20:33 Azərbaycanlı yazıçı Qəni Camalzadənin daha bir beynəlxalq platformada müsahibəsi təqdim olundu
ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
ƏN GÖZƏL DƏRD... MƏNİM BƏNÖVŞƏGÖZLÜ DƏRDİM... - Məlahət İSMAYILQIZI
ƏDƏBİYYAT
21.05.2026, 11:49 Oxunub: 995ƏN GÖZƏL DƏRD... MƏNİM BƏNÖVŞƏGÖZLÜ DƏRDİM
Bütün həsrətlər bitər, bitməz Vətən həsrəti- M. Araz
Göyçə bir Gülşən bağıdı, tərifinə dilim gələ... Ağ Aşıq
Mən dərdi çəkə bilmirəm,
Apar çəkənə ver...
Allah dərdin də gözəli olurmuş,
Laçını- Tərlanı olurmuş...
Göyçə dərdi nə gözəl dərd...
Bu dərd hünər istər,
Bu dərd qeyrət istər,
Bu dərd dərdlərin ən gözəli...
Dərdin də göy gözü varmış,
Göyçəsi varmış...
Gözəli varmış.
Dərdin də Ana ətri,
Ata həsrəti varmış,
Bacı, Vətən nisgili varmış,
Sizlərdən gələn dərd də gözəl,
Həsrət də gözəl,
Gözəl olanın Gözəli Gözəl!
Dərdi gözəl, ələmi gözəl,
Səndən gələn dərdlər də gözəl
Göyçə adlı Gözəlliyin
Vətən adlı dərdi gözəl!
M. İ. 03. 04. 23.
***
NAĞILLAR DİYARINDA...
Mən O Yurdlarda Doğuldum...
Nağıllar adlı diyarda,
Nağılların özü oldum, nağıl oldum...
Sizlər... o əfsanə, nağıllara qulaq asanlar,
Qulaq asıb da Atəşlənənlər,
Göz yaşları gözlərinə dolanlar...
Nağıllar vəsf olunan Vətən Gözəl idi...
Nağıllarla doğulan əfsanələr də gözəl,
Nağıllara qulaq asaraq atəşlənənlər də gözəl.
Sən Vətənin özü idin, Ruhu – qəlbi idin,
O yerlərdən uzaqlarda doğulan,
Kökün- qanın səni daim o yerlərə çəkməkdə.
Uzaqlar səni çəkməkdə, səni səsləməkdə.
O uzaqlarda Uzaqlar var,
O uzaqlarda Vətən var!
O uzaqlarda Vətən var,
O uzaqlarda “Qızıl Alma” adlı
Uzaqlar var!
Nağıllar aləmində nağıllar kimi böyümək varmış!
... biri vardı, biri yoxdu – varmış.
Göydən düşən almalar ...
Nə nağıl danışana, nə qulaq asana, nə də...
Söyləyənə çatarmış!
O uzaqlarda... nağıl adlı diyar dev- cinlərə qalmış!
Nağıllar diyarında nağılın özü idik,
Göydən düşən almaları özümüz yedik.
İndi nə almalar düşür, nə də diyarımız yox!
Nə də dünyamız qalmış!
Məlahət İsmayılqızı. 14. 05. 26 Bakı
GÖYLƏRİN ADAMI...
Qorxaqlar- çirkinlər uğruna həyatını fəda etmə İnsan!
Gəl gileylənmə könül, məna bu həyatın yoxuşundadır- X. Rza
Haradayam, bəs Mən özüm?...
Göylərdən gəlmişin yerlə nə işin ?
Göylərin adamı, Göy adamı...
Qayıt Göylərinə...
Göylərdən gələn qayıt Göyünə,
Qayıt Böyüklüyünə !
Yerlərlə nə işin sənin?
Çirkab buralar... simasız buralar...
Müxənnət buralar... alqı- satqı buralar!
Qutsal heç nə yox,
Pul- para, mövqe öndə!
Mövqe deyə əyilən başlar öndə ...
Qayıt Göy Adamı, qayıt Göylüyünə
Qayıt Böyüklüyünə! - M. İ. 09. 07. 25
GÖYÇƏ HƏSRƏTİ...
Dağlarının qarına həsrət...
Gül- çiçəyinin ətrinə həsrət,
Bu bənövşə o ətri vermir,
Qoxladığım nərgizlər,
QocaDağdan xəbər vermir,
Axan çaylar Göyçə deyil,
Udduğum hava, qoxladığım ətir ...
Nə o, nə o, nə o...
Heç biri Göyçə deyil.
Vətən o Vətən deyil!
Uzaqdan Nənəm görünür,
Babam görünür...
Oğul məzarı qoruyan Ata- Ana...
Ağlayan xatirə Kərəmin bulağı,
Gözüyaşlı Gökcə dəniz...
***
Uşaqlığım oturub yollar üstünə,
Bakıdan gələn yolu gözlər...
Güneyin məktəbi, soyuq mustuğu,
Peçləri yandıran Nazxanım xala,
Daşkömür peçinin istisi,
Səhərin sərin, soyuq tüstüsü...
Bir gün o avtobusla arzuların
Dalınca gedəcək özünü gözlər,
Geri- Vətənə qayıt deyə!
Geri dönəcəkmi o Özü...
Bilmirəm, heç bilmədim...,
Dönəcəkmi...
Ömür qısa... Vətən yağıya əsir,
Dönüş bir Tanrı istəyi...
Taleyimizə 38 ildir Vətən həsrətli nisgilli yağışlar yağır... M. İ.
***
EY GÖKCƏ DƏNİZİN SU PƏRİSİ
... BİR SU PƏRİSİ TİMSALI ...
Bir Su pərisi timsalı...
Gözləri dəniz yosunu,
Saçları dəniz dalğası...
Ey... Su Pərisi, gözlərin dərin qüssə,
Bənizin nədən belə bəyaz...nur baxışlı gözlərin.
Hünərli yerişin, güvənli duruşun,
Bir başqaydı sənin baxışın, sənin dünyan!
Ey Su Pərisi!
Zərif əllərin, gur saçların,
İlahə baxışı, İlahi baxışı...
Dəniz dalğalı saçlar... sənə küləklərmi sığal çəkər?..
Küləklər, Bakı küləkləri,
Gökcə dəniz rəngli baxışların...
Ey Su Pərisi !
Nə gözəlliklər var həyat adlı nemətdə,
Nə səltənətlər var tufanlı dənizlərdə!
Bəs hanı sənin Bəxt adlı gülüşün,
sevgin- sevincin...
Nədən bəxtin belə sönükdü...
Niyə üzlər səndən belə dönükdü?
Ey Su Pərisi...
Sandın Su Pərisi olmaq asanmı...
Gözəl olub yaşamaq asanmı...
Unutdun xəbisləri- müxənnətləri,
Ey Gözəllik İlahəsi Su Pərisi!
AlaGözlərin nədən qəmli...
Axtardığın nə, aradığın nə, gözlədiyin nə?
Gözləmə, gəlməyəcək səni sevənlər!
Ömrünə- taleyinə nöqtəmi qoyuldu?!.
Su Pərisi misalındansa,
Axar bir su, bir bulaq olardın.
Həsrət ürəkləri dağ suyu ilə ovundurardın!
Ey Su Pərisi...
Dənizdən sahilə nədən çıxdın...
Bəxtini oğurladılar, yığvalını oğurladılar,
Səni bir boşluğa yuvarladılar...
Unutdun nədən, satqın- xəyanətkarları
Ey Gökcə dənizin Su Pərisi...
Sən o dənizdən ayrı yaşamadın,
Elin- oban uçub getmiş...səni qüssələr məhv etmiş!
Döndün nisgilli bir nağıla, bir aha ...
Ey Gözəllik İlahəsi Su Pərisi!
Səndən yosun qoxulu bir nağıl qaldı...
Ağ Atlı Şahzadə sulara daldı!
MƏLAHƏT İSMAYILQIZI
AYB- nin, AJB- nin üzvü, tədqiqatçı, publisist yazar
105- nömrəli marşrut, 25. 08. 25. Bakı
P. S. Bəzi Atəşlər yanğılara bənzər, elə o yanğılarla da Atəşlənirsən Su Pərisi!
Mən Mamam xaric bütün sevgilərimdə yanıldım! Əlbəttə, mən istədikləri kimi bir deyiləm. Elə özüməm. Fərqli birisi.
Digər xəbərlər