ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
2025-ci il Azərbaycan-ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır
GÜNDƏM
07.01.2026, 15:19 Oxunub: 112Rumıniya nəşri: 2025-ci il Azərbaycan-ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır
Rumıniyanın nüfuzlu “Ultima Ora” (Son Saat) qəzetində dərc olunan “Azərbaycan – ABŞ: 2025-ci il Cənubi Qafqazda strateji yenidənqurmaya səbəb oldu” sərlövhəli məqalədə bildirilir ki, ötən il Azərbaycan–Amerika Birləşmiş Ştatları münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Məqalədə qeyd olunur ki, 2025-ci il Bakı ilə Vaşinqton arasında siyasi dialoqun intensivləşməsi, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq gündəliyinin genişlənməsi və regional proseslərə yanaşmada yeni baxış bucağının formalaşması ilə yadda qalıb. Nəşrin qənaətinə görə, bu dəyişikliklər yalnız ikitərəfli münasibətlərin inkişafı ilə məhdudlaşmır, eyni zamanda, Cənubi Qafqazda ümumi təhlükəsizlik və sabitlik mühitinə də təsir göstərir.
Yazıda vurğulanır ki, Azərbaycan son illər müstəqil və balanslaşdırılmış xarici siyasət xətti yürüdərək regional sülhün möhkəmləndirilməsini prioritet istiqamət kimi müəyyənləşdirib. Xüsusilə Azərbaycan ilə Ermənistan arasında sülh və normallaşma prosesinin davam etməsi, kommunikasiyaların açılması məsələlərinin müzakirə olunması və ticarət əlaqələrinin bərpası istiqamətində aparılan işlər regionda yeni iqtisadi və siyasi reallıqlar yaradıb.
Bildirilir ki, bu proseslərin fonunda ABŞ-ın Cənubi Qafqaza yanaşması da dəyişməkdədir. Azərbaycan regional sabitliyin təmin olunmasında əsas oyunçulardan biri kimi qəbul edilir və Vaşinqtonla Bakı arasında enerji təhlükəsizliyi, nəqliyyat-logistika, rəqəmsal transformasiya və investisiya sahələrində əməkdaşlıq üçün yeni imkanlar açılır.
Məqalədə diqqətə çatdırılır ki, Azərbaycanla Ermənistan arasında faktiki blokadanın mövcud olmadığı, dialoq və qarşılıqlı etimadın formalaşdığı bir şəraitdə ABŞ-ın “Azadlığa dəstək aktı”na daxil edilmiş 907-ci düzəlişin qüvvədə qalması ziddiyyətli və artıq aktuallığını itirmiş yanaşma kimi görünür. Nəşr hesab edir ki, bu düzəliş müasir geosiyasi reallıqlara cavab vermir və onun aradan qaldırılması Azərbaycan–ABŞ münasibətlərinin daha da inkişafına töhfə verə bilər.
Yazıda vurğulanır ki, Prezident Donald Tramp tərəfindən 907-ci düzəlişin təsirinin müvəqqəti dondurulması Vaşinqtonun regiona münasibətdə daha praqmatik xəttə üstünlük verdiyini göstərir. Bununla yanaşı, rumın nəşrinin fikrincə, davamlı və uzunmüddətli əməkdaşlıq üçün bu məhdudiyyətin tam ləğvi zəruridir.
Sonda təhlildə belə qənaətə gəlinir ki, 2025-ci ildə Azərbaycan–ABŞ münasibətlərində baş verən strateji yenidənqurma Cənubi Qafqazda güc balansının dəyişməsinə, regional inteqrasiyanın dərinləşməsinə və sülh gündəliyinin möhkəmlənməsinə real töhfə verib. Bu tendensiyanın davam etməsi regionun gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amillərdən biri olacaq.
Digər xəbərlər