13:21 Mədəniyyət Nazirliyinin niyyəti çox yaxşıdır, sabaha yaxşı nəzərlərlə baxır...- Novruz ASLANOV
ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Xocalıda itkin düşən 13 sakinlə bağlı film çəkilib

MƏDƏNİYYƏT
17.02.2024, 19:01 Oxunub: 811Xocalıda itkin düşən 13 sakinlə bağlı “13” adlı bədii-sənədli filmin premyerası olacaq.
1001info.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, Agentliyin maliyyə dəstəyi ilə “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin ərsəyə gətirdiyi filmdə Xocalı itkinlərindən 13 nəfərin naməlum taleyi araşdırılır. Filmin müəllifi Birliyinin sədri, telejurnalist və ssenarist Mübariz Əsgərov, rejissoru Elçin Elxanlı, prodüseri Xəyyam Abdulla, operatoru Əhməd Barasovdur.
“13” adlı bədii-sənədli film 1992-ci ilin fevralında Xocalıda baş verən hadisələrdən bəhs edir. Belə ki, Xocalı soyqırımı zamanı 2 gün meşədə gizləndikdən sonra Dəhraz kəndi istiqamətində mühasirəyə düşərək girov götürülən bir qrup dinc əhali həmin kənddəki fermaya aparılır. Orada Ermənistanın müharibə cinayətkarları dinc insanlara amansız işgəncələr verir, fermada saxlanılan girovların içərisindən 13 nəfər gənc seçilərək naməlum istiqamətə aparılır. Həmin 13 nəfərdən bu günə qədər də xəbər yoxdur. Onların ailə üzvləri və yaxınları, hadisələrin canlı iştirakçıları ilk dəfə təfərrüatları açıqlayır.
Bakıda premyerasından sonra filmin bir sıra xarici ölkələrdə ingilis dilində nümayişi nəzərdə tutulur.

Digər xəbərlər


