usd-1.7000 eur-1.9770 rub-2.3795
Bakı 15°C 15.78 m/s
Son xəbərlər
27-05-2026
24-05-2026
23-05-2026
21-05-2026
17-05-2026
12-05-2026
10-05-2026
05-05-2026
04-05-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Sona xanım Vəliyeva sözün işığında doğulan ömür

details

ƏDƏBİYYAT

29.05.2026, 10:30 Oxunub: 124

Bu gün şair, yazıçı-publisist, filologiya elmləri doktoru, əməkdar jurnalist Sona Vəliyevanın doğum günüdür.

Sözə sevgi ilə gələn, qələmini həqiqətin və duyğunun xidmətinə verən Sona xanım Vəliyeva uzun illərdir ki, Azərbaycan ədəbiyyatına dəyərli töhfələr bəxş edir. Onun poeziyası incə lirizmi, dərin fəlsəfi qatları və səmimi duyğuları ilə seçilir. Sona xanımın yaradıcılığı oxucunu düşündürür, duyğulandırır və ən əsası insanın daxilindəki işığı oyadır. Onun qələmindən süzülən hər misra həyatın müxtəlif çalarlarını özündə əks etdirərək oxucu ilə səmimi bir körpü yaradır.

Bu əlamətdar gün münasibətilə Sona xanım Vəliyevanı ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Qələminiz daim yazsın, sözünüz daim yaşasın!

1001info.az "Günün şeiri" rubrikasında Sona xanımın şeirini təqdim edir.

 

Ömrümüz, gedişimiz...

Gələndə müvəqqəti
sevincləri,
müjdələri,
gedəndə
içimizdə
götürdüklərimizi hesablamasaq,
dünyaya əliboş gəlib,
əliboş gedirik...
Biz getsək də,
bizdən sonra,
nələrsə mütləq qalır...
Ölüm bizdən hər şeyi
alıb apara bilmir –
yaxşılıq, pislik kimi...
Xatırlanacaq nələrsə qalır...
Bir nisgil,
dərd,
kədərli, unudulmayan xatirə,
ağrıyan giley,
və ya sonralar xatırlandıqca
gözyaşı fırtınası yaradan
nələr-nələr...
Ən əvvəl
qapı arxasında
boş qalan
bir cüt ayaqqabının hıçqırtısı,
dünən boyunu bəzəyən,
bu gün yoxluğunu qucaqlayan
geyimlərinin ağısı,
ürəyi deşər.
Sonra gözdən gələn
kədərin acı taleyi
gilələnər üzümüzdə...
Sonra,
sonra ayrılığın toxtaqlığı
baxışlarda yol çəkir...
Həsrət dözümə döndükcə
bu gedişdən
uzun bir yol,
yolun işığında donan
bir nöqtədən
xatirələrin
boy-boy göyərməsi başlar.
Gözlər yol çəkə-çəkə
gedənləri yuxulara gətirər...
Hər kəsdən bu dünyada
mütləq nələrsə qalar...

 

Digər xəbərlər