13:21 Mədəniyyət Nazirliyinin niyyəti çox yaxşıdır, sabaha yaxşı nəzərlərlə baxır...- Novruz ASLANOV
ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Səttar Bəhlulzadənin Ev-Muzeyinə yeni eksponatlar təqdim olunub

MƏDƏNİYYƏT
21.02.2024, 11:55 Oxunub: 820
Bu il Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin (1909–1974 anadan olmasının 115, vəfatının 50-ci ildönümüdür. Yubiley münasibətilə müxtəlif tədbirlər təşkil olunur.
Fevralın 16-da Səttar Bəhlulzadənin Əmircan qəsəbəsindəki ev-muzeyinə hədiyyə olunan yeni eksponatların təqdimatı keçirilib.
1001info.az Kulis.az-a istinadən xəbər verir ki, tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, Mədəniyyət Nazirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ev-muzeyin direktoru Pərzad Abdinova çıxışında bildirib ki, hədiyyə olunan eksponatlar muzeyin fondunu zənginləşdirəcək. O, təqdim olunan eksponatlara görə təşəkkür edib.
Qeyd edək ki, təqdimat mərasimindən sonra ev-muzeyin kolleksiyasından rəssamın qrafik əsərləri və şəxsi kolleksiyalarda qorunan Qarabağ mövzusuna aid əl işlərinin yer aldığı sərgiyə baxış olub.

Digər xəbərlər


