivec, necə bir əyyaş olduğunu gördüyü üçün, o biznesi bir günün içində batıracağını bildiyi üçün çarəsiz qalıb işləri mənə həvalə etdi. Sənin atanın o biznes imperiyasını bu soyuq xarabada gecəmi gündüzümə qataraq, ağlımla, zəhmətimlə mən gücləndirmişəm!  O var-dövləti, o obyektləri mən artırmışam! Əgər dərdin odursa, bu gündən etibarən hamısını, o parıltılı dünyanı da, o pulları da sizə geri qaytararam! Mənə bu yaşımdan sonra var-dövlət, o meşşan rahatlığı yox, adam kimi hüzur, xalis bir sevgi içində yaşamaq lazımdır. Mən hələ indi - bu dumanın içində Əsməri tapandan sonra anlamışam əsl sevginin, ruhun dirilməsinin nə olduğunu... Qorxutma məni o pullarla. İki gün yox, lap elə indi nə qərar verirsən ver,  özün bilərsən. Ürəyim məndən soruşmadı ki, Əsməri sevmək olar ya yox! Mən də özüm bilmədən düşdüm bu alovun içinə! Başa düşürəm, sənin indi qadın olaraq nə çəkdiyini, haqq da verirəm sənə bu məsələdə, amma mən də istəyərək dostumun arvadına aşiq olmadım, bir də gözümü açdım ki artıq bu mənim iliyimə-qanıma işləyib!

Evə hansı sükutla qayıtdıq, Almazın Əsmərə heç nə bildirmədən o saxta nəzakətlə necə davrandığını  necə dözümlə izlədim,  bir Allah bilir. Amma taleyin növbəti sarsıdıcı zərbəsi gecikmədi. Günorta saatlarında telefonun ekranında Mahmudun adını görəndə, damarlarımdakı qan qəfildən qaynar qurğuşun kimi qaynamağa başladı. Telefonu açar-açmaz onun o qorxaq, o təlaşlı səsini eşitdim. Məni kafeyə çağırdı və o köhnə masanın üstünə qalın bir dollar dəstəsi qoyub, alçaq səslə dedi: "Elşad, qardaşım, bu pulu götür... Səndən bir qardaş kimi son xahişimdir, bilet alın, Əsməri Azərbaycana, rayona yola salın. Mən bu işi özüm eləmək istəmirəm, sən mənim əvəzimə həll elə…"

Artıq özümü saxlaya bilmirdim, ürəyimdə görüşü yada salıb öz –özümə hayqırdım:

  • Sən necə bir vicdansızsan, Mahmud?! Sən necə bir daşürəkli cəlladsan?! Bir qızın gəncliyini,  oxumaq həvəsini, bütün ümidlərini bir gecədə darmadağın etdin, gətirib bu asfaltın ortasında diri-diri torpağa basdırdın, indi də qarşıma pul qoyub deyirsən ki, bilet al yola sal?! Sən o qıza bütün bu cəhənnəmi yaşatdın, qürurunu tapdaladın, indi də köhnə bir əşya kimi küçəyə atasan? Sənin o kişiliyin, o mərdliyin bura qədərmiş?!

Mahmud qarşımda elə aciz, elə boynubükük dayanmışdı ki, ürəyimdə düşündüyüm bu sözlərin heç birini onun üzünə çırpa bilmədim. Gözlərini yayındırıb, titrək və boğuq bir səslə mızıldandı: "Elşad, qardaş, bilirəm, vicdansızlıq edirəm, amma əlimdən bir şey gəlmir... İra mənim qanıma işləyib. Mən sadəcə öz həyatımı istədiyim kimi yaşamaq istəyirəm, başqa əlacım yoxdur..."

Onun bu rəzil bəhanəsi içimdəki alovu daha da coşdurdu, yaxasından yapışıb silkələmək keçdi içimdən:

  •  Madam ki, öz həyatını istədiyin kimi yaşamaq istəyirdin, yaşayaydın! O sənin haqqın idi, amma sırf kənddəki ata-ananın könlü xoş olsun deyə, el-obanın ağzını yummaq üçün rəfə qoyulacaq bir suvenir kimi kiminsə günahsız balasını, o məsum qızı alıb bədbəxt etmək lazım idi?! Elə əvvəldən ata-ananın qarşısında sözünü deyib, o and-qəsəmlərin qarşısında dik durub öz həyatını yaşayaydın da! Bundan ötəri günahsız bir qızın həyatını ortada belə darmadağın edib, taleyini qaraltmaq kişilikdəndir, Mahmud?!

Mahmud qarşımda sanki bir anda bir az da büzüşdü, çiyinləri aşağı düşdü, o boy-buxunlu bədəni rəzil bir çarəsizliyin ağırlığı altında tamamilə əzildi. Mən isə susurdum. Gözlərində canlanan o qorxaq, o aciz ifadə mənə illərdir tanıdığım dostumu yox, öz yalanlarının toruna dolaşmış birini xatırladırdı. Boğazı qurumuşdu, udquna bilmirdi:

— Elşad… Mən nə edə bilərəm axı?.. — Səsi elə qırıq, elə gücsüz çıxdı ki, bir anlıq onun bu yazıqlığından iyrəndim. — İnan mənə, mən elə də pis adam deyiləm, amma İra məni nəfəs almağa qoymur. Mən iki odun arasında qalmışam, qardaş, mən sadəcə bu bataqlıqdan çıxmaq, öz ömrümü istədiyim kimi sərbəst yaşamaq istəyirəm. Bu işi mənim əvəzimə sən yoluna qoy, yalvarıram sənə…

Onun bu bitib-tükənməyən qorxaqlığına, günahını bir parça yaşıl kağızla başqasının çiyninə yıxmaq cəhdinə baxmaq mənim üçün ən böyük işgəncə idi. Masanın arxasından səndələyərək necə durduğunu, kafenin qapısına tərəf boynubükük necə addımladığını nifrətlə izlədim. Mən onun arxasınca baxıb daxilən and içdim: Bu gündən etibarən sənin qorxaqca qaçdığın o məbəd mənim tək sığınacağım olacaq!
Mahmudun gedişindən sonra kafeyə çökən o ağır, sarsıdıcı sükut beynimi gəmirəndə mən daxilən tamamilə başqa bir aləmə keçmişdim. Almazın evdə Əsmərə altdan-altdan hiddət qusmağa fürsət gəzdiyini, məni o pullarla, atasının obyektiylə qorxutmaq istədiyini artıq zərrə qədər də vecimə almırdım. Qoy dünya dağılsın, qoy o parıltılı biznes imperiyası yerlə-yeksan olsun, dost-tanış üz döndərib məni xain adlandırsın — mən ruhumu o qırmızı üzlü dəftərin səhifələri arasında olan o səmimi qıza ömürlük bağlamışdım!

O qırmızı dəftərdə mənim adımı yazanda barmaqlarının necə əsdiyini, o soyuq divarların arasında mənim baxışlarımın istisinə necə sığındığını oxuyandan bəri mən artıq o köhnə, yorğun Elşad deyiləm. O pambıq kimi yumşaq, zərif əllərini bir daha yad adamların, o laqeyd gözlərin incitməsinə icazə vermərəm. Mahmud səni bir biletlə kəndin o qınaqlı, o dul qadın damğası vuran cəhənnəminə təkbaşına atmaq istəyir, eləmi? İcazə vermərəm! Sənin o dupduru, məna dolu ala gözlərindən axan bircə damla yaşın qarşısında mən bütün dünyaya müharibə elan etməyə hazıram. Qoy Almaz iki gün vaxt qoysun, qoy hamı bizi ittiham eləsin; sən mənim canımın içi, ruhumun ən gizli küncündə ucalan o müqəddəs ibadətgahımın tək sahibisən.

Səni buralarda o qadının nifrətinə də, bu şəhərin boz dumanına da yedizdirməyəcəm. Mən səni elə bir eşqlə bürüyəcəyəm ki, o çəkdiyin çətinliklərin, tapdalanmış qadınlıq qürurunun bütün acıları öpüşlərimin şirinliyində yuyulub gedəcək. Əgər bu yolun sonu cəhənnəm uçurumu olsa belə, mən o uçuruma səni qollarımın arasında bərk-bərk sıxaraq, bədənimi sənə sipər edərək üzüaşağı atılmağa çoxdan razıyam. Sən bu dünyada tək deyilsən, Əsmər… Sənin hər daxili hıçqırığını eşidən, səni ruhən fəth edib hər nəfəsinə pərvanə olan bir Elşad var qarşında. Sən mənim günahım,  cənnətim və bu  yaşımdan sonra mənə bəxş edilən yeganə gerçək həyatımsan! Səni heç kimə verməyəcəm, heç bir güc səni mənim qollarımdan qopara bilməyəcək!

ƏSMƏR

Evin havasına elə boğucu sükut çökmüşdü ki, aldığım nəfəs boğazımda düyünlənirdi. Amma bu dörd divarın arasında, taleyin amansız təkərləri altında əzildiyim bir vaxtda ruhum ömrümdə ilk dəfə elə bir möcüzəylə qarşılaşmışdı ki, qorxudan tir-tir əssəm də, o odun içində kül olmağa çoxdan razı idim. Dünən günorta Almaz xalanın vacib bir işi çıxıb tələsik evdən gedəndə, biz Elşadla qonaq otağında tək qalmışdıq. Ürəyim sinəmdə yaralı quş kimi çırpınırdı, barmaqlarımın əsməsini gizlədə bilmirdim. O, yavaşca mənə yaxınlaşdı, qarşımda elə bir səmimi, ağır ehtiramla dayandı ki, sanki qarşısındakı fəlakətə uğramış qərib bir gəlin deyil, toxunmağa qıymadığı müqəddəs bir varlıq idi. Gözlərinin dərinliyindəki o gizli yanğını, mənə bəslədiyi o saf və ağrılı eşqi oxuduqca daxilimdəki bütün qorxular yox olurdu.

— Əsmər, — dedi, səsindəki o titrəyiş ruhumun ən dərin qatlarına toxundu, — Qorxma, qurban olum, bu soyuq şəhərdə sən tək deyilsən. Mahmud sənə qarşı kor olsa da, sənin bu məsumluğunu ayaq altına atsa da, mən nəfəs aldıqca səni bu dünyada tək qoymayacağam. Səni həyatın bütün fırtınalarından, o insafsız adamların zərbələrindən qanımla, canımla qoruyacağam. Mənə güvən, gülüm…

Onun o mərd, sarsılmaz sözləri qırılmış qüruruma elə bir həyat verdi ki, on doqquz illik ömrümdə ilk dəfə bir qadın kimi dəyər gördüyümü hiss etdim. Amma taleyin komediyası bitmək bilmirdi. Elə həmin axşam telefonum titrədi, ekranda Mahmudun adı göründü. Səbəbini bilmədiyim bir həyəcanla zəngi açdım. Səsi hər zamankı kimi buz, hər zamankı kimi rəsmi və yad idi.

— Əsmər, — dedi, sanki çox adi bir məişət məsələsindən danışırmış kimi səsini uzadaraq, — Belə davam edə bilməz, bu yalanı bitirməliyik. Elşadgilə xəbər eləmişəm, pul da vermişəm onlara, sənə bilet alacaqlar və səni rayona yola salacaqlar. O pul xeyli müddət, biz rəsmi boşanana qədər səni idarə edər. Təhsil haqqın nə qədərdirsə, onu da ödəyəcəyəm, istəsən universitetdə oxuyarsan, həyatını istədiyin kimi qurarsan.

Onun bu quru, rəhmsiz sözlərini dinlədikcə içimdə dəli bir fırtına qopdu. Bir yandan ürəyim parça-parça oldu, qadınlıq heysiyyətim amansız bir zərbə aldı, bir biletlə qapıdan atılmağım daxilən məni sarsıtdı. Rayona qayıdanda o dar kənd küçələrində mənə tərəf dikiləcək qınaqlı baxışları, analığım Kübranın "ər yola verə bilmədin" deyə hər gün başıma vuracağı o zəhərli dır-dırları düşünüb qorxudan boğulurdum. Amma digər tərəfdən... Digər tərəfdən elə bil çiyinlərimdən tonlarla ağır olan bir duz yükü, o sevgisiz, o buz kimi soyuq zindankimi  mənzilin kabusu bir andaca uçub getdi. Mahmudun o biganəliyindən, onun toy gecəsi mənə göstərdiyi o İra adlı qadının mənfur kölgəsi ilə eyni evdə nəfəs almaq məcburiyyətindən qurtulmuşdum. Bu acı xəbərin içində mən həm dirigözlü məhv olurdum, həm də naməlum bir azadlığın astanasında yüngülləşdiyimi hiss edirdim.

Lakin evdə işlər getdikcə daha da qəlizləşirdi. Son iki gündə Almaz xalanın mənə qarşı təhər-tövrünün, o əvvəlki ana kimi səmimi münasibətinin gizli bir soyuqluğa, sınayıcı bir şübhəyə doğru dəyişdiyini iliklərimə qədər hiss etməyə başlamışdım. Süfrə başında oturanda gözlərini altdan-altdan gah mənə, gah Elşada zilləyir, sanki evin içində dolaşan o gizli sevda qoxusunu tutmağa çalışırdı. Onun o baxışlarını gördükcə daxilimdə müdhiş bir vicdan əzabı, ağır bir günahkarlıq hissi baş qaldırırdı. Axı Almaz xala bu şəhərdə mənə doğma kəndimi xatırladan, mənə qucaq açan tək qadın idi. İndi onun ərinə qarşı içimdə cücərən bu qarşısıalınmaz duyğulara görə özümü bir oğru kimi hiss edir, həyadan yerin dibinə girmək istəyirdim.

Gecə yarısı otağıma çəkilib, ürəyimin bu çırpıntısına dözə bilməyib yeganə sirdaşım Lamiyəyə mesaj yazdım.

“Lamiyə, taleyim məni hansı odun içinə atıb, bilsən... Mahmud məni tamamilə silib, bilet alıb rayona göndərmək istəyir. Kəndə qayıtsam, Kübranın fitnəkar dilindən atamın qapısı mənə məzar olacaq. Amma hər şeydən çox öz qəlbimdən qorxuram, Lamiyə... Mən bu evdə Elşada vurulmuşam! Onun baxışlarındakı o odu, o dəyəri mən heç kimdə görməmişəm. Almaz xalanın üzünə baxa bilmirəm, günahkarlıq duyğusu içində yanıram...”

Lamiyənin cavabı gecikmədi:

“Əsmərim, dik dur, sən heç bir günah işlətməmisən. Mahmud səni o pozğuna dəyişdi, sənə qadın kimi baxmadı. Elşad isə sənin o saf ruhunu, o cəvahirat qədrini bilən mərd bir kişidir. Madam ki, Mahmud sənə pul da verəcək, qoy yollasın! Ruhdan düşmə, taleyin bu çirkin oyununa təslim olma!”

Lamiyənin o sözlərindən sonra sanki içimdəki o qaranlıq tunelin sonunda parlaq bir işıq parladı. Gözümün yaşını sildim. Bəli, bu vaxta qədər taleyin yazdığı ssenaridə rolunu oynayan boynubükük, itaətkar bir kənd qızı idim, hər zərbəni sükutla qəbul edirdim. Amma artıq bəsdir! Mən bu taleyin amansız gərdişinə, guya ərimin insafına sığınıb bir küncdə kölgə kimi yaşamaqdan imtina edirəm! Artıq dərd çəkməyəcəyəm, o göz yaşları məni boğa bilməyəcək!

Mən mütləq, nə olursa-olsun, o yarımçıq qalmış əzəli arzumu gerçəkləşdirəcəyəm; ali təhsil alacağam! Bakıya gedəcəyəm, gecəmi gündüzümə qatıb oxuyacağam. Çünki indi dərindən anlayıram ki, bu dünyada bir qadının tək xilaskarı  öz təhsili və sənətidir. Bir qadının əlində diplomu, öz ayaqlarının üstündə sarsılmaz duracaq sənəti oldusa, nə bir kişinin laqeydliyi, nə bir analığın zəhərli dili, nə də cəmiyyətin o qınaqlı barmaqları ona toxuna bilməz! Təhsil qadınları zülmət quyularından, bu mütilik zəncirlərindən çəkib çıxaran tək müqəddəs ipdir. Mən o ipdən dördəlli yapışacağam, öz gələcəyimi  ağlımla,savadımla ucalda bilsəm, həyatın heç bir fırtınası məni bir daha yıxa bilməyəcək! Öz bəxtimi özüm yazacağam!

Mən bu vaxta qədər özümü yalnız aciz, taleyinə boyun əymiş, küncə qısılıb ağlayan bir kənd qızı zənn edirdim. Amma indi güzgüyə baxanda tamamilə başqa bir qadın görürdüm. Gözlərimdəki o məlul duman dağılmış, yerini ilk dəfə sevilməyin, bir kişinin qəlbində taxt qurmağın verdiyi o sarsılmaz, o bihuşedici özgüvənin parıltısı almışdı.

Qarşılıqlı sevgi necə də ecazkar bir məlhəm imiş… O, insanın təkcə yaralarını sağaltmır, həm də daxilindəki o yatmış, o unudulmuş qadınlıq gücünü bünövrəsindən yenidən inşa edir, oyadır və ucaldır. Mahmudun yanında özümü çirkin, gərəksiz bir əşya kimi hiss etdiyim halda, Elşadın o titrək toxunuşu, dodaqlarıma qonanda bütün dünyanı unutduran o alovlu öpüşü məni bu qürbət şəhərin ortasında bir qadınlıq ehtirası və cazibə taxtına çıxardı. Mən indi sadəcə ağıllı, oxumaq istəyən bir qız deyildim; mən varlığıyla, baxışıyla, bədəninin hər zərrəsiylə qarşısındakı o mərd kişini fəth edə biləcək, onun ruhunu yerindən oynadacaq qədər cazibədar və güclü bir qadın idim!

Damarlarımda qorxu deyil, öz gözəlliyimin, öz qadınlıq qüdrətimin saf iksiri dövr edirdi. Mahmud məni bu evdən bir biletlə rədd etmək istəyirdi, eləmi? Qoy eləsin! O, məni itirdiyini zənn edərkən əslində mənim içimdəki bu nəhəng fırtınanı, bu məğrur qadını öz əlləriylə oyatdığının fərqində belə deyil. Mən artıq o sönük xəyal deyiləm. Elşadın mənə bəxş etdiyi bu sarsılmaz sevgi qanadları ilə, əlimdə sənətim, ruhumda bu yeni oyanan fırtınalı cazibəmlə öz gələcəyimə doğru dik və məğrur addımlarla irəliləyəcəyəm. Bundan sonra dünyada zəif qurban kimi yox, öz taxtında oturan güclü qadınkimi yaşayacağam! Özümə söz verirəm!

 

MÜƏLLİF

İnsan çox vaxt elə bilir ki, qurduğu yalanlar bircə imza ilə, bir topa pulla  rəfə qaldırıla bilər. Mahmud öz iradəsizliyini azadlıq zənn edib İranın  qucağına sığınarkən, əslində qaçdığı o vicdan uçurumunun tam dibinə yuvarlandığının fərqində deyildi. İra isə başqasının göz yaşları üzərində ucaltdığı o saxta zəfər taxtında oturduğunu, Mahmudun iradəsini sındırdıqca bəlkə də onun içindəki sonuncu mərdlik qırıntısını da öldürdüyünü hələ uzun müddət anlamayacaqdı.

Almaz öz ocağını, o illərlə sığalladığı meşşan rahatlığını qorumaq üçün hiddətlə fərman kəsirdi; lakin o da hiss edirdi ki, evinin divarları arasına sızan o gizli sevda qoxusu pulla, vəzifəylə idarə oluna biləcək bir şey deyil.

Elşad isə ömrünün qırxıncı pilləsində, dostluq andı ilə mənəviyyatın bütləşdirdiyi o qadağan olunmuş eşqin arasında çarmıxa çəkilmişdi; o, Əsmərin saf dünyasında öz itirilmiş gəncliyini tapmışdı.

Amma bütün bu qarğaşanın, bu gizli və aşkar döyüşlərin tam ortasında, mənim nəzərlərim yalnız bir nöqtəyə – Əsmərə kilidlənib qalıb.

Və mən indi gözünün yaşını silib aynaya dik baxan o gənc qadının simasında dünyanın ən böyük, ən sarsılmaz üsyanını görürdüm.

Əsmərə bəribaşdan "boynubükük", "fəlakətə uğramış qərib gəlin" damğası vuranlar, onun taleyini kişilərin insafına, bir vərəq nikah kağızının ümidinə bağlayanlar yaman yanılırdılar. Həyat bəzən insanı küncə elə sıxır, dar keçiddə elə qısnayır ki, o mənəvi komadan ayıla bilmək üçün bəlkə də elə bu cür ağır, bu cür amansız bir zərbə lazım olur. Mahmudun o buz laqeydliyi, onun bir biletlə qapıdan atmaq rəzaləti Əsmərin on doqquz illik mütiliyini, o qorxaq adət-ənənə qəliblərini bünövrəsindən darmadağın etdi. Və mən heyranlıqla izləyirəm ki, qarşılıqlı sevilməyin, Elşadın o od saçan ehtiramının və ehtirasının istisində o saf ruh necə birdən-birə dikəldi, öz qadınlıq cazibəsinin, öz gizli gücünün sarsılmaz taxtına necə məğrurcasına oturdu.

Mən Əsmərə sonuna qədər haqq verirəm. O,  sadəcə bu dünyada bir can kimi dəyər görmək, sevilmək istəyən və nəhayət, öz qadınlıq qüdrətini kəşf edən bir insandır. Onun daxilində parlayan o yeni işıq,  o ali təhsil almaq qətiyyəti əslində bu cəmiyyətin bütün qaranlıq hücrələrinə endirilən cavabdır. Çünki taleyin bu çirkin oyunlarından, kişilərin insafından və analıqların zəhərli dır-dırından qadını xilas edəcək yeganə müqəddəs güc elə onun təhsili və sənətidir.

Əsmər artıq o solğun kölgə deyil. O, öz bəxtini  ağlıyla, savadıyla yazmağa hazırlaşan, gözəlliyini özgüvəni ilə birləşdirən sarsılmaz bir qadındır. Taleyin çarxı bundan sonra hansı tərəfə fırlanır fırlansın, qarşıdan gələn qasırğa  onları hansı uçuruma sovurur sovursun; mən bilirəm ki, daxilindəki o qadınlıq gücünü və təhsil işığını yandıran Əsməri bu həyatda bir daha heç bir laqeydlik, heç bir soyuqluq yıxa bilməyəcək…

On beşinci fəsil

MAHMUD

Telefonu əlimdə elə bərk sıxmışdım ki, barmaqlarımın buğumları ağarmışdı. İçimdəki o qorxaq təlaşı boğmağa çalışaraq atama zəng vurdum. Bu sonuncu səddi də dağıtmalı idim ki, İra ilə quracağım o gələcəyin yolları tamamilə təmizlənsin. Telefonun o başından kişinin sərt, hökmlü səsi eşidildi. Sözü dolandırmadan, buz kimi bir qətiyyətlə birbaşa mətləbə keçdim:

— Ata, — dedim, səsimin titrəməsinə mane olmağa çalışaraq. — Mən daha dayana bilmirəm. Əsmərlə bizim xasiyyətimiz tutmur, yola gedə bilmirik. Onu Elşadgilə, Almaz bacıya əmanət eləmişəm, pul-para da vermişəm, yaxın günlərdə biletini alıb rayona, atasının evinə yola salacaqlar. Boşanacam.

Telefonun o başında sükut çökdü. Sonra atam gözləmədiyim halda sakit və məyus səslə dedi:

— Nə danışırsan sən, ay bala?! Hələ nə qədər yol getdiniz ki, yola gedə bilmədiniz?!Nə yatdınız ki, nə yuxu görəsiniz? Cəmi bir neçə aydır o başıaşağı qızı buralardan aparmısan. İndi hansı üzlə "yola getmirik" deyirsən? El-obanın, qohum-qonşunun üzünə necə baxacağıq? Ağlını başına yığ, camaatın qızını bədbəxt eləmə! Boşanandan sonra kənd yerində onun günü-güzəranı nolacaq? Kim sahib çıxacaq ona?

— Bəsdir, ata! — deyə qəfildən səsimi qaldırdım, ilk dəfə idi ki, onun o sarsılmaz hökmünə bu qədər açıq üsyan edirdim. — Mən neçə illərdir öz həyatımı qurmuşam. Sırf sizin könlünüz xoş olsun, o toy, nəvə arzunuz yerinə yetsin deyə -  gəlib o komediyanı oynadım, sevmədiyim bir qadının barmağına üzük taxıb toy elədim. Amma ürək əmrə tabe olmur axı! Bircə dəfə gəlirəm bu dünyaya, onu da camaatın qızı dediyin birinə  görə qurban verə bilmərəm. Öz ömrümü özüm istədiyim kimi sərbəst yaşamaq mənim də haqqımdır! Ona da kim sahib çıxır çıxsın, mənə nə? Elə danışırsan ki, elə bil dünyada boşanan bircə mənəm!

Atamın hirsindən necə boğulduğunu ağır-ağır nəfəs almasından aydınca hiss edirdim. Bu yetmirmiş kimi birdən anamın səsi eşidildi telefonda:

-Mahmud, gözünə qurban, oğul, Əsmər dinc, mağmın qızdır, qoy otursun evində, sən də çöl-bayırda həyatını yaşayarsan da yenə. Boşanma, bala, ah alma üstünə, Allaha da ağır gedər, o qızın nə günahı var?

Telefonu bağlayıb stolun üstünə atdım, əllərimin azca əsdiyini hiss etdim. Amma qərarım qəti idi, bütün dünya da yığılıb üstümə gəlsə, fikrimi dəyişən deyildim.

Sabah İra ilə bir həftəlik Dubaya istirahətə gedəcəkdik, son günlərin gərginliyini atmaq üçün buna ehtiyacım var idi. Orada həm də İraya evlənmək təklifi eləmək fikrim vardı...

Ertəsi gün səhər açılan kimi parıldayan Şeremetyevo aeroportunda idik. İra yanımda elə sevinclə, elə uşaq coşqusu ilə addımlayırdı ki, onun bu pozitivliyi içimdəki o qaranlıq küncləri də işıqlandırırdı... O qədər iddialı, o qədər cazibədar görünürdü ki, aeroportdakı kişilərin həsəd dolu baxışlarını hiss etmək kişilik qürurumu oxşayırdı.

Təyyarənin o geniş, rahat biznes-klass salonuna daxil olanda, illüminatordan görünən  duman elə bil tamamilə əhəmiyyətsiz bir dekorasiyaya çevrildi. Yanaşı əyləşdik. İra oturan kimi o dolğun, yumru döşlərini qoluma sıxıb sarı saçlarını çiynimə dağıtdı. O tanış, acı şokoladla qarışmış bahalı ətri burnuma doldu.

Təyyarə yerdən şığıyıb havaya qalxandan sonra stüardessa incə təbəssümlə bizə yaxınlaşıb gümüş sinidə soyuq şampan qədəhlərini uzatdı. İra qədəhi qaldırıb mavi gözlərini düz gözlərimin içinə dikdi:

— Bizim gələcəyimizə, Mahmud, — dedi, səsindəki o dəlisov ahənglə  əlavə etdi, - Artıq heç kim aramıza girə biıməz...

Qədəhləri toqquşdurduq. Şampandan bir qurtum aldım, sanki içimin dərinliklərində Əsmərlə bağlı bir sızıltı baş qaldırmaq baş qaldırmaq istədi. Onun o məzlum, kədər dənizini xatırladan baxışları, Elşadın kafedəki  sözləri beynimdə əks-səda verdi.  Amma dərhal o fikri boğdum, özümə təskinlik verdim. Mən pis adam deyildim, Əsmərə xeyli pul da vermişdim, kəndinə qayıdıb gələn ildən universitetində oxuyacaqdı, öz arzularının ardınca gedəcəkdi. Əsmərlə bağlı fikirləri qətiyyətlə özümdən qovub uzaqlaşdırdım.

Təyyarəmiz get-gedə buludların üstü ilə - ağappaq ənginliyə doğru ucalırdı. Mən isə yerlə göyün arasında asılı qaldığımız o anda gözlərimi yumdum. İranın  isti,  pambıq kimi yumşaq, zərif əlini ovcumda sıxıb, qarşıda bizi gözləyən günəşli Dubay səması və heç bir adətin, heç bir qınağın pozmağa gücü çatmayacaq  xoşbəxt gələcəyimizlə bağlı şirin xəyallara daldım.

İRA

Dubay bizi günəşli səması  və gözoxşayan lüksü ilə qarşıladı. Şəhər meqapolis əzəmətini səhranın  ruhu ilə birləşdirib ayaqlarımızın altına sərirdi. Mahmud bu səfər üçün xəsislik eləməmişdi, mənə bu nağıllar aləmini bəxş etmək üçün lüksün ən son zirvəsini seçmişdi.

Biz Jumeirah sahilində, o nəhəng yelkən formalı Bürc əl-Ərəb otelində qalırdıq. Otağımızın pəncərələrindən əl uzadacaq qədər yaxın olan Fars körfəzinin firuzəyi suları gecələr ayın işığında parıldayır, tavanı bəzəyən qızıl işləməli sütunlar daxilimdəki kraliça enerjisini bir az da coşdururdu. Səhərlər eyvanda,  ilıq dəniz mehi sarı saçlarımı sığallayanda Mahmud gəlib arxadan mənə sarılır, bədənimi möhkəm əlləri ilə qamarlayıb boynumdan öpürdü. Bu anlarda mən dünyanın ən xoşbəxt qadını idim.

Günlərimiz bihuşedici bir həzz içində keçirdi. “Dubay Mall”ın nəhəng, şüşə tavanlı  mərtəbələri mənim sərəncamımda idi, birgə alış-verişə çıxırdıq, restoranları gəzib ləzzətli təamları dadırdıq.  Dünyanın ən bahalı brendlərinin,  parıltılı vitrinlərin arasında gəzə-gəzə ipək donlar, bahalı ətirlər seçirdim. Mənim hər şıltaqlığıma, hər nazıma gülərüzlə, pozitiv bir coşqu ilə cavab verən Mahmudu necə  dəlilər kimi sevməyəydim? Biz bu lüks həyatı dibinəcən, qaydasız və sərhədsiz yaşayırdıq.

Amma o möcüzəli gecə... O gecə mənim qadınlıq qürurumun, o intiqam və ehtiras dolu eşq meydanında ucaltdığım taxtın ən ali zirvəsi oldu. Mahmud məni axşam yeməyi üçün dünyanın ən hündür binasının, Bürc Xəlifənin 122-ci mərtəbəsində yerləşən “At.mosphere” restoranına apardı. Bütün şəhər – o göydələnlərin qızılı işıq dənizi, parıldayan fəvvarələr aşağıda, ayaqlarımızın altında qalmışdı. Əynimə bədənimin bütün dolğun xətlərini ortaya çıxaran yeni aldığım çəhrayı donumu  geyinmişdim.

Masa arxasında sifarişimizi verəndən sonra Mahmud qəfildən yerindən qalxıb mənə yaxınlaşdı və cibindən zərif, qırmızı rəngli məxmər bir qutu çıxardı. Önümdə diz çökdü!

Qutunu açdı, içində işıqlar altında göy qurşağı kimi bərq vuran brilyant qaşlı üzük gözlərimi qamaşdırdı.

— İra, mənim hər şeyim,  — səsi elə dərindən, elə sarsılmaz bir kişi qətiyyəti ilə gəldi ki, ruhum bədənimdən qopub o buludların içinə uçdu sanki. - mənimlə evlənərsən?

O an mən xoşbəxtlikdən, daxili coşqunun böyüklüyündən qanad açıb uçurdum! Gözlərimdən sevinc yaşları süzüldü. Fərəhlə “əlbəttə” deyə qışqırdım! Ətrafımızdakı masalarda oturan insanlar bizi alqışladılar, Mahmud  sevinclə məni qucaqladı. Biz o gecə buludlara bircə  qarış məsafədə öz eşq məbədimizi rəsmən ucaltdıq. Mahmud bundan sonra nişanlım idi və mən  dünyanın ən xoşbəxt qadını idim!

 

 

ELŞAD

 

Evə qayıdanda Almazın hikkə dolu baxışları ilə qarşılaşdım. Onu işarə ilə mətbəxə çağırıb qapını örtdüm. O, qalibanə ədayla stolun arxasında əyləşdi, elə bilirdi ki, mənə qoyduğu iki günlük vaxt işə yarayıb, məni küncə sıxıb. Onun bu yalançı rahatlığını pozmamaq üçün sözü dolandırmadan tamamilə quru səslə dilləndim:

— Almaz, Mahmudla danışdım. Məsələ qətidir. Əsmər üçün Bakıya bilet aldım, bu gün onu aeroportdan Azərbaycana yola salacağam. Mahmud İra ilə birgə Dubaya uçub, yoxsa heç mən də aparmazdım. Qızla normal görüş evdən çıxanda, onun heç bir günahı yoxdur. Onu yola salacağam və aramızdakı bu söhbət də birdəfəlik bağlanacaq. Daha bundan sonra səs-küyə, hansısa rüsvayçılığa ehtiyac yoxdur. Onu yola salandan sonra isə işlərlə bağlı,  Moskva kənarındakı anbara gedib baş çəkməliyəm, işçilər zəng eləmişdi, orda nəsə problem çıxıb, onu həll etməliyəm. Yəqin bir gün çəkər. Sabah axşama evdəyəm.

Almaz bu sözləri eşidəndə dərin bir nəfəs aldı, elə bildi ki, hər şey onun dediyi kimi oldu.Mahmudun arxasınca asıb-kəsməyi də unutmadı:

-Kül sənin kişi başına, gül kimi cavanca arvadını qapılara salıb bir yadın dalına düşüb dünyanı gəzir, əclaf. Durum gedim, Əsmərə deyim bilet aldığını, hazırlaşmağına da kömək edim.

Mən Əsmər üçün bileti həmin günə yox, ertəsi günə almışdım. Almaz Əsmərlə görüşüb-öpüşdü, ona ürək-dirək verdi. Onu o evdən, Almazın şübhəli, zəhərli baxışlarının altından çıxarıb maşına əyləşdirəndə, daxilimdə bir rahatlıq hiss etdim. Maşını parıltılı Moskva prospektləri ilə sürərkən Əsməri güzgüdən süzdüm. O da mənə baxırdı. Dedim ki, aeroporta getmirik, Əsmər, bu gecə bir yerdə gedib qalaq istirahət edək, sabah yola salacağam, biletin sabahadır. Özüm bu gün səni evdən çıxardım ki, bir az rahat nəfəs alasan. Əsmər razılıq mənasında utancaqlıqla başını tərpətdi. Maşını aeroporta yox, nəhəng meqapolisin mərkəzindəki  otelə doğru sürdüm.

Otelin qarşısında maşını saxlayıb, Əsmərin o çaşqın, suallarla dolu baxışları altında çamadanını götürdüm. Qəbul şöbəsində ikimiz üçün yuxarı mərtəbədə  geniş, tək bir nömrə tutdum. Liftlə otağa qalxıb qapını arxadan bağlayanda, elə bildim dünyanın bütün çirkinliyi, o dostluq andları, o meşşan zəncirlərin hamısı  qapının o tayında qaldı.

Əsmər otağın ortasında, qanadları qırılmış bir quşcuğaz kimi çarəsizcəsinə dayanmışdı. Yanaqları utancdan, həyacandan alışıb-yanırdı. Yaxınlaşdım, onun pambıq kimi yumşaq, zərif əllərini ovcumun içinə aldım. Bu dəfə barmaqlarım əsmirdi; sarsılmaz bir kişi qətiyyəti ilə düz gözlərinin içinə baxıb qəlbimi, ruhumu onun ayaqlarının altına sərdim:

— Əsmər... Mənim incə çiçəyim, — dedim, - qorxma, sən tək deyilsən.  Bundan sonra mən varam. Sənin o könül gündəliyində öz adımı tapandan bəri elə bil yenidən doğulmuşam. Bu dünyada səndən başqa hər şeyi gözümdən çıxarmışam. Mən nəfəs aldıqca, bu can bu bədəndə olduqca sənə polad bir qala olacam. Səni heç vaxt, heç kimə qurban verməyəcəm. Mən həmişə, ömrümün sonuna qədər səninlə olacağam. Sabah müvəqqəti olaraq səni rayona yola salacağam və sonra ən tez zamanda yanıma gətirəcəyəm, evlənəcəyik, birgə yaşayacağıq.

Əsmər mənə elə bir heyranlıqla, elə bir unudulmaz səmimiyyətlə baxdı ki, o duru ala gözlərindən axan iki damla yaş mənim bütün günahlarımı yuyub apardı sanki. O da mənə könlünü açdı, ilk dəfə bir qadın kimi sevilməyin, dəyər görməyin bəxş etdiyi o sarsılmaz güvənlə mənə sığındı. Saatlarla danışdıq, ruhlarımızın bir-birinə necə susadığını o otağın müqəddəs sükutunda bərabər daddıq.

Söhbətimiz bitəndə, yanaqlarına nəvazişlə sığal çəkib pıçıldadım:

— Get bir duş al, yorğunluğun çıxsın.

Əsmər durub hamama keçdi, qapı qapandı. Bir azdan içəridən suyun şırıltısı eşidildi və o səs elə bil daxilimdəki sonuncu tərəddüdləri də əridib yox elədi.

Nəhayət, hamamın qapısı ehtiyatla açıldı. Otağa elə bil saflıq, gözəllik ilahəsinin özü daxil oldu. Gözlədiyimin əksinə olaraq tamamilə çılpaq idi. Cazibədar vücudu, dik və dolu sinəsi, gözəl baldırları hamamın buxarından sonra ağ mərmər kimi parıldayırdı. Su damcıları onun qu quşu kimi incə boynundan süzülərək, çəhrayı giləli ağ döşlərinin üzərində kiçik, titrək büllur dənəcikləri kimi asılı qalmışdı. Hər nəfəs alanda o büllur damcılar sinəsinin ritminə uyğun olaraq yavaşca silkələnir, belinin incə qıvrımından aşağı, yançağının ürəkşəkilli xətlərinə doğru mirvari kimi diyirlənirdi. Saçlarının islaq dalğaları çiyinlərinə dağılmışdı, dərisinin pambıq yumşaqlığı üzərində qalan o su zərrələri bədəninin parıltısı ilə birləşib elə bir ecazkar mənzərə yaratmışdı ki, ağlım başımdan çıxdı. O, qarşımda utancaq, amma bir o qədər də məğrur bir qadınlıq ehtirası ilə durmuşdu.

Daxilimdə qaynayıb-daşan duyğular  xalis, pak və müqəddəs bir sevgi şəlaləsinə bənzəyirdi.  Mən bu yaşımda ilk dəfə yaşadığımı, bədənimin hər bir hüceyrəsinin sanki dirildiyini hiss edirdim.

Hamamın qapısından süzülən buxar dumanının içindən Əsmər çıxanda, zaman mənim üçün tamamilə öz axarını itirdi, dayandı. Mən bütün qəlbimlə valeh olmuşdum, gözlərimi ondan çəkə bilmirdim. Gözəlliyi qarşısında diz çökməyə, ruhumu onun ayaqlarının altına sərməyə hazır idim. O, elə bir utancaqlıq içində idi ki, yanaqları həyadan, o ilk dəfə bir kişinin heyran baxışları qarşısında qalmağın gətirdiyi bəxtəvərlikdən nar çiçəyi kimi qızarmışdı. Baxışlarını yerdən qaldırmağa cəsarət etmirdi, bədəni yüngülcə əsirdi. Amma bu utancaqlığın, bu çəkingənliyin altından nəhəng qadın enerjisi, fırtınalı cazibə parlayırdı. Mən ömrümdə çox qadın görmüşdüm, çox münasibət yaşamışdım, amma bu saflığın, oyanmaqda olan qadınlığın bənzərsiz gözəlliyi qarşısında tamamilə aciz qalmışdım.

Əsmər yavaş, ürkək, amma bir o qədər də məğrur addımlarla mənə tərəf yeridi. Hər addımında onun o islaq bədənindəki su zərrələri gecənin parıltısı ilə birləşib bir ulduz dənizi kimi sayrışırdı. Qarşımda dayandı. O duru, məna dolu ala gözlərini ilk dəfə cəsarətlə qaldırıb düz gözlərimin içinə dikdi. O baxışlarda artıq kədərli kənd gəlininin acizliyi yox idi; sevilməyin, dəyər görməyin bəxş etdiyi sarsılmaz güvənin və oyanan cazibənin əzəməti vardı. Xəfif bir pıçıltı ilə səsləndi:

— Elşad, mənimlə nə istəyirsən elə...

Bu sözlər beynimdə ecazkar bir simfoniya kimi əks-səda verəndə, içimdəki bütün bəndlər söküldü. Onu qollarımın arasına alanda,  incə, islaq vücudunu bağrıma basanda elə bildim kainat bizim bu eşqimiz üçün yenidən xəlq olundu. Onu yavaşca isti, bəyaz yatağa uzatdım. Dodaqlarım onun titrək, alışıb-yanan dodaqlarına qovuşanda, mən ilk dəfə bir qadına olan xalis, həqiqi eşqin şirinliyini daddım. O öpüşdə həm illərin həsrəti, həm də müqəddəs bir vüsalın alovu vardı. Mən onun alt dodağını zərifcə, incitməkdən qorxa-qorxa dodaqlarımın arasına alıb özümə çəkdikcə, o şirinliyin iliyimə işlədiyini, damarlarımda qanımın qaynadığını hiss edirdim. Əsmərin hər nəfəsində qadınlıq ehtirasıyla dolu titrək iniltisində mən dünyanın ən bəxtəvər kişisinə çevrilirdim. Bu, sadəcə bir öpüş deyildi, mənə sığınan bir qadının qollarım arasında yenidən doğuluşu idi. Mən o şirinliyin içində bütün dünyanı, Almazın təhdidlərini də, var-dövləti də, qorxuları da tamamilə unudub, o saniyədən sonra ölməyə belə çoxdan razı idim.

Əsmərin pambıq kimi yumşaq dərisini öpüşlərimə qərq etdim. Dodaqlarım onun boynunda,bəyaz sinəsində, çəhrayı giləli dolu döşlərində gəzdikcə bütün əzablarımız gecənin qaranlığında əriyib yox olurdu. Onun islaq bədəni bir ilan kimi qıvrılıb-açılır, mənim hər toxunuşuma, hər hərəkətimə dəlisov, ehtiraslı ritmləri, zərif iniltiləri ilə cavab verirdi. Bədənlərimizin bir-birinə qovuşan hərarəti ilə Əsmərin unudulmaz ətri bir-birinə qarışıb məni bihuş edirdi. Biz hər şeyi unudaraq yalnız ruhlarımızın danışdığı o əvəzedilməz cənnət zövqünə qərq olmuşduq…

...Səhərə yaxın Əsmər başını sinəmə qoyub dərin yuxuya getmişdi. Onun o yuxulu simasındakı məsumluğa sevgiylə, şəfqətlə nəzər saldım.  Saçlarının dalğalarını barmaqlarımla yavaşca sığalladım, alnından öpdüm.

Daxilimdə sarsılmaz bir qətiyyət ucalmışdı. Bəli, bir neçə saatdan sonra onu yola salacaqdım. Amma bu ayrılıq müvəqqəti idi. Əsmərin Moskvada – yanımda universitetdə oxuması üçün bütün şəraiti yaradacaqdım və onun yanında olacaqdım, qətiyyən tək buraxmayacaqdım.

Çox tezliklə onu buralara, yanıma geri qaytaracaq, ömrümün qalan hissəsini, gələcəyimi, hər nəfəsimi onun bu oyanan qadınlıq cazibəsinin və saflığının limanında yenidən quracaqdım. Əsmər mənim idi, mənim taleyim idi…

ƏSMƏR

Elşadla son dəfə göz yaşları içində qucaqlaşdıq və mən təyyarəyə keçib oturdum. Bir azdan sonra nəhəng  şəhər aşağıda qalacaqdı.

Mən artıq bir neçə  ay əvvəl rayondan başıaşağı, taleyinə boyun əymiş, qurbanlıq quzu kimi buralara gətirilən Əsmər deyildim. Mahmudun sevgisizliyi və laqeydliyi  ilə sönmüş ruhum yenidən alovlanmışdı. Dünən gecə Elşad mənə qadınlığın ən gözəl tərəflərini yaşatdı. Dünənki qovuşmağımızdan sonra mən elə bil  yenidən doğulmuşdum. On doqquz illik ömrümdə ilk dəfə bədənimin, ruhumun, qadınlığımın  gerçək və gizli sehrini Elşadla dadmışdım.

O iri əlləri ilə saçlarımı geriyə darayıb üzümü ovuclarına alanda, məni qucaqlayanda Elşadın qətiyyətli, həm də toxunmağa qıymayan şəfqətində mən ömrümdə ilk dəfə bir qadın kimi qorunduğumu, onunla bütöv bir can olduğumu hiss etdim.

Dodaqları dodaqlarıma toxunanda elə bildim ruhum bədənimdən qopub onun köksünə köçdü. Bu, Mahmudun mənə yaşatdığı o məcburi, o soyuq gecənin əzabına bənzəmirdi. Mahmudla olan ilk və tək gecəmizdə mən sevişməyin  ağrılı, əzablı olduğunu düşünmüşdüm, amma Elşadla birgə olduqdan sonra anladım ki, dünyanın ən dəyərli  neməti sevdiyin kişi tərəfindən sevilməkdir. Elşad məni elə incə, elə dərindən və elə böyük bir yanğı ilə öpürdü ki, o öpüşün şirinliyi damarlarıma, ruhuma bir məlhəm kimi yayılmışdı. Mən sevildiyimi , arzulandığımı hiss etmişdim və bu məni o qədər güclü etmişdi ki… Müqəddəs bir varlıq kimi, tapınılası bir ilahə kimi bir kişinin qəlbinə hakim kəsilmişdim. İlk dəfə öz bədənimi, öz gözəlliyimi bir günah kimi yox, mənə bəxş olunmuş ən böyük möcüzə kimi sevməyə başlamışdım. Onun qollarında keçirdiyim o tək gecə mənim on doqquz illik qaranlığımı darmadağın etmişdi.

İndi isə təyyarə məni o cənnətdən qoparıb Azərbaycana - doğma kəndimə doğru aparırdı. İçimin dərinliklərində, o qaranlıq künclərdə amansız bir narahatlıq ulayırdı. Bilirdim, kənddə mənə dikiləcək qınaqlı, şübhəli baxışları, "ərdən qayıtmış gəlin" damğasını, analığımın zəhərli kəlmələrini həzm etmək heçasan olmayacaqdı. Atamın qapısından içəri girəndə evdəki o köhnə mütilik havası yenidən üstümə çökəcəkdi.

Amma bütün bu narahatlıqların, bu qorxuların qarşısında mənim sarsılmaz bir qalxanım, sönməyəcək bir ümid çırağım vardı - Elşad! Məni bir neçə saat əvvəl aeroportda sarsılmaz, gözlərində yaş gilələnən mərd kişi qətiyyəti ilə qucaqlayıb yola salan, "Bu ayrılıq müvəqqətidir, Əsmərim... Səni heç kimə yar etmərəm" deyən o kişi mənim tək sığınacağım idi.

Elşada da, özümə də söz vermişdim: mütləq onun yanına qayıdacaqdım…

Digər xəbərlər