usd-1.7000 eur-1.9827 rub-2.1317
Bakı 27°C 6.23 m/s
Son xəbərlər
13-08-2025
04-08-2025
01-08-2025
31-07-2025
28-07-2025
23-07-2025
22-07-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“Xankəndi Hekayəsi” filmi təqdim olunub

details

CƏMİYYƏT

15.08.2025, 14:22 Oxunub: 811

1001info.az  reporta-a  istinadən  xəbər verir ki, tədbirdə bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) sədri, icimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.

Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli filmdə Azərbaycana və onun mədəni irsinə qarşı vandal münasibətin göstərildiyini qeyd edib.

“Eyni zamanda burada Azərbaycana qarşı beynəlxalq hüququn pozulması, həmçinin işğaldan azad olunduqdan sonra Qarbağa qayıdış motivi özünü göstərir”.

Milli QHT Forumu İdarə Heyətinin üzvü Zaur İbrahimli isə 15 oktyabr 2023-cü ildə Azərbaycanın suverenliyinin bərpa edilməsinə toxunub.

“Prezident İlham Əliyevin Xankəndidə dövlət bayrağımızı qaldırması bizim üçün böyük bir iftixar idi”, — o bildirib.

Daha sonra “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva, həmçinin sənədli filmin ssenari müəllifi Bəxtiyar Qaraca öz fikirlərini bölüşüb.

Çıxışların ardınca filmin nümayişi baş tutub.

Qeyd edək ki, layihə “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi tərəfindən ərsəyə gətirilib.

Ekran işində Qarabağın qədim şəhəri Xankəndinin tarixi, mədəni irsi və məcburi köçkünlərin yaddaşında yaşayan doğma yurd həsrəti əsas götürülüb.

Sənədli film real şahidlərin dilindən, arxiv kadrlar və foto-video materiallar əsasında hazırlanıb.

Layihənin məqsədi yalnız itirilmiş yurdun xatirəsini yaşatmaq deyil, həm də Qarabağın bərpası və gələcək nəsillərə ötürüləcək həqiqətlərin sənədli salnaməsini yaratmaqdır.

Qeyd edək ki, filmin layihə rəhbəri “Xankəndi”MKD İB-nin sədri Xatirə Vəliyeva, ssenari müəllifi Bəxtiyar Qaraca, quruluşçu rejissoru Əli Mikayılov, montaj rejissoru Pərviz Mikayılov, redaktoru Kəmalə Mirzəyevadır.

 

 

Digər xəbərlər