usd-1.7000 eur-1.9453 rub-2.1208
Bakı 7°C 9.29 m/s
Son xəbərlər
16-03-2026
14-03-2026
13-03-2026
12-03-2026
10-03-2026
08-03-2026
04-03-2026
02-03-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

BU MİLLƏTİN İŞIĞI HEÇ ZAMAN SÖNMƏYƏCƏK !   - Məlahət İsmayılqızı yazır   

details

TARİX

16.03.2026, 23:17 Oxunub: 61

 BU MİLLƏTİN İŞIĞI HEÇ ZAMAN SÖNMƏYƏCƏK !     

 

      KÜLLƏRİNDƏN YENİDƏN DOĞULAN SİMURQ

 

 

   Dövlət iki şeydən sarsıla bilər, günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə-

      Heydər Əliyev  -  Ümummilli Lider

    Uğur verilmir, zəhmətlə qazanılır  - Demosfen

Ən böyük səhvimiz qüsurlarımızı taleyimiz kimi, qədər kimi görməyimizdir. Yəni ayağa qalxmaq üçün təslim olmamaq,  mübariz olmaq gərəkir. Bəzən tüstümüz təpəmizdən çıxar kimi yanırıq, yerdə külümüz belə təkrar yanır. Lakin bu məğlubiyyətin külündən doğan insan mükəmməl olur, ayağa qalxır. İntiqam üçün olsa da, yaşamaq üçün ! Belə bir deyim də var, “Həyat yaşamağı bacaranındır”.  Yəni, hər şey məğlubiyyətlərin külündən doğulur, yenidən küllərindən doğulan insan bəlkə də intiqam üçün ayağa qalxsa da, bunun adına yenidən doğulma deyilir, Simurq Quşu kimi... bu həmən o Quş ki, daim odlar- alovlar içərisində yanır, lakin heç zaman sönmür, küllərindən yenidən doğulur. Bu insan taleyi də ola bilər, bir xalqın- bir millətin taleyi də. Yenidən doğulduq ki, erməni adlı mənfur və alçaq düşməni məhv edə bilək deyə. Etdik də !

Simurq Quşunu ansam da yadıma müqəddəs Kəbəni yanğından xilas edən balaca Əbabil quşları düşür. Öz balaca dimdiklərində yüz minlərlə Əbabil quşu damcı- damcı su gətirərək nəhayətində Kəbəni məhv olmaqdan xilas edirlər. Bunun adına Tanrı- İlahi, Yaradan hikməti deyilir. Bu bir möcüzə, özü də İlahinin göndərdiyi möcüzə. Onu da qeyd edim ki, 2020- ci il 44 günlük Zəfər Qələbəsi olan il, Bakını Əbabil Quşları götürmüşdü. Hətta mənim özüm o ərəfədə xilas edilmiş o quşlardan birini əlimə belə almış, bunun bir uğur gətirəcəyini düşünmüşdüm. Nə xoş.

Nəyi gözləyirsən İnsan... daha xoşbəxt günlərimi? Əslində İnsan xoşbəxtsən, ağlama, sızlama. Doğurdan da şükür etməyinə dəyər. Dünya alovlar içərisində yanır.  Nə  qədərin mənhus, nə də taleyin. Bir müsəlman dünyası olaraq elmlə, biliklə əhatə olundunsa, ali təhsil müəssisələrinə daxil oldun, iqbalın- taleyin əlində oldusa, yenə də şükür et. Çünki, bu günkü müsəlman dövlətlərinə baxırsan, Əfqanısta, İraq, Suriya, Türkiyənin özü belə, Fələstin və s aclıq, səfalət, viran olmuş həyatlar, sahibsizlik, cəzasızlıq,  xüsusən qadınların, qızların məktəb üzü görmədən kiçik yaşlarından əzilməsi, yəni hər bir yerdə milli kimlik geridə dayanıb, “ümmət” adlı millət yaradılır. Sən ərəbin dinini götürmüsən, özü də zorla, lakin milliyətin qalıb kənarda. Hələ irandan danışmaq belə çətindir. VI- əsrin yaşayış tərzini insanların başına torba kimi keçerib dindən- şəriətdən söz edirsən. Ama öz qızlarınız, övladlarınız Avropada, Amerikada təhsil alır. Buna nə ad verirsiniz? Nəhayətində güc dövlətləri birləşib sənin sistemini yerlə yeksan etdi.  Xalqa yazıqdır. Belə vəhşilik görülməyib. Ancaq hamısı faciələr cahilliyinizdən yazıq müsəlmanların başına gətirən molla rejim siz özünüz oldunuz. 

Şükür bu gününə dedikcə, daha da acizləşmirsənmi, əlini- qolunu sallayaraq aciz- aciz göylərə baxırsan. Axı o böyük Həqiqət adlı Yaradan da “səndən hərəkət, məndən bərəkət” dedi.

“Nahaq haqq əritsə, “Mənəm əriyən”- Ulu M. Araza məxsus bu ibrətamiz beyt elə böyük həqiqətlərdən bəhs edir ki... XV- əsr Göyçə Elinin Dədə Miskin Abdal adlı Pirin saz-söz adlı sərvətinin bircə misrasını xatırlamaq kifayət edir:

                                            Haqq özü yatmayıb, oyaqdır!

Haqqın- həqiqətin səsi- sözü olan bu müdriklərin hər sətrindən hikmət yağır, insana yol salır, özü də insanlığa aparan yol:

                                           Haqqdan qələm gəlsə belə,

                                           Öz bəxtini özün yazsan,

                                           Yüz dalğalan, min çalxalan,

                                           Sınma, sınsan yapışmazsan,

                                           İndi vaxtın o vaxtıdır!

Zərif ətdən- sümükdən yaranan insan sonda sındırılaraq daşa dönür, M. Araz özü də bunu etiraf edir...

                                          Mən daşam, dəmirəm, torpağam daha...

Vəssalam. Cırmaq- cırmaq, əlləri zəhmətlə uğraşan, daha gözəl yaşamağı həqq edən insan sonunda “dünənki sədayam, səsəm” deyərək boğulur. Nəyin peşində, həqiqətin, ədalətin, doğrunun, axtarma oğrular bu dəyərləri büküb ciblərinə qoydular. Bulamazsan.

Lakin bir amili də unutmayaq, uğur verilmir, zəhmətlə, alın tərilə qazanılır. Qədim Yunan filosofu, natiq- oratoru Demosfenin baxışlarına görə, “Hər şey məğlubiyyətlərin külündən doğulur”. Bunun adına intiqam deyilsə də, əslində bu yenidən doğulmadır.

Məğlub olan İnsan intiqam üçün, yenidən yaşamaq üçün sönmüş küllərindən yenidən doğulur! Yaşasın həyat- bunun adına isə cəsarət və həyat eşqi deyilir.

Qusurlarını- qüsurunu taleyin kimi kimi qəbul etmə. İnsan xislətən səhvlərlə, yıxıla- dura insan olur. Yaşananlardan nəticə çıxararaq.

                                                       ***

İstedad var, onu inkar etmək olmaz, lakin istedad ola bilər, ancaq peşəkarlıq – təcrübə olmaya bilər. İstedadlı ola bilərsən, lakin peşəkarlığın yoxsa bu praktikaya və nəzəriyyəyə bənzəyir. “Nəzəriyyədən praktikaya- həqiqəti dərk etməyin yeganə meyarı budur”-V. İ. Lenin. Qeyri- iradi düşünmədən  sevməsəniz də, Lenin inqilablar  yaradan dahi və güclü şəxsiyyət- filosof olub. O filosof ki, Onun qurduğu dovlət Sovetlər İttifaqı adı ilə 73 il mövcud oldu. Və “Qızıl Əsr” anılaraq yaşadı insanlar bu böyük dahinin qurduğu dövlətdə.

Mühit insana istedadına, təşəbbüskarlığına, ən yüksək məqamda hətta dühana belə kölgə salmaq iqtidarına malikdir. Xoşbəxt o kimsə ki, nə vaxtsa bu qara kölgələri dağıdıb, öz yoluna işıq salıb, nəhayətində özünü təsdiqləyə bilir. Yəni, Mən buyam, yaxud, bu mənəm!. Sənin qəbul edib- etməməyinin mənası yoxdur, cəmiyyətin içərisinə daraşan cahil fanatların yalançı simalarını, fanatizmin nə qədər eybəcər bir çirkinlik halına gələrək insanları kor mühitin, əcayib dindarlığın qurbanına çevrilməməsini özünün millət deyil, “ümmət” adlandıranların cəhalətindən qorumalı. Bu yöndədir məram. Yəni İnsana və İnsanlığa xidmət. Xüsusən zamanın çirkinliklərə doğru getdiyi, maddiyyətlərə əsir olub acgöz təbəqəyə çevrildiyi məqamları, hansı yolla olursa- olsun, oğurluq, ya doğurluq deyərək ancaq maddiyyət  eşqiylə yaşayanları, mənəviyyatdan uzaq düşərək təkcə haqsızlıq deyil, böyük ədalətsizliklərə, günahlara yol açan bu millətin- yaxud insanların sabahı nə olmalıdır...

Keçmişimizdən bu günümüzə uzanan o qədər şərəfli bir yola, şərəfli keçmişə, dəyərlərin ən gözəlinə malik olan bu xalqı öz dəyərləri içərisində məhv etməyə, pis yollara çəkməyə kimsənin ixtiyarı belə yoxdur.

Və... içimizdəki “mən” artıq çoxdandır ki, özünü təzahür etdirir. Və həmən o “mən” öz kökündən, soyundan, genindən, doğulduğu torpaqdan, yaşadığı mühitdən – ziyalı əhatəsindən nə varsa özünə götürərək hətta o “mən” dünyaya gəlməmiş olanları – baş verənləri belə öz ağıl süzgəcindən keçirərək yaxşı və gözəl anlamda insanlığa təlqin etməkdədir amal.

Əslində söhbət, istedad-  zəka deyərək  peşəkarlıqdan gedirsə, burada gen daşıyıcılığı da mühüm amildir. Genetik daşıyıcı olmaq isə doğrudan doğruya həm şərəf, həm də İlahi ərmağanı deyək. 

Haşiyə: Böyük zəka sahibi olan Nəsimi dil assimliyonuna qarşı daim mücadilə etmiş, həqiqəti xalqın diliylə söylədi və bu duruşunu canıyla möhürlədi. İllər sonra Şah Xətai Nəsiminin intiqamını Şamda öz mövqeyincə  alacaqdır. Onun diliylə söylənən söyləntilər bunu yansıtır:

                                               Şah Xetayi der sirrini,

                                               Meydana qoymuş serini,

                                               Nəsimi kimi derisini,

                                               Yüzən gəlsin iştə meydan!

Arabı- farsı bilməm- bu cəhalət deyil, bu Üsyandır! Dini zehniyyətə ərəbca danışan dini cahilliyyətə bir üsyandır! VI əsrə yaxın zaman keçsə də, bu günün özündə belə dini fanatizmi, cahilliyyət özünü ərəbsayağı “ümmət” adlandıranlar –“xilafət” deyə türk dünyasında baş- ayaq düşüncə və ideyalarla gəzənlər var. Hələ də orta əsr düşüncələri ilə yaşayanlar çox təəssüf ki, maarifin, elmin, ziyalılığın doğurduğu aydınlatmanı görməyənlər, kor olanlar var. Bunlar isə fərdlər deyil. Məs. Əfqanıstanda dövləti ələ keçirən talibançılar dəhşətli “şəriət” qanunları icad etməyə başlamışlar.

Dünya amansız bir mücadilə- müharibə içərisində alovlanmaqdadır. Əziyyəti çəkən, məhv edilən isə yenə də dinc insanlar ki, onsuz da səfalət və aclıq içərisindədirlər. Qüdsdənmi danışaq- körpələrin başına yağdırılan bombalardanmı,  yoxsa Əfqanstandakı yamyamların qurduğu cahillyyətdənmi, yoxsa, irandakı məhv edilən 100-lərlə qız məktəbinin ibtidai sinif şagirdlərindənmi?

Axı sizlər mədəniyyət- demokratiya carçılarısınız amerika, israil- qədim Yunanların gözəl bir aforizmi var, “heç kəsi qınama və dünya işinin daim çevrilən və dəyişən olduğunu nəzərə al”.

Haşiyə : Birinci Dünya Müharibəsi (1914) və küllər içərisindən yanmış- kül olmuş Türkiyə və o andaca həmin küllər içərisindən də bir Simurq Quşu kimi ayağa qalxan Mustafa Kamal Paşa- sonralar AtaTürk olacaqdı. Qərb dövlətləri- Avropa, Rusiya daim- ömrü boyu Osmanlı imperiyasını məhv etmək haqqında düşünmüşdür. Düşmənlərin arzusu gözündə qaldı, məhv edilən Osmanlının yerində yeni  Türkiyə Cümhuriyyəti quruldu. Osmanlının süqutu ordan irəli gəldi ki, o zəbt etdiyi yerlərdə mədəniyyətləri öz mədəniyyəti ilə qovuşdura bilmədi. Əslində qalibiyyət hərb sahəsində edilirdi.

Azərbaycan- Bakı öz ərazisini erməni işğalçılarından azad etmişdir və bu belə də olmalı idi, çünki Azərbaycan həqiqət və ədalət naminə mübarizə və müharibə aparırdı. Və Qalib gəldi, bu isə elə bir qalibiyyət ki, həm millət üçün, həm də dünya üçün Azərbaycan Əsgərinə heykələ bərabər bir şərəf yaşatdı dövlətə və xalqa. Burda isə həm yenilməz , əfsanəvi sərkərdə, Şah İsmayıl ruhlu bir lider xalqa başçı idi. Və qorxmaz, şücaətli, hər bir təlimdən müvəffəqiyyətlə çıxan səriştəli, döyüşkən Azərbaycan Ordusu və xalqımızın birliyi. “Palaza bürün, elnən sürün” olmadıq bizlər...bu hər insana müyəssər deyil, hər insan səcdə edə bilər, baş əyə bilər, lakin boyun əyərmi- bax bu bizim xalq üçün mümkün də deyil.

Xilqətən mükəmməl yaranmış İnsan yaradılışın ən ari- ali irqidir. İnsanın zəka nəzərindən bir filosof səviyyəsinə yüksəlməsi həm istedaddan doğa bilər, həm də zəhmətdən, çalışqan- bacarıqlı və bütün elmlərə vaqif olmaq. Həm istedad, həm peşəkar, lakin bir şans da olmalıdır axı insanın qismət yollarında. Lakin, zaman elə gəldi ki, nəfs deyilən bir bədliik özgələrin uğurlarını- şanslarını oğurlayıb öz pis enerjisi ilə udmaqdadır.(Bəlkə də etiraz edəcəklər, lakin bunlar artıq faktlardır, nədən ki, çirkinlərin və çirkinliyin, aşağılığın zirvəyə qalxdığı zaman bu zamanlardır), bəlkə də qınayarlar məni, lakin, istər elmi dillə, istər dini baxışla, hətta müqəddəs “Quran”da belə deyidiyi kimi  qiyamət deyilmi yaşadığımız bu həyat.

Uğur və şansların bol olsun İnsan Oğlu! “Titanik” də (1912), sərnişinlərin böyük əksəriyyəti dünyanın- Qərbin ən varlı adamları idilər. Məlum, şansı gətirənlər sağ qaldı. Deməli, pul- para üçün canlarını oda yaxanlar deyil, bəxti gətirənlər- şansı ona yar olanlar qurtuldular. Deməli bu para heç də mühüm amil deyil, uğurun, şansın bol olsun. Bir neçə il əvvəl “Titanik”i görmək üçün suyun altına enən digər gəmi də eyni aqibəti yaşadı. Beş nəfər milyonçu və milyarder belə məhv oldu. Acı bir aqibət yaşamış “Titanik”ə bu uğursuz maraq hardan idi, harınlıqmı, yoxsa Afrikadan, Liviyadan, İraqdan, Suriyadan daşınaraq aparılan Qədim Mesapatomiyanın incilərini, almaslarını, brilyantlarını belə yiyirlər?!.Qəzzada məhv edilən insanlıq, o balaca körpələrin günahı nə ?!.  Egedə, Qara dənizdə qaçaq- köçmən suriyalılar, əfqanlar, ərəblər, zəncilər- ey Avropa- Amerika, bu ac- yalavacların dünyasını sən dağıtmısan - əmin ol, siz xoşbəxt olmayacaqsınız. Tanrı Adildir, Onun qisasından kimsə qurtulmayıb. Cəhənnəmi bu dünyada yaşayın!

Çünki, siz müsəlman dünyasının dünyasını dağıtmısınız.

Uzun zamandır, 38 ildir bu xalq Qərbi Azərbaycana qayıdacağı günü gözləyir. O yerlərin həsrətilə necə Atalar- Analar torpağa baş qoydular. Yenə də biri cəhbədə, biri “arxada” biri erməni adlı həşaratla namus- qeyrət uğruna vuruşmaq üçün can verdi, digəri isə qardaşından- yaxınlarından oğurlamaq, ciblərini doldurmaq üçün yaşayır. Ədalətin tərəzisi daim  əyilir. Və bunun adına sadəcə, mədəni formada “həyat” deyilir.

Həyat su kimi axıb getməyində və belə bir zamanda istedad, yaxud peşəkar- zəhmət sözünü işlətmək nə dərəcədə yerinə düşər bilmirəm. İstedad da gözəldir, peşəkarlıq da, lakin zəhmət elə bir nemət ki, heç bir pul, para, varidatla ölçülə bilməz. Zəhmət gecəni gündüzünə qatıb elm üçün sonsuz mütaliə, çalışqanlıq, daim öyrənmək istəyi, həyatın nemətlərini əldə etmək üçün torpaq adlı sonsuz bəhərdən sevərək istifadə etmək, torpaq ətrini duymaq və onu sevmək, nəhayətində onun bəhrəsini yemək üçün öz əllərinlə dərmək, ona tamaşa etmək, Yaradanın verdiyi bütün nemətlərə elm qarışıq  baş əyməyi bacarmaq adlı İlahi sevgi.

Lakin bəzən mühit insanın ən gözəl tərəflərinə kölgə salaraq sanki yatızdırır, bəzən laqeydlik, ruh düşkünlüyü... yenə də elə bir an gələ bilər ki, üzərindəki ətalət tozunu çırpar və ayağa qalxar. Sanki, gözünü daşlar örtmüş bulağın gözü açılar kimi gur və ağ sular çağlar səni. Uğurun yeganə meyarı kamil insan üçün zəhmət və elmə olan sonsuz sevgidir.

Yunan fəlsəfi fikir adamı Ovidinin təbirincə “Xırda adamların böyük kölgələri əmələ gələndə Günəş batır”.

Zaman “xırda adamların özlərindən qat- qat böyük əcayib kölgələrinin əmələ gəldiyi” zamandır. Və belə kölgələr məhz bulanıq sularda üzürlər. Özü də dibi görünməyən bulanlıq sular. O bulanıq sular ki, məhz təhlükə mənbəyidirlər. Təhsildə balları endirməklə savadsız kadrların yerləşməsi- əsas amillərdən biri, 100- 150 balnan daxil olan, bəzi hallarda primitiv təsəvvürü belə olmayan kadrlar elə bu yollarnan da gənc nəslin yetişdirilməsində nə rolları ola bilər sizcə,  müəllim nüfuzunun zədə altına salınması, bərbad təhsil sistemi, düşünmə iqtidarı əlindən alınmış müəllimlər ordusu, ağla qaranın yanaşı qoyulması, güngündən bahalaşan dükan- bazar, qadağalar- bunların hamısı isə para adlı dinin- imanın üzərində cəmləşib.

Və bu da bizim mənhus taleyimiz. Azərbaycan başdan- ayağa diplom xəstəliyinə tutulub desəm yalan olmaz. Lakin bu diplomlular sonda elə özlərinə bənzər kadrlar yetişdirirlər. Yeni nəsil, təhsilə qədəm qoyan yeni kadr ancaq maaş haqqında düşünür, yəni pulu saymağı yaxşı bacarırlar.Əslində isə elmdən, təhsildən, mənəviyyatdan uzaq, içlərini maddiyyət hərisliyi bürümüş savadsız kadrlar ölkəni alıb getməkdədir. Əsil müəllim- pedaqoq adına layiq olanlar isə setifikasıyanın dolanbac yollarından öz güclərilə keçənlərdir. Təhsil eksperti deyərək özlərini elm fədailəri adlandıran dələduzlar hələ də orda- burda fəaliyyətdədir. Müxtəlif yollarla savadsız kadrları yüksək balla təmin edənlər- bu barədə artıq dövlət bilir, çox yəqin ki, düşünülməlidir. Azərbaycan təhsilini pis günə qoyanlar, publik hüquqi şəxs deyərək təhsil sistemində at oynadanlar, dövlət adından danışaraq özlərinə güzəran quranlar- bu barədə düşünməyə dəyər. 

Qaranlıqlara işıq salan Azərbaycan maarifinin, təhsilinin əzəmətli, lakin keşməkeşli tarixi var, M. F. Axundov, H. B. Zərdabi, İsmayıl bəy Qaspıralı, Ə. Hüseynzadə, Ə. B. Ağaoğlu, M. Ə. Sabir, Mirzə Cəlil, Ö. F. Nemanzadə, Ü. Hacıbəyov,  və s kimi divlər- nəhəngləri olan maarifçi ziyalıların yandırdığı işıq əbədən sönən deyil. “ Əfəndilər! Əgər bu millət minlərlə bivec axundun içindən M. F. Axundov kimi əjdaha yetişdiribsə, minlərlə bivec seyidin içindən S. Ə. Şirvani yetişdiribsə, əgər bu millət minlərlə baqqalın içindən M. Ə. Sabir yetişdiribsə, bu millətin işığı heç bir zaman sönməyəcək” – Ö. F. Nemanzadə.

Sadaladıqca sadalanacaq, bu zəhmətkeş, fədakar şəxsiyyətlər yaratdılar bu günkü maarifimizi, dilimizi, təhsilimizi, bəzən bir paraları olmasa da, qeyrətləri vardı, Azərbaycan adlı yurda Vətən adlı atəşin yanğıları vardı ürəklərindən qor alırdı ziyalı adlı işıq. M. Ə. Rəsulzadə, N. Nərimanov, Heydər Əliyev kimi kişilər bu gözəl məmləkəti bir daha var etdilər. Bu günkü Müstəqil Dövlətinlə, Müasir Azərbaycanın Şah İsmayılı İlham Əliyev Cənabları ilə, Xalqımız və Müzəffər Ordumuzla bizə fəxr yaraşır. 

                                             Sevdalıyıq biz bu Vətənə,

                                             Öfkə doluyuq onu satana,

                                             Bu Məmləkət bizim   -   N. Hikmət

“Əli, beyni və ürəyi ilə işləyən İnsan Sənətkardır- İ. V. Göte”   - bu yaradıcıdır, rəssamdır, Söz adlı qüdrətdən beyni ilə düşünən, əlləri ilə yazan və könül- qəlbi ilə düşünərək Ruhunu yaradıcı dünyasına qataraq yaşadıqlarından nəticə çıxararaq ruhunun dilini nəql edən İnsan ! Bu rəsm əsəri də ola bilər,  bir şeir də, nəsr də. Ruhumuzdur bizləri danışdıran, yazımıza rənglər qatan, bəzən şeiriyyətə döndərən, bəzənsə özümüzdən belə gizlətdiyimiz duyğuları iç mənimizin dünyaya bəyan etdiyi özünü təsdiq. Dünya qələbəliyi içərisində özünü yalnız hiss etdiyin nə demək, bilirsənmi? Çünki, sən onlardan biri deyilsən, onlara – kütləyə  bənzəmirsən, sən özünsən, yalnızlıq burdan başlar. Ama, təəssüflənməyə dəyməz, kütlədən biri olmaqdansa, sən özün olmaq daha gözəl!

                                                                 ***

Güc qüvvələrinin birliyi, yəni Amerika və İsrailin İrana müharibəsi başladı. Bu çox böyük fəlakətlərin başlanğıcı ola bilər. Müharibə dövrünü yaşamış bizlər, bunun nə faciələr törətdiyini bilirik. Günü bu günün özündə belə xalqımızın başına gələn müsibətləri nə unutmuşuq, nə də ki, unutmaq- barışmaq belə mümkün deyil. Erməni adı bizim üçün əbədi, əzəli və qəvi düşmən olaraq qalacaqdır.

Əlbəttə ki, siyasət meydanında sülh sözü deyilsə də, insanların yaraları asanlıqla sağalan deyil. Çünki, erməni adlı alçaq daim düşməndir.

Və yenidən R. Behrudinin  mübarizə dolu şeirinin iki sətrini xatırlayıram...

                                        İntiqam almağa, qisas almağa,

                                    Ey Tanrım, sən mənə bir az ömür ver!

Və bu mütləqdir! Bu intiqam, bu qisas qiyamətədək davam edəcək, nədən ki, biz unutqan xalqıq, mərhəmətliyik. Ama erməni adlı həşarat biz xalqı özü buna məcbur edəcək.

Birinci Umumittifaq Türkoloji Qurultay 1926- cı il fevralın 26- dan martın 6- dək o vaxtlar Sovet İttifaqının tərkibində olan Bakı şəhərində keçirilmişdir. Adından da məlum olduğu kimi bu böyük ictimai hadisə türk xalqlarının həyatında, qismən də olsa onların birliyində, ortaq əlifba kimi latın qrafikasına keçid üçün ziyalılar tərəfindən istifadə edilərək bu əlifbaya keçid böyük dönüş idi.Burada çox məsələlərə, ədəbi proseslərə və s toxunulmuşdu. Diqqətəlayiq hal Qrultayın açılış günü  türkçü alim, türkoloq, Türk- Azərbaycan dilinin təkmilləşməsində böyük xidmətləri olan, “Tərcüman” qəzetinin yaradıcısı olan, “Dildə, əməldə, işdə birlik” loqosu ilə ilə qəzetini ərsəyə gətirən, bütün ömrünü Azərbaycan- türk xalqının maariflənməsinə, savadlanmasına xidmət edən İsmayıl Bəy Qaspıralının adı ehtiramla anılmışdır. Lakin çox keçmədən 37- ci il repressiyası türkçü- maarifçi ideolgiya daşıyıcılarını bir- bir dənlədi.

Onu da qeyd etməyi lazım bildim ki, I Türkoloji Qrultayda türkoloq alim Vasili Rodlovun və Azərbaycan türkcəsinin saflığı uğrunda mübarizə aparan, bu yolda öz sağlamlığından belə keçən, nəşr etdirdiyi “Tərcümün” qəzetinin “Əməldə, dildə, işdə birlik” loqosu ilə ana türkcəsinin təmizlənməsi uğrunda misilsiz xidmətləri olan türkoloq, naşir, dilçi və bir çox maarifləndirici işləri ilə özünə türk xalqları içərisində əbədi abidə qoyan İsmayıl Bəy Qaspıralının xatirəsinə həsr edilmişdir.

Və, 2026- cı il, 26 fevral, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının sərancamı ilə Bakı şəhərində II Ümumittifaq Türkoloji Qrultayı artıq öz işinə başlamışdır. Birinci Türkoloji Qrultay bütün türk dünyasının, türk xalqlarının ictimai, mədəni, elmi həyatında, xüsusən ədəbi əlaqələrin genişlənməsində böyük rol oynamışdır. Qrultayın 100 illiyik yubileyinin keçirilməsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənablarının 22 oktyabr, 2025- ci il tarixi sərəncamı ilə türk xalqlarının mədəni, ictimai, tarixi əlaqələri ilə bağlı dövlətimizin oynadığı yüksək səviyyəli rolu və oradakı missiyası öz möhtəşəmliyi ilə yaddaşlarda qalacaqdır. Bu yüksək tədbirin- II Türkoloji Qrultayın məqsədi keçən 100 ilin təhlili və TDT- nın- Turanın mənəvi körpüsünün yaradılmasıdır.

  Ey Uca Yaradan, Böyük Allah Azərbaycanımızı, bütün Türk dünyasını qoru!

 

MƏLAHƏT İSMAYILQIZI 

 

  05. 03. 2026. Bakı ş.

 

 

 

Digər xəbərlər