ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
“Sükut içində addımlar” 66-cı Krakov Film Festivalının əsas müsabiqəsində dünya premyerasını keçirəcək
MƏDƏNİYYƏT
24.04.2026, 22:10 Oxunub: 69“Sükut içində addımlar” filmi Beynəlxalq Film Festivalında

24 aprel 2026
16:02
Rejissor Fariz Əhmədovun tammetrajlı sənədli filmi “Sükut içində addımlar” 66-cı Krakov Film Festivalının əsas müsabiqəsində dünya premyerasını keçirəcək.
1001info.az Kulis.az -a istinadən xəbər verir ki, festival, Avropanın ən qədim kino tədbirlərindən biri olmaqla yanaşı, həm Oskar mükafatı, həm də Avropa Film Akademiyası üçün kvalifikasiya təmin edir.
Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, Drygas Film Production və Polşa Televiziyası (TVP) tərəfindən birgə istehsal olunub.
“Sükut içində addımlar” Qarabağda, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesini əks etdirir. Minaxtarma fəaliyyəti “ikinci müharibə” və ya bəzən “gizli müharibə” adlanır, çünki təhlükə hər yerdə ola bilər, lakin görünməzdir. Filmin qəhrəmanları tamamilə qadınlardan ibarət xüsusi minaaxtaran qrupudur. Kamera davamlı olaraq bu qadınların həyatını izləyir və göstərir ki, onlar nə qədər təhlükəli və riskli bir işlə məşğul olsalar da, eyni zamanda duyğusal və həssas hissləri ilə diqqət çəkirlər.
Film Azərbaycan qadınını yalnız zərif cins nümayəndəsi kimi təqdim etmir. Onlar həm gizli müharibənin iştirakçısı, həm qayğıkeş ana, həm də zərif və baxımlı qadın kimi təsvir olunurlar. Onların gündəlik həyatında texniki siqnallar, təhlükə, iradə, kövrəklik və güc, ölüm və qalım mövzuları sükutla birləşərək tamaşaçıya çatdırılır. Bu, bir qadın minaaxtaranın hekayəsidir.
Filmin Baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, ko-prodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyev, ssenari müəllifi Fariz Əhmədov və İsmayıl İman, quruluşçu operatoru Mateuş Çuxnovski, redaktoru Rasim İsmayılov, kreativ prodüserləri Maçey Driqas (Polşa) və Tahir Əliyevdir.
Filmin dünya premyerası beynəlxalq kino ictimaiyyətində Azərbaycanın sənədli kino ənənələrini nümayiş etdirmək və qadın qəhrəmanlarının cəsarətini dünya səhnəsində təqdim etmək baxımından mühüm əhəmiyyət kəsb edir
Digər xəbərlər