19:29 Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru - İnsan “cini şüşədən buraxıb”, deyəsən!
ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
“Mədəniyyət Körpüləri” layihəsi çərçivəsində növbəti görüş keçiriləcək
MƏDƏNİYYƏT
09.06.2026, 23:50 Oxunub: 1462İyunun 11-də paytaxtda gənclərin yaradıcılığının inkişafına dəstək məqsədilə yeni bir mədəni platforma təqdim olunacaq. “İZ – Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Mədəniyyət Körpüləri” Beynəlxalq Yaradıcılıq Platforması ilk görüşünü keçirəcək.
1001info.az xəbər verir ki, layihənin əsas məqsədi gənc istedadların yaradıcılığını dəstəkləmək, eyni zamanda müxtəlif mədəniyyətlər arasında dialoqu təşviq etməkdir. Təşkilatçılar bildirirlər ki, bu platforma vasitəsilə sənət və musiqi dili ilə insanlar arasında körpülər qurulacaq.
Layihənin ilk qonağı İsraildə fəaliyyət göstərən gənc müğənni Layla Valayeva olacaq. Görüş çərçivəsində iştirakçılar sənətçi ilə yaxından tanış olmaq imkanı əldə edəcək, onun yaradıcılığı ilə bağlı fikir mübadiləsi aparılacaq.
Tədbir proqramına yaradıcılıq görüşü, musiqi təqdimatı, eləcə də müzakirə və sual-cavab sessiyası daxildir.
Tədbir 11 iyun 2026-cı il tarixində saat 15:00-da Səməd Vurğun küçəsi 83 ünvanında yerləşən World Business Center-də baş tutacaq.
Layihənin rəhbəri Fəridə Mirişovadır. Təşkilatçılar bildirirlər ki, bu kimi təşəbbüslər gənclərin inkişafına töhfə verməklə yanaşı, mədəniyyətlərarası əməkdaşlığın genişlənməsinə də xidmət edir.
Qeyd edək ki, layihənin əsas şüarı “Səslər sərhəd tanımır!” ifadəsi ilə təqdim olunur.
Digər xəbərlər