usd-1.7000 eur-2.0021 rub-2.0531
Bakı 19°C 3.09 m/s
Son xəbərlər
15-09-2025
12-09-2025
10-09-2025
29-08-2025
15-08-2025
13-08-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Məşhur idman xadimi  Hicran Şərifovun doğum günüdür

details

İDMAN

01.08.2025, 15:09 Oxunub: 2079

Bu gün "Şöhrət" ordeni, "Tərəqqi" medalı və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunmuş, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, əməkdar məşqçi, beynəlxalq dərəcəli, Olimpiya kateqoriyalı hakim, London Yay Olimpiya Oyunlarının "Qızıl Fit" mükafatçısı Şərifov Hicran İbrahim oğlunun doğum günüdür.

Uğurlu karyerası ilə örnək olan Hicran Şərifov  müsahibələrinin birində deyir:

- “Zəhməti sevirəm, mən öz əziyyətimlə bu günə gəlib çıxmışam. Müəllimlik sevdiyim peşədir, öyrətməyi sevirəm,  polis olduğum üçün həmişə fəxr etmişəm, neçə-neçə sözünü demiş idmançılara ta uşaq yaşlarından hakim, müəllim, məşqçi olmuşam.Bütün işlərimlə Vətənə, dövlətə qulluq edirəm və bundan da qürur duyuram.”

Hicran Şərifov sosial şəbəkə hesabında Azərbaycan Respublikasının Gənclər və İdman Naziri cənab Fərid Qayıbovun 60 illik yubileyi  münasibətilə ona ünvanladığı təbrik məktubunu paylaşaraq, göstərilən  diqqəti  yalnız şəxsinə deyil, eyni zamanda Azərbaycan güləşinə, idmana və pedaqoji sahəyə verilən qiymət kimi  dəyərləndirib.

1001info.az olaraq dəyərli idman xadimi Hicran Şərifovu ən gözəl arzularla təbrik edir, davamlı uğurlar arzu edirik.

Digər xəbərlər