usd-1.7000 eur-1.9214 rub-2.0753
Bakı 17°C 3.02 m/s
Son xəbərlər
01-05-2025
30-04-2025
29-04-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Prezident Ersin Tatar Azərbaycan nümayəndə heyətini qəbul edib

details

CƏMİYYƏT

01.05.2025, 14:38 Oxunub: 169

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun İslam Arxeologiyası Bölməsinin rəhbəri  professor  Qafar Cəbiyev və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.   Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin dəvəti ilə baş tutan səfərdə nümayəndə heyətini cəmiyyətin sədri Orxan Həsənoğlu da müşayiət edib.

1001info.az xəbər verir ki, Prezident Ersin Tatar qəbul zamanı iki ölkə arasındakı münasibətdən məmnunluğunu ifadə edərək, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin inkişafını böyük qürurla izlədiyini bildirib. “Bir millət, üç dövlətik. Hamımız eyni türk soykökündən gəlirik,” – deyə o, qeyd edib. O, milli birlik və həmrəylik istiqamətində hərəkət etməyin vacibliyini vurğulayıb, Azərbaycanın qardaş dövlət olduğunu və Şərqi Aralıq dənizində yerləşən türk dövləti olan KKTC-yə göstərilən dəstəyin danılmaz bir reallıq olduğunu bildirib.

Prezident Tatar Azərbaycan Prezidenti İlham Əliyevin KKTC-nin beynəlxalq aləmdə tanıdılması istiqamətində göstərdiyi dəstəyi və səyləri yüksək qiymətləndirərək, bunun Kipr türk xalqı üçün dəyərli bir addım olduğunu bildirib. Azərbaycan və KKTC arasında mövcud olan tarixi və mənəvi bağların dərinliyinə toxunaraq eyni millətin övladları olaraq, bütün sahələrdə əməkdaşlığın genişlənməsindən məmnun olduqlarını vurğulayıb. “Eyni dilə, dinə, mədəniyyətə və qəlb birliyinə sahib olan, eyni soydan gələn bir millətik. Biz Azərbaycan xalqının əsl qardaşlarıyıq. Bu münasibətlə bütün Azərbaycan xalqına səmimi hörmət və salamlarımı çatdırıram,” – deyə o, çıxışını tamamlayıb.

Professor  Qafar Cabiyev isə səfərdən duyduğu məmnuniyyəti ifadə edərək, həyata keçirilən elmi tədqiqatlar və layihələr haqqında ətraflı məlumat verib.

Digər xəbərlər