ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Qazaxıstanlı kikboksçular Adil Əliyevlə görüşüblər

İDMAN
07.05.2025, 16:35 Oxunub: 1013Bu yaxınlarda təlim-məşq toplantısında iştirak etmək üçün Azərbaycana gələn Qazaxıstan Kikboksinq Federasiyasının (AKF) yeniyetmələr və gənclərdən ibarət komandası Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti, Suraxanı rayon İcra hakimiyyətinın başçısı Adil Əliyevlə görüşüblər.
1001info.az xəbər verir ki, Adil Əliyev qazaxıstanlı kikboksçuları salamlayaraq xoş diləklərini çatdırıb.
Qazax kikboksçuları Azərbaycanda olduğu müddətdə özlərini doğma vətəndə olduğu kimi hiss etdiklərini bildirərək yüksək qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər.
Heyət tərəfindən Adil Əliyevə Qazaxıstanın milli geyimi hədiyyə edilib.
Qeyd edək ki, Qazaxıstan komandasının məşqçiləri Turdıbekov Nurtaza, Erjan Bazarşayev rəhbərliyi altında 18 nəfərdən ibarət heyət gəlib. Onlar federasiyasının yeniyetmə və gənclərdən ibarət milli komandasının baş məşqçisi Hikmət Hacıyevin rəhbərliyi ilə təlim-məşq toplantısında iştirak edirlər. Burada əsas məqsəd təcrübə mübadiləsi aparmaq, fiziki- taktiki təlimlərdə iştirak etməkdir. Bu həm də Azərbaycan Kikboksinq Federasiyasının uğuru kimi qəbul edilməlidir ki, artıq qardaş ölkələrin idmançıları azərbaycanlı məşqçilərin təcrübəsindən yararlanmaq üçün vətənimizə təşrif buyururlar.
Bu həm də AKF rəhbərliyinin illərdir ki, kikboksinq idman növünün inkişafı istiqamətində uzunmüddətli səmərəli fəaliyyətinin nəticəsi kimi qəbul edilməlidir.
