ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
VƏTƏN FƏDAİSİ... - Vüqar Əsgərov yazır
ŞƏHİDLƏR -Qazilər
03.07.2026, 11:48 Oxunub: 2592Vətən Fədaisi...
Vətən deyəndə görkəmli Xalq şairi Musa Yaqubun bu misraları yadıma düşur.
Bəlkə də borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də, qoynunda qoy ölüm ki, mən
Çürüyüm, bir ovuc torpağın artsın!
Bəli, Vətən anadır, Vətən övlatdır, Vətən bizim hər şeyimiz, elə özümüz deməkdir... Vətən yaşasın deyə neçə-neçə igidlərimiz yadellilərə qarşı döyüşdü, canını sipər etdi, şəhid oldu. Amma, əyilmədi-sınmadı. Elə Xüsusi Təyinatlıların giziri Vüsal Mehdi oğlu Tahirov kimi...
Şəhidlərimizlə bağlı bir çox məqalələr yazmış, həyatı, keçdiyi döyüş yoluna neçə-neçə kitablar həsr etmişik. Bu seriyadan olan növbəti yazım isə Xüsusi Təyinatlı şəhid gizir Vüsal Mehdi oglu Tahirovun həyat yoluna işıq salacaq. Vüsal haqqında əlimdə olan ilkin məlumata nəzər yetirirəm. Şərur rayonunun Dan yeri kəndində doğulub, Xırdalanda orta məktəbə gedib! Bu iki cümlədən ibarət məlumat, məni çox uzaqlara apardı. Demək ki, Vüsalın atasının doğma yurd yerini tərk edib gəlməsində bir məqsədi varmış. Bələdçimiz Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Abşeron rayon şöbəsinin sədri Xudakərim Əhmədovdur... Elə Mehdi kişiylə də ilk görüşümüz onun iş otağında oldu. İlk baxışdan sakit, təmkinli görunsə də hiss olunur ki, illərin qayğısı, kədərini özundə gəzdirir. Yeganə oğlunu gənc yaşında itirmək asan deyil məncə.. Özüdə iki qız övladından sonra...
Vətənə, millətə layiqli övlad böyütmək indiki dövür üçün çox çətindir.
Oğul düşmən çəpəridir deyib babalar. Mehdinin də oğlu Vüsalla bağlı çox arzuları vardı. Elə bu məqsədlə də Şərurdan köçüb, Xırdalanda məskunlaşdı. Məncə şərait olsaydı heç kim öz yurdunu tərk etməzdi. Mehdi də istəyirdi ki, övladları öz yaşıdlarından geri qalmasın. Ona görə də bütün əziyyətlərə qatlaşırdı. İstəyirdi övladları daha da yaxşı yaşasın.
Mehdini dinləyirəm: "Əslimiz Qərbi Azərbaycanın Dərələyəz mahalından- Hors kəndindəndir. Mənim iki yaşım olanda valideynlərim öz doğma el-obasını tərk edərək Naxçıvana pənah gətiriblər. Naxçivanda yaşasaq da amma, orayla əlaqəmiz heç vaxt kəsilmədi, ta o vaxta kimi ki, mənfur düşmən Azərbaycanlıları qovana qədər... Axı necə əlaqəni kəsmək olardı, qohumlarımızın əksəriyyəti Qərbi Azərbaycanda yaşayırdı... Mən, Şərurda böyüyüb boya-başa çatdım, ata yurdumun həsrəti ilə yaşadım."
Mehdi danışdıqca bir anlıq Dərələyəzi- doğulduğum kəndi xatırladım. Kəndimizin içindən qaynayan "Otay bulağı", "Bayraməli", "Məzməzək", "Qiblə" bulaqları, "Qırx bulaq", "Soğanlı" yaylaqları yadıma düşdü. "Arpa" çayının şaqqıltı ilə axması gözümün önündə canlandı. Nahaq yerə Şopen Dərələyəzi Qafqazın İsveçi adlandirmırdı ki....
Hors kəndinin də füsunkar təbiəti və öz gözəlliyi ilə digər kənlərdən fərqlənmirdi.
Hors kəndi, Hors dərəsindən axan çayın yanında yerləşir. Kəndin adı tarixi mənbələrdə ilk dəfə X əsrdə xatırlanır. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Xors kimi qeyd edilmişdir. Bu qədim azərbaycanlı kəndində XII–XIV əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsəsinin qalıqları, Oğuz qəbiristanlığı, qədim Oral Malux və Quşxana kəndlərinin binalarının qalıqları (XIII–XIV əsrlər) vardır. Əhalisi əsasən azərbaycanlilardan ibarət olub. 1988-ci ildə ermənilərin etnik təmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycanda yaşayan digər soydaşlarımız kimi Hors kəndinin əhalisi də öz dədə-baba yurdundan qovulmuşdu.
Vüsalın anası Rəsmiyyə Tahirovanın dediklərindən. "Vüsal orta məktəbi yaxşi oxuyurdu. İdmana böyük marağı vardı. Xırdalanda orta məktəbi bitirdikdən sonra sənədlərini İdman Akademiyasına verdi. Lakin müəyyən balı çatmadığına görə akademiyaya daxil ola bilmədi. Ordu sıralarına yollandı. Əsgəri xidmətində olduğu müddətdə hər zaman komandirlərin və əsgər yoldaşlarının hörmətini qazandı. Ordudan tərxis olunma müddəti başa çatanda, elə hərbidə qalıb xidmətini davam etdirdi. Onun böyük arzuları var idi. Xüsusi Təyinatlılarda xidmət etmək asan iş deyil. Naxçıvanın daglarını qarış-qarış gəzmişdi. O, bütün cətinliklərə baxmayaraq, seçdiyi hərbçi peşəsindən qürur duyurdu. Öz arzusuna çatacağı ümidilə yaşayırdı. Hədsiz dərəcədə Vətənə bağlı bir övlad idi. Hər dəfə məzuniyyətə gələndə gedəcəyi ilk yer Şəhidlər xiyabanı olurdu.
Ağıllı, tərbiyəli bir övlad idi. Hələ uşaq vaxtlarından belə bir dəfə də olsun sözümdən çıxmayıb. Şəhidlərimizin hərəsi bir qəhrəmandır. Yanında xidmət edənlər söyləyir ki, Vüsal komandiri olduğu öz əsgərlərinə xüsusi diqqətlə yanaşırdı. Onların əziyyət çəkməsini istəmirdi".
2020-ci il hər şey birdən- birə basladı. Əslində başlanığıc düşmənə qarşı illərin yığılıb qalan bir qəzəbi idi...
Tovuz döyüşlərində general Polad Həşimov şəhidlik zirvəsinə ucalanda artıq qisas almağın vaxtıdır dedilər cəsur igidlərimiz. 27 sentyabrda başlanan əks hücum əməliyyatı, qısa bir zamanda torpaqlarımızın geri alınması ilə nəticələndi. İlk vaxtlarda, Talış, Suqovuşan kəndləri düsməndən azad edildi. Sonra bir-birinin ardınca Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd rayonları da erməni ünsürlərindən təmizləndi. Təəssüflər olsun ki, şəhidlər də vedik.
Vüsalın atası Mehdi Tahirovu dinləyirəm. " Vüsalın müharibəyə getməsindən xəbərimiz yox idi. O, fikirləşib ki, evə desə, biz narahat olarıq. Müharibə başlayan ərəfələr idi, evə zəng etmişdi. Özüm qəsdən soruşdum ki, Vüsal nə əcəb səni müharibəyə aparmayıblar? Dedi, aparılmağım üçün gedib komandanlığa yeddi ərizə vermişəm.
Həmin vaxtlar Naxçıvanda da düşmən təxribatlar törətməyə cəhd göstərirdi. Ona görə xüsusi seçilmiş kəşfiyyatçıları, snayperçiləri orada saxlamışdılar. Oktyabr ayı idi. Cəbhədə qızğın döyüşlər gedirdi. Vüsal artıq döyüşlərə qatılmışdı. Artıq noyabr ayının 8-i idi. Bu vaxta qədər Vüsaldan xəbər ala bilmirdik. Müdafiə Nazirliyinin qaynar xəttinə zəng etdim. Dedilər belə bir adam Əhmədlidəki xəstəxanada yatır. Sən demə oktyabrın 27-də cəbhənin Xocavənd istiqamətində Vüsal gilin yanına minomyot düşür. O, başından ağır yaralanır. Onu döyüş bölgəsindən çıxarıb Bakıya göndərirlər. Tez getdik xəstəxanaya. Vüsalın heç bir reyaksiyası yox idi. Nəfəsi gedib-gəlsə də, amma danışa bilmirdi. Noyabrın 16-da artıq şəhid xəbərini eşitdik. Böyük izdihamla onu ikinci Fəxri xiyabanda dəfn etdik. Düzdür, nə qədər kədərlənsək də, qürur duyuruq ki, artıq torpaqlarımız azaddır. Bu torpağın üstündə alnıaçıq, üzüağ gəzirik. Şəhidlərimizin ruhları da şaddır. Allah bütün şəhidlərə rəhmət eləsin!"
Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.
Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar.
Vüqar Əsgərov
Araşdırmaçı, ssenarist